İlin ən yaşı məşqçisi mükafatını kim alacaq? - 6 namizəd
“France Football” nəşri ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb. Mediaxeberleri.Az xəbər verir ki, siyahıda altı namizəd var: “Bayer” ilə Bundesliqa və Almaniya Kubokunu qazanan Xabi Alonso; “Real” ilə İspaniya Çempionatı, Çempionlar Liqası və UEFA Super Kubokunu qazanan Karlo Ançelotti; İspaniya millisi ilə Avropa çempionu olmuş Luis de la Fuente; “Atalanta” ilə Avropa Liqasının qalibi olan Qian Piero Qasperini; “Mançester Siti” ilə İngiltərə çempionu olan Pep Qvardiola; Argentina millisi ilə Amerika kubokunu qazanan Lionel Skaloni. Qalib oktyabrın 28-də keçiriləcək “Qızıl top” mərasimində açıqlanacaq.
Oxunub: 244
Xəbəri paylaş
Paylaş: