Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
  • Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
  • Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
  • Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
  • Əbu-Dabidəki danışıqlar başa çatdı
  • Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO
  • İlham Əliyev Türkiyəyə getdi
  • "Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
  • Rusiya Ukrayna xalqını ac qoymaq istəyir – Plan
  • Aslan Fətullayev Moskvada vəfat etdi
  • Asiyada insanları "udan" "Bermud üçbucağı" tapıldı - VİDEO
  • Sabiq məmur doğum günündə vəfat etdi
  • “Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
  • Nəvəsinin andiçməsinə getdi, itkin düşdü - Foto
  • KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?
  • Məktəblərdə 7 gün dərs olmayacaq
  • "Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
  • Ermənistanda müxalifətçi namizəd təcridxanada vəfat edib
  • 2-ci liqada 10-cu tur başa çatır
  • Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakıda qadın məmuru öldürmək üçün killer tutdu

  • Tarix: 25-01-2025, 09:42

2016-cı il aprelin 11-də naməlum şəxs Binəqədi rayonunun Cavadxan küçəsində Bərdə rayon sakini Hüseyn Qasımova odlu silahdan atəş açaraq onu yaralayıb. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən məlum olub ki, atılan güllələr küçədə parklanmış vətəndaş Xəzər Cəfərzadəyə məxsus "Niva" markalı avtomobilin arxa yan şüşəsinə və arxa təkərinə, eləcə də "Akademik Zərifə Əliyeva" adına Milli Oftalmologiya Mərkəzində 2 nömrəli mühafizə postunun pəncərəsinə dəyib.

 

Bundan 2 gün sonra Daxili İşlər Nazirliyi məlumat yayıb ki, aprelin 11-də sözügedən cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub. Onun kirayədə yaşadığı evdən "Kalaşnikov" konstruksiyalı avtomat və 22 ədəd güllə aşkar edilərək götürülüb. Zərərçəkmiş şəxs bildirib ki, tanışı Günel Süleymanovanın ona 35 min manat pul borcu olub, məhz bu səbəbdən qadın Ramil Hüseynliyə onu öldürməyi sifariş verib.

 

Toplanmış ilkin material polis idarəsindən rayon prokurorluğuna göndərilib. Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

 

1983-cü il təvəllüdlü Ramil Hüseynli 2003-cü ildə Ağır Cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmənin hökmü ilə CM-nin 144-cü (adam oğurluğu), 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) və 334.ci (fərarilik) maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum olunub.

 

Günel Süleymanova 1983-cü ildə Göyçay şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Rasim Süleymanov 1952-ci ildə Göyçay şəhərində anadan olub, o da əvvəllər məhkum olunmayıb. Ramin Həsənov 1979-cu ildə Bakı şəhərində anadan olub, 2013-cü ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Əlikubar Kubarov 1967-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Pravda.az Lent.az-a istinadla cinayət hadisəsinin istintaq materiallarını təqdim edir.

 

İstintaqla müəyyən edilib ki, Ramil Hüseynli dostu Ramin Həsənov və istintaqa məlum olmayan digər şəxslərlə birlikdə 2016-cı il martın 6-ı gecə saat 3 radələrində Nəsimi rayonu, 3-cü mikrorayonda fəaliyyət göstərən "AC klub" çay evində əsaslı səbəb olmadan, spirtli içkinin baha qiymətə verilməsini bəhanə edib, obyektin müdiri Füzuli Alıyevlə mübahisə edib. Ünvanına nalayiq ifadələr işlədib, iş otağına daxil olaraq, həmin şəxsi döyüblər. Otaqda 4500 manat dəyərində olan avadanlığı döşəmə üzərinə çırparaq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurublar. Habelə, obyektin normal fəaliyyətini pozmaqla, qərəzli xuliqanlıq hərəkətləri ediblər.

