Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
  • Putin Krım körpüsündən danışdı: Cavabımız daha ağır olacaq
  • Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib
  • 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxundu - 3 il həbs...
  • Sabah güclü külək əsəcək - Xəbərdarlıq
  • Əmrullayev Abbaszadəni rektor kimi kollektivə təqdim etdi
  • Məhkəmədən Rasim İldırımzadə ilə bağlı qərar...
  • Bakıda məşhur mebel mağazası bağlandı - Video
  • BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı
  • Hərbçilərin pensiyası necə hesablanacaq? – YENİ QAYDA
  • Pensiyaların tam ödəniləcəyi tarix açıqlandı
  • Dəhşətli qəzada ölənlər tanınmış şəxsin oğlu və nəvələri imiş - Foto
  • Gəncə Dövlət Universitetində "Mənəvi dəyərlər" günü keçirilib - Foto
  • Qazaxda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı açıqlama
  • Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır
  • 9 Milyonluq Soyğun, Şər-Böhtan və Həbs: "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası
  • DİM-dən BDU-ya: 31 il imtahan sisteminin rəhbəri olan Məleykə Abbaszadənin dosyesi
  • Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam
  • İlham Əliyev Elçin Babayevi vəzifəsindən azad etdi
  • Xankəndidə tarixi futbol günü: Yenilənmiş stadionda ilk oyun
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım günündə əziz xatirəsi ehtiramla yad edilib

  • Tarix: 12-12-2024, 13:07

Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla irəliləyir. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Bu illər ərzində Azərbaycan Ulu Öndərin ideyalarının işıqlandırdığı yolla irəliləyərək əsrə bərabər inkişaf yolu qət edib, regionun qüdrətli dövlətlərindən birinə çevrilib. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi və uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu gün səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurların, möhtəşəm qələbələrin əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.

Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Bu gün Ümummilli Liderin vəfatından 21 il keçməsinə baxmayaraq Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi xalqımız unutmur. Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş, canlı əfsanəyə çevrilmiş ən böyük azərbaycanlıdır.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev anım günündə yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. 

Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən fotostendlərlə tanış olub, dahi şəxsiyyətə olan sonsuz sevgi və ehtiramlarını bildiriblər. 

Heç kəsə sirr deyil ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadiqdir.

Azərbaycanın liderliyi və fəal iştirakı ilə beynəlxalq əhəmiyyətli bir sıra enerji və nəqliyyat layihələri gerçəkləşdirilib. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri ölkəmizə mühüm siyasi, iqtisadi üstünlüklər qazandırır. Hazırda Azərbaycan kosmik ailənin üzvlərindən biridir. Səsimiz beynəlxalq arenalarda daha aydın eşidilir, üçrəngli Bayrağımız isə yüksək zirvələrdə dalğalanır. Bu uğurların əsasını Ulu Öndərin əbədi ideyaları, Prezident İlham Əliyevin məqsədyönlü qərarları, mövcud qlobal reallıqlara uyğun siyasəti və çevik diplomatik yanaşmaları təşkil edir.

Tənəzzüldən zirvəyə doğru qət etdiyimiz yol Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanın ən yeni tarixində qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən çox davam edən rəhbərliyi dövründə ölkəmiz milli dirçəliş və intibah dövrünü yaşayıb.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə Azərbaycanın həyatında köklü dəyişikliklər baş verdi - respublikamız canlanma mərhələsinə qədəm qoydu, yüksəliş və genişmiqyaslı quruculuq işləri başladı. Bakıda o dövrün nadir sənaye müəssisələri olan məişət kondisionerləri zavodu və dərin dəniz özülləri zavodu inşa edildi. Memarlıq inciləri olan “Gülüstan” sarayı və indiki Heydər Əliyev Sarayı tikildi, Yeni Əhmədli və Günəşli kimi iri yaşayış massivləri və mikrorayonlar salındı. Kənd təsərrüfatında əhəmiyyətli artımlar baş verdi ki, bu da əhalinin həyat səviyyəsinin xeyli yaxşılaşmasına səbəb oldu.

