Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Son 3 ayda Ermənistana 400 mindən çox rus gedib
  • "Villaları, evləri var, gözləri doymur"
  • Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Heç nə etmirik, avara-avara gəzirik..." - VİDEO
  • Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
  • Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
  • İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
  • Şəkiyə yağan qar fəsadlara səbəb olub - FOTO
  • “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
  • Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
  • Babək Quliyev UEFA-dan təyinat alıb
  • Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
  • Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
  • Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
  • Elnarə belə arıqlayır
  • Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
  • Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
  • Füzuli Rzaquliyev vəfat edib
  • Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
  • Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Himnimizi ifa edən Karen: "Dahi Üzeyir Hacıbəyovun əsəri çox gözəldir!" - "Kaspi"nin müsahibəsi

  • Tarix: 21-09-2024, 14:40

Karen Danqe Manafzadə: "Əvvəldən rəqslərinizi bilmirdim, lakin toyumuzdan öncə Abuzərin anası mənə Azərbaycan xanımlarının necə rəqs etdiyini göstərmişdi".

Abuzər Manafzadə: "Karen çox çalışqan insandır, onun əzminə heyran qalırdım. Səhər saat beşdən oyanırdı ki, Azərbaycan dilini öyrənəcəyəm. Qısa müddətdə də öyrəndi".

UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya-Azərbaycan qarşılaşmasından öncə Azərbaycan himninin canlı səsləndirilməsi çoxumuzu qürurlandırdı. Himnimizi səsləndirən Avstriyada yaşayan alman-kuba əsilli vokalçı Karen Danqe Manafzadə idi. Karen Danqe Manafzadə dünyanın bir çox ölkəsində opera, operetta, film layihələrində yer alan, böyük auditoriyalar qarşısında çıxış edən, beynəlxalq müsabiqələr laureatı vokalist, aktrisa və mahnı bəstəkarıdır. Karen beynəlxalq arenada verdiyi konsertlərlə yanaşı, hazırda ingilis, alman, ispan və Azərbaycan dillərində mahnılar bəstələyir. Karen Azərbaycanın Əməkdar artisti, dünyaşöhrətli pianoçu İslam Manafovun oğlu, pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadənin həyat yoldaşıdır. Abuzər beynəlxalq müsabiqələrdə 18 mükafat qazanmış pianoçu, dirijor, bəstəkardır. Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsindən məzun olan ilk azərbaycanlıdır.

Beləliklə, "Kaspi" qəzetinin "Ailə" rubrikasının budəfəki qonaqları Abuzər və Karendir.

"Musiqisi ilə qəlbimi qazandı"

Hər ikisi musiqiçi olan bu cütlüyün yolları konservatoriyada kəsişib. Karen tanışlıq hekayəsini bölüşüb:

"Biz ilk dəfə bir-birimizi konservatoriyada gördük. Hər yerdə Abuzərin konsertinin afişaları var idi. Mən onun konserti olduğunu bilirdim. Lakin o, məni dəvət etdikdə özümü bilməməzliyə vurdum. Şirin, yaxşı oğlan idi, amma mən ilk anda ciddi heç bir şey düşünmədim. Sadəcə "konsertə dəvət edir, gedim", - dedim. Konsertə rəfiqəmlə getmişdim. Abuzər konsertdə Lüdviq van Bethovenin "Appasionata" əsərini ifa etdi. Mən hələ belə bir şey görməmişdim. O, üç dəqiqə pianoda ifa etdikdən sonra mən rəfiqəmə dönüb dedim ki, bu oğlan ilə mütləq evlənəcəyəm. Konsertdən öncə məni "Facebook"da tapmışdı və özü, uğurları, ailəsi haqqında məlumat vermişdi. Abuzər konservatoriyaya müraciət edirmiş kimi özü haqqında məlumat göndərmişdi (gülür). O, mənə ailəsi haqqında məlumat verdikdə onlara heyran qalmışdım. O zamanlar 19 yaşım var idi və qarşımda tanınmış Manafzadə ailəsini görəndə bir az utanmışdım".