 

Həmin il martın 19-dan 20-nə keçən gecə Ramil Hüseynli tanışı Əlikubar Kubarov və digər şəxslərlə, qrup halında Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən "Güneş" adlı kafedə, xəzinədar işləyən Azər Tağıyevi döyüblər, masaları və stulları sındırıblar. Əlikubar Kubarov silah qismində istəfadə etdiyi bıçaqla kafedə müğənni kimi çalışan Şəhla Bayramovaya yüngül dərəcəli bədən xəsarətləri yetirib.

 

Bundan başqa, Günel Süleymanova tanışı Hüseyn Qasımova, onun həbs olunmuş oğlu Orxan Xəlillinin cinayət məsuliyyətindən azad edilməsində və istintaq təcridxanasından azadlığa buraxılmasında köməklik edəcəyini bildirib. Bu adla, 2015-ci ilin sentyabr ayından 2016-cı il martın 14-nə kimi olan müddət ərzində qadın atası Rasim Süleymanovla birlikdə Qasımovdan vahid niyyətlə ümumilikdə 33.500 manat pul vəsaitini alıblar və bununla da, zərərçəkmişə qarşı dələduzluq ediblər.

 

Ramil Hüseynli tanışı Günel Süleymanova tərəfindən vətəndaş Hüseyn Qasımova qarşı törətdiyi dələduzluq cinayətini tamah niyyəti ilə gizlətməkdən ötrü 40.000 manat müqabilində Qasımovun qətlə yetirilməsi sifarişini qadından qəbul edib. Bu məqsədlə, aprelin 9-da Günel Süleymanovadan ilkin olaraq 1200 manat və 140 dollar məbləğində pul vəsaiti alaraq, istintaqa məlum olmayan mənbədən "Kalaşnikov" konstruksiyalı avtomat və 35 ədəd patron əldə edib. Aprelin 10-u saat 20-də metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında görüşəndən sonra, qadınla birlikdə 9-cu mikrorayona, Cavadxan küçəsindəki 3 nömrəli binanın yanına gəlib. Öldürməli olduğu şəxsin blokdan küçəyə çıxış istiqamətini dəqiqləşdirib. Cinayətin törədilməsini ayın 11-i səhər saat 5 radələrinə planlaşdırıblar. Razılaşdıqları kimi, Günel Süleymanova Gəncə şəhərinə getmək bəhanəsi ilə Hüseyn Qasımova zəng edib, idarə etdiyi avtomobillə artıq binanın qarşısında dayanıb, onu gözlədiyini bildirib. Qasımov binadan çıxıb, maşına tərəf hərəkət edərkən, ərzaq mağazasının arxasında pusquda dayanmış Ramil Hüseynli odlu silahdan atəşlər açıb. Sağ ayağından yaralanan Hüseyn Qasımov xilas olunmaqdan ötrü şam ağaclarının arxasında gizləndiyindən o, iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyib.

 

İş üzrə dindirilmiş Ramil Hüseynli bildirib ki, martın 19-u saat 23 radələrində qonşusu Əlikubar Kubarovla birlikdə canlı musiqiyə qulaq asmaq üçün taksi ilə metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən kafeyə gedib. 2-ci mərtəbəyə qalxaraq zala daxil olublar:

 

"İşçilərdən biri bizə sağ tərəfdə əyləşməyimizi təklif etdi. Bir azdan müştərilər arasında dava düşdü, hər ikimiz ayağa qalxıb onları ayırmağa çalışdıq. Bu zaman kafenin işçisi məni söydüyü üçün onu bir dəfə yumruqla vurdum. Dostum Əlikubar da söyüş söyən müğənninin üzünə yumruqla zərbə vurdu. Qız sakitləşmədiyinə görə, saçlarından tutub söyüş söyməməsini tələb etdi. Mən də əsəbiləşərək, stulları götürüb musiqiçiyə tərəfə atdım. Orada olan tanımadığım şəxslər bizi sakitləşdirib kafedən çölə çıxardılar. Taksi ilə yaşadığımız məhəlləyə qayıtdıq və sağollaşaraq hər birimiz öz evimizə getdik".

