Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto

Son xəbərlər :
  • KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
  • Tramp Meksikanı hədələdi
  • Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
  • Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
  • İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
  • Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
  • Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
  • FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
  • MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
  • Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
  • Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
  • Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
  • Bakıda külək güclənəcək - Xəbərdarlıq
  • Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
  • Aslan Fətullayev dəfn olundu - Foto
  • İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
  • “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
  • Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
  • “Mançester Yunayted” Maykl Karriki qovdu
  • Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Artur Rasi-zadə: "Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?"

  • Tarix: 26-02-2025, 19:43

Azərbaycanın sabiq Baş naziri Artur Rasi-zadənin 26 fevralda 90 yaşı tamam oldu. Eks-baş nazir ötən həftə Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev" ordeninə layiq görülüb. Keçmiş hökumət başçısı ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə yüksək təltifə layiq görülüb. Bilirik ki, A.Rasi-zadə nadir hallarda mətbuata müsahibə verir.

Mediaxeberleri.Az Artur Rasi-zadənin Musavat.com-a verdiyi müsahibəni təqdim edir:

- Artur müəllim, doğum gününüzü, 90 illik yubileyinizi təbrik edirəm. Həmçinin "Heydər Əliyev" ordeninə layiq görülməyinizlə bağlı təbrik edirəm.

- Çox sağ olun, minnətdaram.

- Xatırlayırsınızsa, sizinlə yeddi il əvvəlki söhbətimizdə demişdiniz ki, məni ən çox narahat edən Qarabağ məsələsidir. Bu gün Artur müəllim özünü necə hiss edir?

- (Ürəkdən gülür) Mən çox şadam ki, bu yaşa çatdım, torpaqlarımızın azad olunmasını öz gözlərimlə gördüm. Bu, tarixi hadisədir.

- Xocalı soyqırımının törədildiyi gündə doğulan bir insan üçün yəqin ki, doğum gününü qeyd etmək də asan məsələ olmayıb, elə deyilmi?

- Bəli, bəli. Elədir.

- Amma artıq Xocalıya böyük qayıdış başlayıb, Azərbaycan ədaləti bərpa etdi. Yəqin, bu gün başqa hisslər keçirirsiniz...

- Doğrudur. Allah Xocalı şəhidlərinə və bütün şəhidlərimizə rəhmət eləsin. Amma istəyirəm Koçaryan, Sarqsyan və digərlərinin ədalət məhkəməsi qarşısında dayanmasını da görüm. Bu, mənim arzumdur. Ya məhkəmə, ya da özlərinə layiq cəza. Özü də beynəlxalq səviyyədə. Çünki elə cinayətlər törədiblər ki, bunu heç vaxt yaddan çıxartmaq olmaz. Heç vaxt.

- Yubiley tədbirinizi necə keçirmək fikrindəsiniz?

- Mən həmişə evdəkilərlə qeyd edirəm. Təntənəli tədbirlərdən, ad günlərindən qaçıram. (Gülür)

- Misir müəllim (Mərdanov-E.P.) sizinlə bağlı çox maraqlı xatirələrini bölüşüb, təbrik yazıb.

- Eləmi? Mən hələ oxumamışam.

- Bildirir ki, Artur müəllim hamıyla oturub-durmur, ancaq çörək kəsdiyi üç-dörd nəfərlə bu günə qədər də isti münasibətlər saxlayır, ildə bir, ya iki dəfə ətrafına toplayıb çay süfrəsi arxasında şirin söhbətlər edir. Əlavə edib: "Mən çox xoşbəxtəm ki, həmin üç-dörd nəfərin sırasında varam, ildə bir-iki dəfə bu müdrik insanla bir süfrənin arxasında əyləşirəm".

- Bəli, bəli. Misir müəllimlə birgə işləmişik. Sağ olsun. Minnətdaram.

- Keçən dəfəki söhbətimizdə xatirələrinizlə bağlı kitab yazacağınızı demişdiniz. Yəqin ki, artıq başlamısınız, eləmi?

- Elədir, başlamışam(gülür).

- Çox maraqla gözləyirik. Çünki siz canlı əfsanə sayılan insanlardansınız. Doğum gününüzdə, 90 illik yubileyinizdə ürəyinizdən nələr keçir?

- Ən çox minnətdarlıq...Minnətdarlıq...Görürsən də bu çətin dövrdə nələr baş verir? Ona görə də cənab Prezidentə cansağlığı arzulayıram. Ulu öndərə qəni-qəni rəhmət olsun. Mən fəxr edirəm ki, Ulu öndərin həm silahdaşı, həm şagirdi olmuşam. Mən həm də fəxr edirəm ki, cənab Prezidentin uzun illər silahdaşı olmuşam. Başqa nə deyim? Tarix özü qiymət verdi.