Karen ilk başda ciddi düşünməsə də, Abuzər artıq evlilik xəyalları qururmuş:

"Kareni ilk dəfə görəndə gülümsəməsi çox xoşuma gəldi. Onun pozitivliyinə vuruldum, konsertimə dəvət etdim. Konsertə dəvət edəndə artıq ciddi düşünməyə başlamışdım. İlk baxışdan aşiq olmuşdum, davamlı onu düşünürdüm, gözlərindən, baxışlarından, hərəkətlərindən, danışığından çox gözəl ürəyi olduğunu anladım. Elə o anda düşündüm ki, Karen çox gözəl həyat yoldaşı ola bilər. Hər zaman gülümsəyir, daim pozitivdir. İnsanlara, heyvanlara, təbiətə çox böyük hörmət və sevgi ilə yanaşır. Karenin bir şüarı var ki, "hər şeyi sevgi ilə etmək lazımdır". İllər keçməsinə baxmayaraq, ilk gördükdə nə düşünmüşdümsə, hələ də elədir. Hisslərimdə və düşüncəmdə yanılmadığımı zamanla anladım".

Karen isə Abuzərin xasiyyətini öyrəndikdən sonra bilib ki, onun yarıdır:

"Abuzərin öncə pianoda ifasını çox sevmişdim. Xarakterini öyrəndikdən, onun centlmenliyini, mədəniyyətini gördükdən sonra isə qərar verdim ki, həqiqətən də o, mənim həyat yoldaşım olmalıdır. Almaniyada böyümüşəm, orada belə centlmenlik görməmişdim".

"Karenin heç nədən xəbəri yox idi"

Abuzər deyir ki, Karenə evlilik təklif edəndə elə həyəcanlanıb ki, heç konsertlərdə belə həyəcan keçirmir:

"İki il müddətində bir-birimizi daha da yaxından tanıdıq. Artıq bir-birimiz haqqında tam ciddi düşünürdük. Lakin mən Karenə sürpriz etmək istəyirdim. Bir gün dedim ki, hazırlaş, bir yerə gedirik. Vyanadan Zalsburq şəhərinə qatar bileti almışdım. Həmin gün onun doğum günü idi. Bütün günü orada gəzdik. Karenin heç nədən xəbəri yox idi. Özəl bir restorana getdik, hansı ki, bütün şəhərin mənzərəsini oradan görmək mümkündür. Həmin restoranda ona evlənmə təklif etdim. İspan dilində ona dedim ki, "sən mənim həyatımın eşqisən, mənimlə evlənərsən?"

Abuzərin bu sürprizi Karen üçün doğum günündə aldığı ən gözəl hədiyyə olub:

"Abuzər çox həyəcanlı idi. Hətta mən ondan bir neçə dəfə soruşdum ki, Abuzər, nəsə problem var? Davamlı telefona baxırdı. Qorxurmuş ki, ispan dilində cümlələri unudar. Unutmamaq üçün gözü telefonda imiş. Abuzərin bu sürprizinə şok olmuşdum".

İki musiqiçinin ailə həyatı

Deyirlər, musiqiçilər romantik olurlar. Karenin sözlərinə görə, həyatlarının böyük bir qismini musiqi tutsa da, bir-birlərinə zaman ayırmağı da unutmurlar:

"İki musiqiçinin həyatı gecə-gündüz musiqi və məşqlərdən ibarətdir. Mən oxuyuram, Abuzər piano çalır, hər gün yeni bəstələr üzərində işləyirik. Çalışırıq heç olmasa həftədə bir dəfə bərabər planlar quraq. Bizim ortaq xüsusiyyətimiz musiqi və idmandır. Hər ikimiz idmanı çox sevirik. Bərabər idmanla məşğul oluruq, kinoya gedirik. Meşədə gəzməyi və bərabər dondurma yeməyi də sevirik".

Abuzər: "Karen bəzən kiçik sürprizlər edir. Onun səhərlər məşqi olur. Səhər kofe içməyi sevdiyim üçün getməmişdən mənə kofe hazırlayır. Oyandıqda kofemi hazır görürəm. Yanında da kiçik bir not yazıb qoyur".

"Hər uğurlu kişinin arxasında onun xanımı dayanır"

Abuzər deyir ki, onların uğurlarının sirri daim bir-birilərinə dəstək olmalarıdır:

"Məsələn, mən pandemiya zamanında Karenə piano çalmağı öyrədirdim. O da məni idmanla məşğul olmağa təşviq edir. İşlərimin çoxluğundan bəzən idmana vaxt ayıra bilmirəm. Amma Karen nizam-intizamlı olduğu üçün məni məcbur edir. Hər zaman bir-birimizi irəliyə aparmağa çalışırıq. Öz ailəmizdə də valideynlərimin bir-birinə dəstək olduğunu görmüşəm. Atamın və bütün ailəmizin uğurlarının arxasında hər zaman anam yer alıb. Hətta belə bir ifadə də var ki, hər uğurlu kişinin arxasında onun xanımı dayanır. Mən bu fikrə inanıram".

Cütlüyün toyları həm Avstriyada, həm də Azərbaycanda keçirilib. Karen Azərbaycandakı toylarının təəssüratını bölüşüb:

"Bu dərəcədə böyük toy olacağını düşünmürdüm. 400 nəfər qonaq var idi. Bəlkə Azərbaycan üçün bu elə də böyük rəqəm deyil. Amma mən belə bir şey görməmişdim. Əvvəldən rəqslərinizi bilmirdim, lakin toyumuzdan öncə Abuzərin anası mənə Azərbaycan xanımlarının necə rəqs etdiyini göstərmişdi. Azərbaycanın xanımlarının rəqsi çox eleqant və möhtəşəmdir".

"Azərbaycanda özümü şahzadə kimi hiss etdim"

Karen bir neçə dəfə Azərbaycanda olub:

"Biz ancaq Bakıda olmuşuq. Bakını çox sevdim. Memarlıq abidələri sənət əsəridir, binalar hamısı çox gözəldir. Abuzərdən öncə Azərbaycanı "Avroviziya" müsabiqəsindən tanıyırdım. Azərbaycan mənim üçün çox özəl və gözəldir. Yeməkləri tamamilə fərqlidir, insanları çox mədənidir. Azərbaycanda özümü şahzadə kimi hiss etdim. Hara gedirdim, mənim üçün qapı açırdılar. Düşünürəm ki, Azərbaycan xalqı çox açıq fikirli, tolerantdır, hər bir dinə, dilə çox hörmət edir. Gələcəkdə çox istəyərik Qarabağa gedək. Orada konsert proqramı ilə çıxış etməyə də çox şad olarıq".

"Bitdiyi zaman göz yaşlarımı saxlaya bilmədim"

Qarabağdan söz düşmüşkən Karen dedi ki, əvvəl xalqımızın başına gələn müsibətlərdən bixəbər olsa da, sonradan Abuzərin "Xocalıya" əsəri ilə tanış olub və acımızı anlayıb:

"Biz yeni tanış olanda Abuzərin "Xocalıya" adlı əsərini "YouTube"da gördüm. O zaman mən Xocalı soyqırımı haqqında heç bir məlumata sahib deyildim. Lakin o qədər təsirli idi ki, bitdiyi zaman göz yaşlarımı saxlaya bilmədim. Abuzərə yazıb soruşdum ki, bu əsər nədən bəhs edir. O da mənə bu faciənin dərinliyini izah etdi. Bundan bir neçə ay sonra bizim Abuzərlə ilk böyük tədbirimiz Amsterdamda Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Xocalıya" aid rekviyem-konsert proqramı oldu. Abuzər həmin əsəri orada da səsləndirdi, mən Azərbaycan bəstəkarlarının əsərlərini və ilk dəfə Azərbaycanın dövlət himnini orada ifa etdim".

"Karenin dil öyrənməklə bağlı qabiliyyətini görürdüm"

Karenin sözlərinə görə, onun dilimizdə səsləndirdiyi ilk əsər də məhz himnimiz olub:

"Mənim Azərbaycan mahnıları ilə tanışlığım Abuzər sayəsində olub. Bizim ilk dəfə Amsterdamda konsertimiz olduqda səhnədə Azərbaycan himnini səsləndirməyimə o qərar verdi. Bu, Azərbaycan dilində səsləndirdiyim ilk əsər idi. Abuzərə çox təşəkkür edirəm ki, o zaman mənə inandı. Bununla da Azərbaycan musiqisi, sonra isə dili ilə tanış oldum".