 

Aprelin 9-u saat 15 radələrində həbsxanada tanış olduğu Sahib adlı şəxs ona zəng vurub, görüşmək istədiyini deyib:

 

"Çayxanada Sahib bildirdi ki, Günel adlı tanışı var, həmin qadını bir nəfər zorlayıb və videogörüntülərini çəkib. İndi də həmin şəxs qadını şantaj edir. Bundan əlavə Sahib deyib ki, Günel pullu qadındır və məsələni ətraflı özü danışacaq. Sahibin maşınına əyləşib, 4-cü mikrorayon dairəsinə gedən yolun kənarına gəldik. Orada avtomobildən düşüb Günelin idarə etdiyi qara rəngli maşına oturduq. Günel sükan arxasında, yanında sonradan adının Sabina olduğunu bildiyim qız əyləşmişdi. Günel bizə danışdı ki, Bərdədən olan Hüseyn adlı bir kişinin övladının məhkəmədə olan işini həll edib. Bunun qarşılığında Hüseyn ona 35.000 manat verəcəyini vəd etsə də, onu aldadıb. Pul vermək bəhanəsi ilə "Salyanski kazarma" deyilən əraziyə aparıb öz maşınında onu zorlayıb və bunu telefonuna çəkib. Hazırda da şantaj edərək, əgər pulu istəsə, həmin videonu ailə üzvlərinə göstərəcəyini bildirib. Günel məndən xahiş etdi ki, Hüseyni qorxudum və döyüm. Özümü Yusif kimi təqdim etdim. Günelə, görüşüb ətraflı söhbət etməli olduğumu söyləyərək, telefon nömrəsini götürdüm. Aprelin 10-da zəngləşib Günellə günorta 9-cu mikrorayonda görüşərək "Manqal" adlı restorana getdik. Qadın yenə də həmin məsələni mənə danışaraq Hüseyni "cəzalandırmağımı" xahiş etdi. Günelə dedim ki, dediyi adamı silahla atəş açıb, qorxudacağam. Qadın da mənimlə razılaşdı.

 

Ona bu işi ən aşağısı 40.000 manata görəcəyimi bildirdim. Günel 20.000 manatı sabah çatdıracağını, qalan hissəsini isə mayın 10-nadək verəcəyini dedi. Günel mənə bildirdi ki, narahat olmayım, çünki hamı bu məsələdə Hüseynlə düşmənçiliyi olan Xaləddin adlı şəxsdən şübhələnəcək. Çünki Hüseynin oğlu Xaləddinin oğlunu maşınla vurub öldürüb və hazırda onların düşmənçiliyi var. Pul almaq məqsədilə qadına yalandan silahım olmadığını söylədim. Halbuki evimdə odlu silahım vardı. Onu 2015-ci ilin dekabr ayında Rusiyanın Astraxan şəhərindən almışdım. Evdə silah saxlamağımı heç kim bilmirdi. Axşam Günel avtomat almaq üçün mənə 1.200 manat pul verdi. Məni Cavadxan küçəsində, xəstəxananın yanında yerləşən binanın qarşısına apardı və Hüseynin orada yaşadığını dedi. Onun sözlərinə görə, aprelin 11-i səhər saat 5-də Hüseyn binadan çıxıb, onun avtomobilinə oturacaq və birlikdə Gəncə şəhərinə gedəcəklər. Bundan sonra ayrıldıq. Evə gedib hazırlıq işləri görməyə başladım. Avtomatı divanın altında saxladığım yerdən götürdüm və görünməyən sellofan torbaya qoydum. Piyada Hüseynin yaşadığı binanın qarşısına getdim. Yaxınlıqda yerləşən mağazanın yanında dayanıb gözlədim. Səhər saat 5 radələrində Hüseyn evdən çıxdı, telefonla danışırdı. Günel maşının içərisində blokun yanında dayanmışdı.