- İlk söhbətimizdə dilə gətirdiyiniz, Qarabağla bağlı sizin də, bütün xalqımız kimi, arzunuz reallaşdı. Bundan sonra ümummilli və ya şəxsi planda hansı arzu-istəyiniz var?

- Xalqımıza birinci növbədə sülh, yüksək rifah arzulayıram. Başqa nə deyə bilərəm? Görürsən də dünya necə dəyişir? Ona görə də hər bir çağırışa hazır olmalıyıq. Gördüyünüz kimi, ən çox güclü və müdafiə qabiliyyətli ölkələrlə hesablaşırlar. Mən də arzu edirəm ki, biz də o sıralarda olaq.

- Böyük Hüseyn Cavidin məqbərəsini ziyarət etmək üçün Zəngəzur dəhlizindən keçən qatarla nə zaman Naxçıvana gedəcəyinizi düşünür və ya arzulayırsınız?

- Mən tam inanıram ki, o gün gələcək. Hələ uşaq vaxtında Naxçıvandan Bakıya qatarla gedib-gəlirdim. Düşünürəm ki, bundan sonra da belə olacaq. Birmənalı. Məndə şübhə yoxdur. Yalnız zaman və bir də o məsələyə qayıdıram ki, özümüz güclü olmalıyıq. Həm iqtisadi cəhətdən, həm də müdafiə qabiliyyətimiz çox güclü olmalıdır.

- Sizinlə söhbət edərkən ani olaraq düşünürəm ki, Cavidin də ruhu şaddır və getdikcə daha da şad olacaq. Çünki Hüseyn Cavid turançılıq ideyasının daşıyıcısı idi və bu yolda şəhid oldu. Turan dünyasının qurulması, Türk Dövlətləri Təşkilatının yaradılması istiqamətində addımları necə dəyərləndirirsiniz?

- Bəli, doğrudur, Cavidin də ruhu şaddır. Turanın qurulması ikinci atılacaq addım ola bilər. Birinci addım Zəngəzur dəhlizinin açılması olacaq. Turanın qapısı. Cavid bunu o vaxt görürdü (gülür).

- Artur müəllim, Zəngəzur dəhlizinin keçəcəyi 43 km-lik dəmiryolu infrastrukturunun dağıdılmasına görə Ermənistan ölkəmizə kompensasiya ödəməli deyilmi? Siz uzun illər iqtisadi komandaya rəhbərlik etmisiniz, yəqin ki, həmin dəmiryolu xəttinin sovetlər dövründə Azərbaycanın əmlakı olması faktı barədə də məlumatlısınız.

- Təbii ki, bizə vurulan zərər mütləq ödənilməlidir. Biz artıq bu məsələni qaldırmışıq, rəqəmlər səslənir. Təbii ki, həm diplomatik sahədə, həm hüquqi müstəvidə nüfuzumuz qalxdıqca, təsirimiz daha da artacaq. O məsələləri mütləq nəzərdə saxlamalıyıq.

- Cənab Prezident Qərbi Azərbaycana qayıdışın da reallaşması məsələsini qətiyyətli şəkildə bəyan edib.

- Bəli. Bu, ədalətli mövqedir. Burada işğalçılıq, ya başqa bir şey yoxdur. Əksinə, tarixi sənədlər var, bu ərazilər 1920-ci ildən sonra Ermənistana necə verilib, bolşeviklərin qərarı ilə və sair. Çətinliklə də olsa, bir az gec, bir az tez, həqiqət öz yerini tutur. Baxmayaraq ki, indiki zəmanədə ədalət çox da istifadə olunmayan bir sözdür. Amma ədalət yenə var və olmalıdır.

- Ermənistanla sülh sazişinin imzalanması perspektivi barədə nə kimi gözləntiləriniz var?

- Demək çətindir. Çünki bizim qoyduğumuz şərtlərlə bağlı razılığa gəlməsələr, təbii ki, buna qol çəkmək olmaz. Özü də buna bizim tam haqqımız var. Sən necə konstitusiyaya yaza bilərsən ki, bu ərazilər mənə məxsusdur? Ölkəmizin ərazi bütövlüyünə qəsd etdiyin halda, mən necə səninlə sülh imzalaya bilərəm? Ona görə də birmənalı şəkildə Ermənistan konstitusiyası dəyişməlidir!

- Artur müəllim, indiki hökumət başçısı Əli Əsədovla təmaslarınız, görüşünüz olurmu? Hökumətin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Razısınızmı?

- Mən sənə bir söz deyim: bəziləri düşünür ki, baş nazir işləmək asan məsələdir. Çətin vəzifədir, çox çətin məsələdir. Yalnız uğurlar, uğurlar, uğurlar! İndi Allaha şükür, işlər pis deyil, yaxşıdır. Prezidentin etimadını doğruldurlar. Özü də təkcə bizim ölkədə deyil, bütün ölkələrdə baş nazir vəzifəsini daşımaq asan məsələ deyil, bunu camaat bilməlidir.

- Yubiley günündə qanınızı qaraltmaq istəmədim. Amma vaxtaşırı belə iddialar ortaya atılır ki, guya sovet ordusunu Bakıya siz dəvət etmisiniz...

- (Gülür) Təsəvvür elə də, belə şey ola bilməz. Deyən gərək, axı, siz 1.5-iki il hakimiyyətdə oldunuz, bir yoxlayardınız da. Teleqram qeydiyyatdan keçməlidir, onun əsası qalmalıdır. Hə, "Rasi-zadənin anası ermənidir, gəlini də ermənidir". Deyirəm mən çox şad olardım ki, gəlinim erməni olardı, amma taleyim elə olub ki, mənim oğlum yoxdur, bir dənə qızım var... Ə, belə şey olar? Bununla nə qazanırsınız? Bu, hansı dəyirmana su tökməkdir? Gəl mən anamın pasportunu sənə göstərim, gör ermənidir? Lap tutaq ki, erməni olaydı. Rasi-zadə nə edibsə, hökumət üçün, xalq üçün, millət üçün, ölkə üçün eləyib. Ata-anası tam azərbaycanlı olan bəziləri nə ediblər? Ehh... Bilmirsən savadsızlıqdır, ya başqa dərdləri yoxdur, ya nədir? Mən baş qoşmuram.

- Misir Mərdanovun yazdığı kimi, sizin şadlıq evləriniz, ya villa-saraylarınız olsaydı...

- Oooo (bərkdən gülür). Bir hektar torpaq, ya bir dənə mağaza tapsınlar, mən onlara qurban verirəm.

- Harada yaşayırsınız?

- Sağ olsun cənab Prezident, mən dövlət bağında yaşayıram.

- Misir müəllim sizin Azərbaycan dilində incəliklərinə qədər səlis danışdığınızı da yazıb. Bəzən dilimizə görə də ittiham olunursunuz. Sizinlə sərbəst danışırıq, görürəm ki, ciddi çətinliyiniz yoxdur.

- Açıq desəm, bəli, mən xüsusilə də qabaqlar Azərbaycan dilini rus dili kimi bilmirdim. Bu, mənim nöqsanımdır, bəli. Mən bunu qəbul edirəm. Amma...Məsələn, Yekaterina rus dilini bilmirdi, amma imperiyanı dünya səviyyəsinə qaldırdı. Amma gəlin Cavidin şeirlərindən danışaq, görüm mənim qabağıma çıxa bilərlərmi? (Ürəkdən gülür)

- Cavidi əzbər bilirsiniz, eləmi?

- Bəli, əlbəttə. ("İblis"dən bədahətən söyləyir)

"Oturarlar, söyləşərlər, anlaşılmaz sözləri,

Həp baxarlar, amma görməz gözləri.

İdraksız başçıları, qeyrətsizlik ancaq

Milləti edib əllərdə oyuncaq.

İblis nədir? Cümlə-xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir? İblis! (Ardınca da ürəkdən gülür).

Doğrudan da mən şairlər, yazıçılar kimi dili bilsəydim, çox şad olardım. Amma rus məktəbi qurtarmışam, anam rusdilli olub. Müharibə vaxtı atasız...Mən heç atamı xatırlamıram. Müharibəyə getdi və ilk aylarda həlak oldu. Anam iki uşağı ilə təkbaşına qaldı. Çox dəhşətli taledir. Mən məktəbi Lənkəranda bitirmişəm. O vaxt çörəyi "kartoçka" ilə verirdilər. Aylıq kitabça verirdilər, gedirdik, "kartoçka" ilə 150 qramlıq çörəyi alırdıq. Lənkəran böyük şəhər deyildi, hamı bir-birini tanıyırdı. Biz, balaca uşaqlar acından gecə yata bilmirdik. Gedirdik o dükana, deyirdik səhərki çörəyi axşam ver, biz yeyək. Bax, mən belə böyümüşəm.

