Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
  • Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
  • Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
  • Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
  • AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
  • Müavinət və təqaüd alanların nəzərinə!
  • “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
  • Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
  • Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
  • Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
  • Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
  • Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
  • 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
  • “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
  • Orxanla birgə aptek müdiri də həbs edildi - DETALLAR
  • İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
  • Parataekvondoçumuz dünya çempionu oldu
  • Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
  • Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
  • Toyda oynamaq üstündə qan töküldü
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"10 arvadım olub, heç birindən yarımamışam" - Aktyorla maraqlı MÜSAHİBƏ

  • Tarix: 29-08-2024, 21:12

Lent.az-ın müsahibi Akademik Milli Dram Teatrının aktyoru, müxtəlif maraqlı obrazlarla tamaşaçı sevgisi qazanmış Cümşüd Zeynalovdur.

Qeyd: 1982-ci il oktyabrın 2-də Ağstafa rayonunun Həsənsu kəndində doğulub. 1994-1999 illərdə Hüseyn Arif adına musiqi məktəbində qarmon sinfində, 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində  təhsil alıb.
2007-2008-ci illərdə Bakı Bələdiyyə teatrı, 2012-2014-cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərkibində Vahid Satira Teatrında işləyib. 2012-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışır.

- Cümşüd bəy, bildiyimə görə, hazırda Rusiya istehsalı olan tarixi bir serialda çəkilirsiniz. Sizi bu ekran işinə kim dəvət edib?

- Şəklimi Aktyor Agentliyindən görüb, bəyənib seçiblər. Əslində bu serial barədə çox danışmağıma icazə verilmir. Bir onu deyə bilərəm ki, tarixi serialdır və mən türk qəssab rolunda oynayıram. Çəkilişlər Sankt-Peterburqda oldu, oktyabrda çəkilişlərin bir hissəsi Bakıda, İçəri Şəhərdə davam edəcək. 

- 20 ildən çoxdur səhnədəsiniz. Özünüzü şanslı aktyor hesab edirsiniz?

- Aktyorun əsas arzusu tanınmaq, tamaşaçı tərəfindən qəbul olunmaqdır. Tanınmaqla bağlı problemim olmayıb. Elə birinci kursda oxuyandan rollara çəkilirəm. Öncə onu deyim ki, mən İncəsənət Universitetindən qabaq iqtisadiyyat üzrə təhsil alırdım. Əsgər getdim, yarımçıq qaldı. Hərbi xidmətdən gələndən sonra fikrimi dəyişdim, yönəldim incəsənətə. Aktyor yox, rejissor olmaq istəyirdim. İncəsənət Universitetinə heç kimdən kömək almadan, elə öz başıma hazırlanmışdım. Xalq artisti Tariyel Qasımov anamın dayısıdır, getdim onun yanına hazırladığım nömrələri, etüdləri göstərdim, dedi bu hazırlıq aktyorluğa yarayacaq, rejissorluğa yox. İmtahanın vaxtına az qalmışdı, dedim eybi yox, aktyorluğa girim, sonra ixtisasımı dəyişərəm. Qəbul oldum. Elə birinci kursdan AzTV-də gedən “Məzəli əhvəlatlar” verilişində rollara dəvət edirdilər. Hər şənbə efirə gedirdi, bazar günü təkrar verilirdi. Bir telekanal var idi deyə, tez tanınırdı hamı. Universitetimizin yaxındakı Sabir texnikumunun qızları yaxınlaşıb avtoqraf alanda dedim bu nə yaxşı şeymiş, elə aktyor olacam. Xalq artisti Ağakişi Kazımov, Ənvər Vəliyevdən dərs aldım. Üstümdə əməkləri olub.

- Qızlar sizi yönəltdi aktyorluğa?

- Hə qızlara görə (gülür). Beləcə daha rejissorluğa getmədim. 

- Bu sənətə gəlməkdən peşman deyilsiniz?

- Yox. Hərənin bir alın yazısı, missiyası, qədəri-qisməti var. Bəlkə görünüşümə görə baş rollar almadım, həmişə ikinci dərəcəli, xarakterik obrazlarda oynamışam. Amma bu kiçik rollarla yadda qalmaq da hünərdir. Elə aktyor var, görünüşü, səsinə görə daim baş rollara dəvət alır, amma içi bomboş…

- Əvvəllər sənətinə heyran olub, yaxından tanıdıqdan sonra məyusluq keçirdiyiniz məşhurlar var? 

- Olub. Baxmışam ki, sənəti böyük, amma insanlığı axsayır. Amma onların hamısının sənətinə görə qüsurlarından keçmək olar deyə düşünmüşəm. Ümumiyyətlə, xətasız kim olur ki? Gərək iş yerindəki problemləri o qədər də ürəyinə salmayasan. Yoxsa işləmək olmaz.

- Sizin “İmtahan” serialındakı rolunuz unudulmazdır. Əlindən əl yaylığı düşməyən, fərsiz, ikiüzlü oğul və ər rolu. Amma filmdə arvadınız rolunu oynayan 2 xanımın ikisi də çox sönük oyunçuluq sərgiləyirdilər.

- Onların heç biri aktrisa deyildi. Filmlərə bəzən aktyor olmayan adamları dəvət edilə bilirlər.

- Aktyor olmayan tərəf müqabilləri ilə oyun çətin olmur?