 

Hüseynin nisbətən yaxınlaşmasını gözlədim və aramızda 7-8 metr olanda 5 dəfə onun istiqamətində, sonra da göyə atəş açdım. Hüseyn ağacın arxasına keçdi".

 

Avtomatik rejimdə ardıcıl daha 3 güllə atıb. Məqsədi onu qorxutmaq olub. Buna görə də, silahı tam ona doğru tuşlamayıb, güllələri başının üstündən atıb. Atəş açan zaman silahı tamamilə sellofan torbaya bükdüyü üçün gilizlər yerə tökülməyib. Hadisədən sonra avtomatı yaxınlıqda yerləşən şadlıq evinin arxasında gizlədib:

 

"Gilizləri kanalizasiya lyukuna tulladım. 1 saatdan sonra silahı gizlətdiyim yerdən götürüb evimə gətirdim. Bir neçə dəfə zəng vursam da, Günel cavab vermədi. Sonra qadın özü əlaqə saxlayaraq, hadisə ilə əlaqədar bölmədə olduğunu dedi. Günorta Yasamal rayonunun Şərifzadə küçəsində görüşdük. Günel hər şeyin yaxşı olmasını, hadisənin müşahidə kameralarına düşmədiyini bildirdi. Günelə dedim ki, saat 21:00-da gəlib dediyi yerdən pulu götürəcəyəm. Qadın razılaşaraq dedi ki, telefonun sim kartını verim, polis bölməsində soruşsalar, deyəcək ki, guya anasına məxsus telefonun nömrəsidir. Növbəti gün saat 14 radələrində başqa nömrədən zəng edəndə Günel bölmədə işini bitirdiyini və görüşüb, mənə pulu çatdıracağını söylədi. Xutor qəsəbəsində yerləşən "İstanbul" restoranının yanında görüşə gəldi. Orada polis əməkdaşları məni saxlayaraq 7-ci bölməyə apardılar. Daha sonra yaşadığım mənzildə axtarış aparılarkən, odlu silah aşkar olunaraq götürüldü".

 

İş üzrə dindirilmiş Günel Süleymanova bildirib ki, Turab Piriyevi 2015-ci ilin sentyabr-oktyabr aylarında atası Rasimin vasitəsilə tanıyıb. Belə ki, həmin vaxt Turab Hüseyn Qasımovun oğlu Orxan Xəlillinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı danışıq aparmaq üçün onların "Vorovski" qəsəbəsində kirayədə yaşadığı evə gəlib:

 

"Söhbət zamanı Turab Hüseynin oğlunun barəsində başlanılan cinayət işinin istintaqda xitam olunması istədiyini, bu işi görmək üçün 22.500 manat verə biləcəyini söylədi. Cavab olaraq Turab müəllimə dedik ki, müstəntiqlə danışıb ona cavab verəcəyik. Turab mənə atamın yanında masanın üzərinə ilkin olaraq 7000 manat qoyaraq, qalan 3000-ni yaxın 3-4 günə verəcəyini bildirdi. Sonra Turabdan Hüseynin telefon nömrəsini götürdüm və fikirləşdim ki, onunla özüm birbaşa əlaqə saxlayıb danışım. Növbəti gün Hüseyn Qasımova zəng edib danışarkən bildirdim ki, oğlunun işini danışıb həll edəcəyəm, buna görə də, görüşməliyik.

