63 min seçicini ekzit-polla cəlb etdik - Qalan
Builki parlament seçkiləri çərçivəsində ekzit-poll nəticələrimiz üçün 63 min seçicini əhatə etdik. Mediaxeberleri.Az xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində ekzit-poll keçirən ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi Vlada Qalan deyib. "Yenidən Azərbaycanda olmaqdan məmnunuq. Bizim komandamız Azərbaycanda 2013-cü ildən bəri fəaliyyət göstərir. Ölkə üzrə hazırlıq işlərini komandamız üç-dörd həftə ərzində aparıb. Builki parlament seçkiləri çərçivəsində biz 63 min seçicini əhatə etdik. Ölkə üzrə 875 seçki məntəqəsində 1750 təmsilçimiz çalışıb. Sahədə 80 nəzarətçimiz fəaliyyət göstərib", - o qeyd edib. Vlada Qalan qeyd edib ki, bu cür seçkilərdə ekzit-poll nəticələri ilə bağlı səhv payı 0,45 faizdir: "Yəni nəticələr real nəticələrə yaxındır".