-Çox ağır mənzərədir. Siz Lənkəranda neçə il yaşadınız?

- 17 il. Mən Gəncədə doğulmuşam. Atam Gəncədə işləyirdi. Sonra atamı (Tahir Şeyx Məhəmməd oğlu Rasizadə) Lənkərana göndərdilər, Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini oldu. Sonra müharibəyə çağırdılar, qayıtmadı.

- Allah rəhmət eləsin. Artur müəllim, bu günlərdə rus məktəbləri ilə bağlı müzakirələr gedir. Rusca təhsil alan biri kimi, sizin fikriniz necədir?

- Mən rus məktəblərinin bağlanmasının əleyhinəyəm. Həm rus dilini, həm ingilis dilini öyrənməliyik. Rusiya bizim qonşumuzdur. Siyasi məsələlər də düzələcək, inşallah. İqtisadi məsələlər var. Rus dilini bilməsəm, mən bütün Orta Asiya ilə necə danışacağam?

- Bəs rus məktəblərinin dövlət hesabına fəaliyyətinə necə baxırsınız?

- Məndən olsa, dövlət hesabına Çin məktəbləri də açardım. Çünki gələcək Çinin əlində olacaq.

- Sonda ABŞ Çinə uduzacaq?

- Bəli. Ancaq zaman. İndi bərabərdirlər.

- Bəs Ukrayna müharibəsi nə ilə bitəcək?

- Ooo. Buna mənim cavabım yoxdur.

- Bu gedişlə deyəsən Ukrayna bölüşdürülür.

- O da ola bilər. İstər-istəməz şəxsiyyətlərdən də çox şey asılıdır. Gördünüz, Bayden özünü başqa cür aparırdı, indiki başqa cür idarə edir. Artıq sənədlər, sazişlər işləmir. Dil məsələsinə qayıdıram, həm rus, həm ingilis - türk dili aydın məsələdir - həm Çin dilini öyrənmək lazımdır. Çin dilini indidən oxumağa başlamaq lazımdır, çünki gələcək onunla bağlı olacaq. Sənə bir söz deyim, Cavid hələ 1914-cü ildə yazmışdı ki, rus dilini öyrənmək lazımdır. Cavid e, pantürkçü, buna nə deyirsiniz? Cavid deyirdi bunu, Cavid.

- Qroznı səmasında mülki təyyarəmizin vurulmasından sonra Rusiyanın davranışları Azərbaycanda sərt etirazlar doğurub. Sizcə, Moskva niyə belə davranır və hansı addımları atmalıdır?

- Təəssüflər olsun. Rusiyanın son addımları... Təsəvvür edin, çıxış edib deyir ki, biz Ukraynaya soxulmamışıq, Ukrayna bizə soxulmaq istəyirdi, buna nə cavab verəsən?

- Növbəti dəfə Azərbaycana şimaldan təhlükə ola bilərmi?

- Mən düşünmürəm. Yox. Rusiya birmənalı şəkildə təyyarə hadisəsinə görə Azərbaycandan üzr istəməlidir. Cənab Prezident dedi ki, mən başa düşürəm, bu hadisə bilərəkdən edilməyib, amma bunu boynuna al da. Fakt göz qabağındadır. Siyasət belədir də. Təəssüflər olsun ki, imperiya düşüncələrinə hələ son qoyulmayıb.

- Putin yenidən SSRİ-ni bərpa etmək fikrinə düşə bilərmi?

- SSRİ də olmasa, nəsə ona bənzər şey...




Oxunub: 2 765
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Bu gün, 19:53 | Tramp Meksikanı hədələdi
    Bu gün, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Bu gün, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Bu gün, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Bu gün, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Bu gün, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Bu gün, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Bu gün, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Bu gün, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Bu gün, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Bu gün, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Bu gün, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Bu gün, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Bu gün, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Bu gün, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Bu gün, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Bu gün, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Bu gün, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Bu gün, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Bu gün, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Bu gün, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Bu gün, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Bu gün, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Bu gün, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Bu gün, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Bu gün, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Bu gün, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Bu gün, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Bu gün, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Bu gün, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Bu gün, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Bu gün, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Bu gün, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    Dünən, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Dünən, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    Dünən, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    Dünən, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    Dünən, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    Dünən, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Dünən, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Dünən, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Dünən, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Dünən, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Dünən, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Dünən, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Dünən, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Dünən, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Dünən, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Dünən, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.