Mingəçevirdə bıçaqlanma: Yaralı xəstəxanada öldü
Dekabrın 16-sı Mingəçevir şəhəri ərazisində bıçaqlanan 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli xəsarətdən müalicə aldığı xəstəxanada ölüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
Araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi məlum olub.
Oxunub: 153
Xəbəri paylaş
Paylaş: