Bu şəxslər ilk dəfə deputat seçildi - Siyahı
Xəbər verdiyimiz kimi, Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb. Mediaxeberleri.Az xəbər verir ki, seçkilərin ilkin nəticələrinə görə, 28 nəfər ilk dəfə millət vəkili adı qazanıb. Yeni deputat olanların adlarını təqdim edirik: 10 saylı Binəqədi üçüncü seçki dairəsi – Elşad Musayev (BAP); 13 saylı Xəzər ikinci seçki dairəsi – Gülşən Paşayeva (bitərəf); 14 saylı Xəzər-Pirallahi seçki dairəsi – Günay Əfəndiyeva (bitərəf); 17 saylı Yasamal üçüncü seçki dairəsi – Göydəniz Qəhrəmanov (bitərəf); 20 saylı Nərimanov ikinci seçki dairəsi – Samir Vəliyev (YAP); 27 saylı Sabunçu ikinci seçki dairəsi – Arzuxan Əlizadə (AMİP); 29 saylı Sabunçu dördüncü seçki dairəsi — Azər Allahverənov (bitərəf); 31 saylı Suraxani ikinci seçki dairəsi – Qaya Məmmədov (bitərəf); 44 saylı Sumqayıt üçüncü seçki dairəsi — Mehriban Vəliyeva (YAP); 45 saylı Sumqayıt dördüncü seçki dairəsi — Səbinə Salmanova (bitərəf); 46 saylı Sumqayıt beşinci seçki dairəsi – Elnarə Akimova (YAP); 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi – Zaur Şükürov (bitərəf); 48 saylı Abşeron birinci seçki dairəsi - Nigar Məmmədova (YAP); 49 saylı Abşeron ikinci seçki dairəsi - Rizvan Nəbiyev (bitərəf); 50 saylı Abşeron üçüncü seçki dairəsi - Ramid Namazov (YAP); 51 saylı Şirvan seçki dairəsi – Heydər Əsədov (YAP); 56 saylı Şabran-Xaçmaz seçki dairəsi - Mahir Süleymanlı (YAP); 59 saylı Quba seçki dairəsi – Əlibala Məhərrəmzadə (YAP); 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi - Günay Ağamalı (Ana Vətən Partiyası); 70 saylı Neftçala seçki dairəsi - Tənzilə Rüstəmxanlı (VHP); 77 saylı Lənkəran şəhər seçki dairəsi – Fariz İsmayılzadə (bitərəf); 80 saylı Lerik-Astara seçki dairəsi – Vasif Qafarov (bitərəf); 90 saylı Ağsu seçki dairəsi – Elçin Mirzəbəyli (ƏHD); 96 saylı Goranboy-Naftalan seçki dairəsi – Bədəl Bədəlov (YAP); 112 saylı Zaqatala seçki dairəsi – Asif Əsgərov (YAP); 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi – Eyvaz Qurbanov (YAP); 121 saylı Laçın seçki dairəsi – Rövşən Muradov (YAP); 123 saylı Kəlbəcər seçki dairəsi - Mircəlil Qasımlı (bitərəf).