 

Həmin gün Hüseyn evimizə gəldi. İstintaq dövründə barışıq əldə olunmadığı üçün 2015-ci ilin dekabr ayında Bərdə Rayon Məhkəməsinin qərarı ilə Orxan Xəlillinin barəsində həbs qətimkan tədbiri seçilmişdi. Orxanın ev dustaqlığına buraxılması barədə verilmiş vəsatət məhkəmədə təmin edilməmişdi. Həmin qərarın ləğv olunması barədə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdi. Şikayət təmin olunaraq Orxan azadlığa buraxılmışdı, amma işi istintaqda xitam etmək mümkün olmamışdı. Söz verdim ki, Orxanın işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən ona həbslə bağlı olmayan hökm çıxarılacaq. Bu adla Hüseyndən 2015-ci ilin dekabr ayından 2016-cı il martın 14-ə kimi müxtəlif vaxtlarda yaşadığı Mir Cəlal küçəsi, 3 ünvanında ümumilikdə 22.300 manat aldım. Martın 14-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Xəlilli 8 il müddətinə azadlıqdan məhrum olundu. Buna görə Hüseyn Qasımov artıq məndən verdiyi pulu tələb etməyə başlayanda, bildirdim ki, oğlanın cəzası apellyasiya məhkəməsində 3 il 6 ay azaldılacaq. Gəncə Apellyasiya Məhkəməsində məhkəmə iclası aprelin 11-nə təyin olunmuşdu. Verdiyi pulu tələb etdiyindən Hüseyni cəzalandırmaq qərarına gəldim. Aprelin 9-da Ramillə görüşəndə ona 1000 manat pul verdim. İşi həll edəndən sonra, ona əlavə 1000 manat verəcəyimi bildirdim.

 

Ramillə aprelin 11-də Hüseynlə görüşəcəyi yeri göstərdim. Aprelin 11-də Gəncəyə getməkdən ötrü atam Rasimlə birlikdə idarə etdiyim avtomobillə Hüseynin yaşadığı evin qarşısına gəldik. Bundan 3-4 dəqiqə sonra atəş səsləri eşitdim. Arxaya çevriləndə Hüseynin qaçaraq ağacın arxasında gizləndiyini gördüm. Avtomobildən düşüb atamla Hüseynə tərəfə gedib onun ayağından yaralandığını gördük. Hüseyn özü 102 xidmətinə və Təcili Tibbi Yardıma zəng edib hadisə barədə məlumat verdi".

 

5-10 dəqiqədən sonra Təcili yardım işçiləri və polis əməkdaşları gəliblər. Hüseyn Kliniki Tibbi Mərkəzə aparılıb.

 

Zərərçəkmiş Hüseyn Qasımov ifadəsində göstərib ki, Bərdə Rayon İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyib. 2015-ci ilin oktyabr ayında öz ərizəsi ilə işdən çıxıb:

 

"Bərdədən Bakı şəhərinə köçməyimin və tutduğum vəzifədən ərizəmlə uzaqlaşmağımın səbəbi oğlum Orxanın törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı idi. Bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdikdən sonra oğlumun istintaqda və ya məhkəmədə işinə kömək edə biləcək şəxs axtarırdım. Əmimoğlunun vasitəsilə tanış olduğum Turab Piriyev problemimin həll olunması üçün 25-30.000 manat pul lazım olduğunu dedi. Onun vasitəsilə Rasim Süleymanov və qızı Günellə tanış oldum. Aprelin 11-də Gəncə şəhərinə Günelin idarə etdiyi "Honda Akkord" markalı maşınla getməli idik. Arvadımdan təxminən 3-4 dəqiqə əvvəl evdən çıxdım.

 

Maşına arxa tərəfdən yaxınlaşa-yaxınlaşa həyat yoldaşıma zəng edib dedim ki, sənədlərini gətirsin. Telefonla danışarkən ayağımın altında nəsə partladığını və sağ ayağımın dabanında ağrı hiss etdim. Avtomobildə oturan Rasimə "kimsə mənə atəş açır" dedim, özümü qorumaq üçün şam ağacının arxasına keçdim. Daha bir neçə dəfə atəş açıldı. Günel yaxınlaşıb, corabımı çıxarmaqda mənə kömək etdi".

 

Zərərçəkmiş əlavə edib ki, Günel Süleymanovanın onun tərəfindən zorlanması barədə verdiyi ifadəsi yalandır.