Ulu Öndər Heydər Əliyev hələ sağlığında əfsanələşmiş, nadir dövlət xadimlərindən biri idi. Dünyanın tanınmış simaları onu siyasət sahəsində patriarx və tarixin gedişinə təsir etmək gücündə olan şəxsiyyət kimi qiymətləndirirdilər.

Tam əminliklə demək olar ki, Azərbaycan tarixinin 1970-1980-ci illəri xalqımızın milli ideyalarının - azad, müstəqil və suveren dövlət qurmaq arzularının formalaşmasına, gələcəkdə milli azadlıq hərəkatının güclənməsinə möhkəm zəmin yaradıb.

Xalqın əbədi iftixar mənbəyinə çevrilmiş Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən biridir. Azərbaycan xalqı onunla haqlı olaraq fəxr edir. Həyatı öz milləti ilə ayrılmaz şəkildə bağlı olan Ulu Öndər dövlətçilik tariximizdə unudulmaz rəhbər, qüdrətli Lider və fədakar insan kimi əbədi iz qoyub. Şübhəsiz ki, Heydər Əliyev Azərbaycanı qəlbən sevən və bütün həyatı boyu Vətəni üçün bu yolda hər bir əzab-əziyyətə hazır olan dahi insan idi.

O, SSRİ kimi böyük bir dövlətin ən yüksək rəhbər orqanlarından olan Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrinə qədər yüksəlmişdi. Heydər Əliyevin belə mötəbər bir siyasi zirvədə yer alması təbii ki, Azərbaycanın inkişafı üçün geniş imkanlar yaratdı. O, öz nüfuzundan və tutduğu vəzifələrin gücündən istifadə edərək ölkəmizə bir çox mühüm ittifaq layihələrini yönləndirdi.

Həmin dövrdə Heydər Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli addımları və fitri təşkilatçılıq qabiliyyəti onun nüfuzunu daha da artırırdı. Lakin bununla yanaşı, ona qarşı paxıllıq və qısqanclıq hissləri də güclənirdi. Xüsusilə ermənipərəst Mixail Qorbaçov Heydər Əliyevi siyasi arenadan uzaqlaşdırmağa cəhd göstərirdi. Bu məqsədlə ona qarşı çirkin kampaniyalar başladıldı.

Heydər Əliyev ölkə rəhbərliyi ilə ciddi fikir ayrılığı səbəbindən vəzifəsindən istefa verdikdən sonra erməni şovinistləri Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər, Qarabağda separatizm baş qaldırdı. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda qanlı qırğın törətdi. O dövrdə də, bu gün də çoxları əmindir ki, əgər həmin vaxt Heydər Əliyev rəhbərlikdə qalsaydı, nə Qarabağ problemi, nə Qara Yanvar faciəsi, nə də digər hadisələr yaşanardı.

Ulu Öndərin hakimiyyətə qayıdışı: Azərbaycanın taleyinin dönüş nöqtəsi oldu. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün ağır və çətin sınaq dövrü idi. Bu vəziyyətə biganə qala bilməyən Heydər Əliyev Moskvadan Vətənə qayıtmaq qərarı verdi. Lakin o dövrün iqtidarı onun Bakıya gəlməsinə mane olduğu üçün Ulu Öndər doğma Naxçıvana üz tutdu.

Ümummilli Lider Naxçıvanı erməni təcavüzündən və siyasi təlatümlərdən qorumağı bacardı. O, üçrəngli Bayrağımızı ilk dəfə Naxçıvanda ucaltdı və Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul etdiyi cəsarətli və strateji qərarlar Azərbaycanın gələcək taleyində həlledici rol oynadı.

