Bu Avropa ölkəsi Ukraynaya qoşun göndərir: NATO-nun icazəsi olmadan
Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək üçün NATO-nun razılığına ehtiyacı yoxdur. Mediaxeberleri.Az UNİAN-a istinadən xəbər verir ki, bunu Litvanın Şimali Atlantika Alyansındakı səfiri Deyvidas Matulionis deyib. “Ukraynaya qoşun göndərmək milli qərar, bir qrup ölkə, bu təşəbbüsə qoşulmaq istəyən koalisiya ola bilər. Bunun üçün NATO-nun təsdiqi və ya etiketinin olması vacib deyil”, - o qeyd edib. Eyni zamanda diplomat etiraf edib ki, hələlik Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsi sadəcə ideyadır. Eyni zamanda o etiraf edib ki, bu mövzu NATO-ya üzv ölkələrin xarici işlər nazirləri tərəfindən Brüsseldə keçiriləcək görüşdə yenidən gündəmə gətirilə bilər . Bundan əvvəl Şimali Atlantika Alyansının hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirmişdi ki, Rusiyanın nüvə potensialı NATO qoşunlarının Ukraynaya göndərilməsinə mane olur, çünki hərbi blokun bir çox ölkələri bunun mümkün nəticələrindən ehtiyat edir. O, həmçinin xatırladıb ki, Rusiya nüvə arsenalı dünyada ən böyükdür.