 

Məhkəmə hesab edib ki, Ramil Hüseynli və Günel Süleymanovanın Cinayət Məcəlləsinin 29,120.2.1-ci, 29,120.2.4-cü, 29,120.2.5-ci və 29,120.2.6-cı (qrup halında, sifarişlə, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürməyə cəhd), 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Rasim Süleymanovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), Ramin Həsənovun və Əlikubar Kubarovun CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Hüseynli və Günel Süleymanova 16 il müddətinə azadlıqdan məhrum olunublar. Bundan başqa, Rasim Süleymanova 8 il, Ramin Həsənova 6 il və Əlikubar Kubarova 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin olunub.


Oxunub: 467
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:10 | İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
    Dünən, 21:00 | Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
    Dünən, 20:31 | Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
    Dünən, 20:16 | Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
    Dünən, 20:01 | Əbu-Dabidəki danışıqlar başa çatdı
    Dünən, 19:43 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO
    Dünən, 19:40 | İlham Əliyev Türkiyəyə getdi
    Dünən, 19:39 | "Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
    Dünən, 19:38 | Rusiya Ukrayna xalqını ac qoymaq istəyir – Plan
    Dünən, 19:36 | Aslan Fətullayev Moskvada vəfat etdi
    Dünən, 18:21 | Asiyada insanları "udan" "Bermud üçbucağı" tapıldı - VİDEO
    Dünən, 18:20 | Sabiq məmur doğum günündə vəfat etdi
    Dünən, 18:19 | “Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
    Dünən, 18:16 | Nəvəsinin andiçməsinə getdi, itkin düşdü - Foto
    Dünən, 14:57 | KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?
    Dünən, 14:49 | Məktəblərdə 7 gün dərs olmayacaq
    Dünən, 14:21 | "Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
    Dünən, 14:18 | Ermənistanda müxalifətçi namizəd təcridxanada vəfat edib
    Dünən, 14:04 | 2-ci liqada 10-cu tur başa çatır
    Dünən, 13:54 | Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
    Dünən, 13:49 | Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü
    Dünən, 13:21 | “Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi
    Dünən, 13:19 | Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
    Dünən, 13:17 | Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad edilir
    Dünən, 13:15 | Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət etdi
    Dünən, 12:41 | Bu məhsullar 3 il müddətinə ƏDV-dən azad edilir
    Dünən, 12:25 | Şəkiyə 33 sm qar yağdı
    Dünən, 12:18 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
    Dünən, 12:18 | İlham Əliyev polşalı həmkarına başsağlığı verdi
    Dünən, 11:45 | İşsizlikdən sığorta haqqı nağdsız formada ödəniləcək
    Dünən, 11:44 | Qazaxda avtomobil yandı
    Dünən, 11:43 | Bakıda məşhur xəstəxana bağlanır
    Dünən, 11:41 | 5 günlük tətil başlayır - Tarixlər
    Dünən, 11:40 | Erməni əsgər intihar etdi, iki həbsçi həbs olundu
    Dünən, 10:17 | Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Dünən, 10:15 | ABŞ Rusiyadan Ukrayna üçün NATO mexanizmlərinə oxşar təminatlar istəyəcək
    Dünən, 10:12 | Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
    Dünən, 10:04 | Sabirabadda məktəblini avtomobil vuraraq öldürdü
    Dünən, 10:01 | Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
    Dünən, 09:50 | UEFA azərbaycanlı hakimi bu oyunlara təyin etdi
    Dünən, 09:44 | Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?
    Dünən, 09:27 | Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
    Dünən, 00:33 | Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür
    9-11-2026, 21:10 | "Villaları, evləri var, gözləri doymur"
    9-11-2026, 20:50 | Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Heç nə etmirik, avara-avara gəzirik..." - VİDEO
    9-11-2026, 19:03 | Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
    9-11-2026, 18:53 | Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
    9-11-2026, 18:46 | İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
    9-11-2026, 18:43 | Şəkiyə yağan qar fəsadlara səbəb olub - FOTO
    9-11-2026, 17:51 | “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.