Müstəqilliyin bərpa olunduğu ilk illərdə Azərbaycan ciddi bəlalarla - xaos, anarxiya, vətəndaş müharibəsi təhlükəsi və parçalanma riski ilə üz-üzə qalmışdı. 1993-cü ilin yayında vəziyyət daha da kritikləşdi, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşdı. Belə bir zamanda xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gələrək böyük bir məsuliyyəti öz üzərinə götürdü və xilaskarlıq missiyasına başladı.

Ulu Öndər qısa müddətdə ölkəni qorxunc təhlükələrdən xilas etdi və müasir milli dövlət quruculuğuna başladı. Onun rəhbərliyi altında milli maraqlara əsaslanan xarici siyasət formalaşdırıldı və ölkədə ictimai-siyasi sabitlik yaradıldı ki, bu da quruculuq işlərinə yol açdı.

Eyni zamanda, nizami ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Heydər Əliyev tez-tez cəbhə bölgələrinə gedir, ön xətdə əsgərlərlə görüşərək onların mənəvi ruhunu yüksəldirdi. Bunun nəticəsində düşmənin yeni işğal planları uğursuzluğa düçar oldu.

Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin müdrik xarici siyasəti və şəxsi nüfuzu sayəsində müstəqil Azərbaycan beynəlxalq arenada özünə inamla yer tutmağa başladı. Dünyanın hər yerində ona hörmətlə yanaşılır və fikirlərinə böyük önəm verirdilər.

“Əsrin müqaviləsi” - dirçəliş dövrünün başlanğıcına gəlincə 1994-cü ildə Azərbaycan beynəlxalq sərmayəçilər üçün riskli bir ölkə kimi qiymətləndirilirdi. Bir çox xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymaq məsələsində tərəddüd içində idi. Ümummilli Lider Heydər Əliyev “Amoko”, “vp”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair sonradan “Əsrin müqaviləsi” adı almış neft kontraktları imzalandı. Bu, tarixi hadisə Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu. “Əsrin müqaviləsi” ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı.

Sonra Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi. Onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi. Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr reallaşdırıldı. Bu transmilli enerji və nəqliyyat layihələri ölkəmizi beynəlxalq aləmdə mühüm aktora çevirdi.

Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanın möhtəşəm uğurları Ulu Öndərin əbədi ideyalarından qaynaqlanır. Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun parlaq ideyaları bu gün də Azərbaycanın inkişaf yolunu işıqlandırır. Prezident İlham Əliyev qlobal reallıqları ustalıqla nəzərə alaraq, Ulu Öndərin yolunu qətiyyətlə davam etdirir və ölkəmizi yeni zirvələrə daşıyır. Qlobal siyasətin mürəkkəb məqamlarına dərindən bələd olan, milli maraqları qətiyyətlə qoruyan Prezident İlham Əliyev titanik fəaliyyəti ilə Azərbaycanı güclü dövlətə və beynəlxalq arenada nüfuzlu söz sahibinə çevirib.

Xalq öz Liderinə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində qazanılan möhtəşəm Zəfərdir. Azərbaycan Prezidenti quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur.

Heç şübhəsiz, bütün bu və digər nailiyyətlərin təməlində Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası və milli dövlətçilik konsepsiyası dayanır.

Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib. Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.