Abuzər əvvəldən xanımının bacarığını sezibmiş:

"Karenə müraciət etdim ki, tədbirdə himnimizi və digər əsərlərimizi səsləndirmək istəyərsən? Təklifim ona da sürpriz oldu. Karenin dil öyrənməklə bağlı qabiliyyətini görürdüm. Bilirdim ki, dil öyrənməyə qarşı necə qətiyyətli və həvəslidir. Əmin idim ki, o, bu məsuliyyətli işi ən gözəl şəkildə həyata keçirəcək. Hazırda Karenin mahnılarımızla və dilimizlə bağlı əldə etdiyi uğurlara baxdıqda da deyə bilərəm ki, yanılmamışdım".

"Öyrənənə qədər çox çətin idi"

Karen mahnılarımızı ifa etsə də, dilimizdə danışa bilməyib. Lakin qarşısına məqsəd qoyub və buna ən qısa zamanda çatıb:

"Mən Azərbaycan mahnılarını oxuyurdum. Lakin sizin dilinizdə "salam" belə deyə bilmirdim. Səhnədə oxuduğun dili anlamamaq düzgün deyil. Abuzərin ailəsi ilə də öz dillərində danışmaq istəyirdim. Özümə dedim ki, mütləq Azərbaycan dilini öyrənməliyəm. Düzdür, mahnıları səhnədə ifa etmədən öncə Abuzərdən mənalarını soruşurdum. Amma dili tam bilmədiyim üçün stress keçirirdim. Abuzər və dil müəlliminin dəstəyi ilə yavaş-yavaş öyrəndim. Öyrənənə qədər çox çətin idi".

"Hər gün bəlkə 50 dəfə bu sözdən istifadə edirəm"

Karen sonradan Abuzərin həm də tələbəsi olub. Abuzər tələbəsinin necə əzmlə dilimizi öyrənməsindən bəhs edib:

"Karen həmişə mahnılarımızı oxumamışdan öncə gəlib məndən mənalarını öyrənirdi. Mahnılarımızdakı sözləri izah edirdim. Karen çox çalışqan insandır, onun əzminə heyran qalırdım. Səhər saat beşdən oyanırdı ki, Azərbaycan dilini öyrənəcəyəm. Qısa müddətdə də öyrəndi. O, gəlib mənə "sizin dili öyrənmək istəyirəm" dediyi zaman sevincimdən havalara uçdum deyə bilərəm. Çünki doğma dilimizdə sevdiyim insanla ünsiyyət qurmaq, ona sevgimi çatdırmaq və eyni şəkildə bu sözləri ondan eşitmək çox gözəl bir duyğudur. Karenin dilindən, özü də Azərbaycan dilində sözlərimizi eşitmək mənim qəlbimi titrədir".

Karen deyir ki, ona Azərbaycan dilində ən maraqlı gələn "nazlı" sözü olub:

"Çünki o söz mənim dilimdə yoxdur. Bunu başa düşmək çox çətin idi. Abuzərdən soruşurdum ki, "nazlı" nə deməkdir? O da tam başa sala bilmirdi, çünki tam ifadə etmək mümkün deyildi. Ən sevdiyim söz isə "canım"dır. Hər gün bəlkə 50 dəfə bu sözdən istifadə edirəm".

"Paxlavanın aludəçisiyəm"

Avstriyada yaşasalar da, cütlüyümüz milli bayramlarımızı da qeyd edir. Karenə görə bayramlarımızdan Novruz çox özəl və gözəldir:

"Biz dostlarımız və ailəmizlə onu qeyd edirik. Novruz şirniyyatlarınız - paxlava, şəkərbura, qoğal hamısı superdir, olduqca dadlıdır. Daha çox paxlavanı sevirəm, hətta aludəçisi olmuşam deyə bilərik".

Yeməklərimizdən söz düşmüşkən Karen deyir ki, ən sevdiyi təamımız dolmadır:

"Özüm də dolma bişirirəm. Abuzərin anası mənə öyrədib. Paxlava və şəkərbura bişirməyi də öyrənmək istəyərdim".

"Üzeyir Hacıbəyov, Fikrət Əmirov mənim üçün şedevrdir"

Karen bəyəndiyi bəstəkarların əsərlərini də bizimlə paylaşıb:

"Bütün Azərbaycan mahnıları çox gözəl və möhtəşəmdir. Amma Müslim Maqomayevin "Azərbaycan" mahnısının qəlbimdəki yeri bir başqadır. "Anamın anasısan, Azərbaycan" hissəsində ağlamışdım. Müslim Maqomayevin mahnılarını çox ifa etmişəm. Fikrət Əmirovun "Sevil" operasından "Dilbərin nəğməsi" də çox gözəldir. Ən özəl isə himninizdir. Çünki dahi Üzeyir Hacıbəyovun əsəridir. Böyük Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyov, Fikrət Əmirov mənim üçün şedevrdir. Rauf Hacıyevin də mahnılarını çox sevirəm".

Karenin dilimizdə bəstələdiyi ilk mahnı

"Azərbaycan, gözəlsən" isə Karenin dilimizdə bəstələdiyi ilk mahnısıdır. Abuzərin sözlərinə görə, bu əsər o qədər mükəmməl alınıb ki, hər hansı bir dəyişiklik etməyə ehtiyac qalmayıb:

"Karenin Azərbaycan dilində mahnı bəstələməsi hekayəsi çox maraqlıdır. Bir dəfə evə gəldikdə mənə dedi ki, mahnı bəstələmişəm. Düşündüm, yəqin ya ingilis dilində, ya da alman dilindədir. Önümdə sözləri gördükdə adına baxdım ki, "Azərbaycan, gözəlsən" yazılıb və mahnı bizim dildədir. O qədər mükəmməl idi ki, biz ona sonradan heç bir düzəliş etmədik. Dilimizi o qədər gözəl öyrənmişdi ki, artıq mahnı yaza biləcək səviyyədə bilirdi. Buna görə onunla hədsiz qürur duydum".

Karen isə gələcəkdə Azərbaycan dilində yazdığı mahnıların sayını artırmağı düşünür:

"Mahnı bəstələmək istədim. Amma bilmədim ki, bunu hansı dildə edim. Sonra düşündüm və ağlıma Azərbaycanın necə gözəl olduğu gəldi. Qərar verdim ki, mahnını Azərbaycan dilində yazım. Gələcəkdə Azərbaycan dilində başqa mahnılar da bəstələmək istəyərəm".

"Mən də Kareni tövsiyə etdim"

Abuzər Karenin Slovakiya-Azərbaycan matçından öncə himnimizi səsləndirməsinə də toxunub:

"Slovakiya Futbol Assosiasiyası UEFA Millətlər Liqasında Azərbaycana belə bir jest etmək istədi. Bunu Bratislavadakı səfirliyimizə bildiriblər. Onlar da peşəkar musiqiçi kimi mənimlə məsləhətləşdilər. Mən də Kareni tövsiyə etdim. Çünki o, həm peşəkar vokalistdir, həm də himnimizi dəfələrlə qürurla səsləndirib. Karen öncə böyük auditoriyalar qarşısında çıxış etmişdi, amma bu, ən böyük auditoriya idi".


Oxunub: 2 663
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:23 | Son 3 ayda Ermənistana 400 mindən çox rus gedib
    Dünən, 21:10 | "Villaları, evləri var, gözləri doymur"
    Dünən, 20:50 | Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Heç nə etmirik, avara-avara gəzirik..." - VİDEO
    Dünən, 19:03 | Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
    Dünən, 18:53 | Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
    Dünən, 18:46 | İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
    Dünən, 18:43 | Şəkiyə yağan qar fəsadlara səbəb olub - FOTO
    Dünən, 17:51 | “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
    Dünən, 17:35 | Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
    Dünən, 17:31 | Babək Quliyev UEFA-dan təyinat alıb
    Dünən, 17:27 | Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
    Dünən, 17:20 | Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
    Dünən, 16:29 | Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
    Dünən, 16:25 | Elnarə belə arıqlayır
    Dünən, 16:15 | Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
    Dünən, 16:11 | Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
    Dünən, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Dünən, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Dünən, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Dünən, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Dünən, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Dünən, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Dünən, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Dünən, 14:40 | Prezident sərəncam imzaladı
    Dünən, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Dünən, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Dünən, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Dünən, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Dünən, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Dünən, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Dünən, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Dünən, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Dünən, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    8-11-2026, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    8-11-2026, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    8-11-2026, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    8-11-2026, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    8-11-2026, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    8-11-2026, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    8-11-2026, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    8-11-2026, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    8-11-2026, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    8-11-2026, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    8-11-2026, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    8-11-2026, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    8-11-2026, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    8-11-2026, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    8-11-2026, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    8-11-2026, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    8-11-2026, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.