Oxunub: 1 390
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:54 | Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
    Bu gün, 17:52 | Putin Krım körpüsündən danışdı: Cavabımız daha ağır olacaq
    Bu gün, 17:29 | Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib
    Bu gün, 17:03 | 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxundu - 3 il həbs...
    Bu gün, 17:02 | Sabah güclü külək əsəcək - Xəbərdarlıq
    Bu gün, 17:00 | Əmrullayev Abbaszadəni rektor kimi kollektivə təqdim etdi
    Bu gün, 16:20 | Məhkəmədən Rasim İldırımzadə ilə bağlı qərar...
    Bu gün, 16:18 | Bakıda məşhur mebel mağazası bağlandı - Video
    Bu gün, 14:30 | BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı
    Bu gün, 14:28 | Hərbçilərin pensiyası necə hesablanacaq? – YENİ QAYDA
    Bu gün, 13:52 | Pensiyaların tam ödəniləcəyi tarix açıqlandı
    Bu gün, 13:50 | Dəhşətli qəzada ölənlər tanınmış şəxsin oğlu və nəvələri imiş - Foto
    Bu gün, 13:31 | Gəncə Dövlət Universitetində "Mənəvi dəyərlər" günü keçirilib - Foto
    Bu gün, 13:08 | Qazaxda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı açıqlama
    Bu gün, 12:37 | Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır
    Bu gün, 12:35 | 9 Milyonluq Soyğun, Şər-Böhtan və Həbs: "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası
    Bu gün, 10:43 | DİM-dən BDU-ya: 31 il imtahan sisteminin rəhbəri olan Məleykə Abbaszadənin dosyesi
    Bu gün, 10:10 | Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam
    Bu gün, 10:05 | İlham Əliyev Elçin Babayevi vəzifəsindən azad etdi
    Bu gün, 09:12 | Xankəndidə tarixi futbol günü: Yenilənmiş stadionda ilk oyun
    Bu gün, 09:02 | "Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
    Bu gün, 08:27 | Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi
    Bu gün, 08:24 | Rəsmi Bakıdan Fransaya çağırış: Daxili işlərimizə müdaxilədən çəkinin!
    Bu gün, 08:14 | Ermənistanda hərbi qulluqçunun meyiti tapıldı
    Bu gün, 08:11 | Qapıları bağlı, divarları tozlu: Respublika Perinatal Mərkəzinin aqibəti necə olacaq? - Video
    Bu gün, 08:08 | Vətən həsrəti sona çatır: Cəbrayıl və Zəngilan rayonlarına 35 ailə köçürülür
    Bu gün, 07:54 | İslam xristianlığı geridə qoyacaq? - ABŞ-dən diqqətçəkən proqnoz + Foto
    Bu gün, 07:40 | Həqiqətən faydalıdır?
    Bu gün, 07:37 | Kosmosda tarixi hadisə
    Bu gün, 07:33 | Bəndər-Abbasda ardıcıl partlayışlar baş verdi
    Bu gün, 07:32 | Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?
    Bu gün, 07:31 | Bir stəkan kola içdikdə nələr baş verir? - Dəhşətli faktlar
    Bu gün, 01:02 | 7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA
    Bu gün, 00:40 | Agstafada yol-nəqliyyat hadisəsi baş verib - VİDEO
    Dünən, 22:21 | Qazaxda ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu
    Dünən, 20:46 | Qazaxda V İdman Festivalı keçiriləcək
    Dünən, 20:10 | Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 5 ölü var+Yenilənib (VİDEO)
    Dünən, 18:04 | Mənzil almaq istəyənlərə xəbərdarlıq... – “Bu hal risklidir”
    Dünən, 18:02 | Azərbaycan onu Özbəkistana təhvil verdi
    Dünən, 18:01 | Millimiz FİFA reytinqində 3 pillə irəlilədi
    Dünən, 17:38 | Sənədsiz ev alanların üzləşdiyi təhlükə - Ekspertdən xəbərdarlıq
    Dünən, 17:33 | Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı
    Dünən, 17:31 | Bu qurumlara dair 3 ay tələbi götürüldü
    Dünən, 17:27 | Bu imtahan ləğv edildi, ödəniş geri qaytarılacaq
    Dünən, 16:18 | DSMF-nin hesabladığı 10 milyard manatlıq öhdəlik hökümətlə razılaşdırılmayıb
    Dünən, 16:12 | Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
    Dünən, 16:11 | Şahruddindən millini ifşa edən qalmaqallı açıqlama...
    Dünən, 16:08 | Bu imtahanda 2 fənn ləğv edilir? - Rəsmi
    Dünən, 14:34 | Bu komitənin sədrinin müavinlərinin sayı artırıldı
    Dünən, 14:18 | Kreditə görə anama zəng edib psixoloji təzyiq yaradırlar - "Kapital Bank"dan şikayət
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.