- Çox çətin olur. Film və tamaşalarda ondan çox arvadım olub, heç birindən yarımamışam. Əsas odur həyatda arvad sarıdan bəxtim gətirib.

- Elə söz açılmışkən ailəniz barədə də bilmək istərdik. Xanımınız da incəsənət adamıdır?

 - Yox, xanımın incəsənət adamı deyil. 3 balam var. Biri İqtisad, o biri Xəzər universitetində oxuyur, o biri hələ balacadır.

- Aktyorlara verilən qiymətdən razısınız?

-  Hər şey zamana və yerinə görə dəyişir. Bəzən özümüz özümüzə qiymət vermirik. Bir epizod yadıma düşdü, onu qeyd eləmək istəyirəm. “Əli və Nino” filmində Xacə rolunda çəkilmişdim. Bu filmdə montajdan sonra ən böyük rol məndədir (gülür). Azərbaycanlı aktyorları çəkmişdilər, amma sonradan kəsib-doğrayıblar. Çəkilib heç göstərilməyən aktyorlar da oldu. Filmin təqdimatı ilə bağlı mətbuat konfransı keçirildi, xaricdən gələn qonaqlara suallar verildi, bizə heç kim diqqət etmədi, bir kəlmə danışdırmadı. Bizim özümüzünkülərə dəyər verməməyimiz bir az incidici vəziyyətdir.

-  Bəs teatrda necə?

-  Yaşlı aktyorların təqaüdə göndərilməsi də məni qane edən vəziyyət  deyil. Onların hərəsi bir məktəb, bir təcrübədir.

-  Eşitdiyimə görə, “Azdrama” ən çox qalmaqallar olan teatrdır.

-  Deməzdim. Pərdə arxasında qalmaqal olmayan yer yoxdur axı. Bir ailədə qardaş-bacıların da arasında söz-söhbət olur. “Azdrama” böyük bir məktəbdir. 

-  Heç könlünüz qırılmayıb bu teatrda? Heç problem yaşamamısınız?

- Bir dəfə uşaq tamaşası olasıydı. Gəldim tamaşaya, girdim ki, otaqda kostyumum yoxdur. Heç demə tamaşa ləğv olunub, onun yerinə məşq salıblar, xəbərim olmayıb. Bu mənim səhvim idi. Məşqə çatdım, rejissorla eyni zamanda qapıya yanaşdıq, yol verdim, o keçdi, soruşdu, niyə gec gəlmisən? Dedim gecikməmişəm, teatrda idim. Məndən sonra iki aktyor gəldi, hərəsi 10-15 dəqiqə  gecikmişdilər. Rejissor əsəbiləşdi. Nə başınızı ağrıdım, onlara heç nə demədilər, mənə töhmət verdilər. Biri yaşlı idi, biri də rejissorun dostu, məni cavan görüb verdilər qabağa (gülür).
Bir də rəhmətlik, Xalq artisti Azər Paşa Nemətovdan incimişdim. Məni teatrdan küsdürmüşdü.

- Niyə?

- Azərpaşa Nemətovu mənim həyatımdan 7 ilimi alıb. Onun rəhbərik etdiyi dönəmdə teatrda 7 il heç bir rolda oynamadım, imkan vermədi. Çünki onun zövqündə olan aktyor ola bilmədim. Allah rəhmət eləsin, gözəl işlər yaradan rejissor idi. Amma belə bir haqsızlıq da eləmişdi. Həm də tək mənə qarşı yox. 

- Bildiyimə görə, 2 gənc rejissor bütün tamaşaların yükünü çəkirmiş, amma ad olaraq onun adı gedirmiş.

- İki gənc rejissorla gəlmişdi, onlardan biri indi Lənkəran Teatrında işləyir. Biri köçüb gedib xaricə. Teatra gəlib bir il sonra da Prezident mükafatı aldılar.

Belə olmur axı. 20 ilin aktyoruyam, mükafat nədir bilmirəm.  Amma yox, haqqını yeməyim, bir dəfə teatrın yubileyi ilə bağlı medal verilmişdi, mən ona taxta medal deyirəm. Elə bildim aktyorlara verilib, heç demə qapıçıdan tutmuş süpürgəçiyə qədər hamıya paylayıbmışlar. Rejissor öz komandasını yığanda, tanışlığa görə rol veriləndə problem başlayır. İndi şəxsi münasibətlər üstündə çox şey qurulub. Belə rejissorlar sənətə xəyanət edən adamlardırlar. “Mənim aktyorum” deyə bir şey olmamalıdır. Mən hələ istədiyim rolu oynamamışam.

- Fəxri ada da namizəd  verilməmisiniz?

- Yox. Nə vaxtsa verərlər də yəqin. Daha verməyə adam qalmayanda. Kriteriyalara layiq deyiləm də yəqin. Adam tanıyıram, kostyum, qalstuk  geyinib gəlir tədbirə, adı çəkiləndə də deyir, aaa, xəbərim yox idi. Necə yox idi? Hazırlanıb gəlmisən də. Cəfər Namiq Kamal kimi böyük aktyor 52 yaşında Əməkdar artist adını alıb. Mən də 10 il gözləyim. Əslində mənə bu saat fəxri addan çox mükafat lazımdır. Prezident mükafatı aktyorlara maddi dəstək kimi verilir. 3 övladım  var, ikisi tələbədir. Onları bir tərəfə çıxartmaq lazımdır, bu maddi vəsait tələb edir. Qarabağ müharibəsi zamanı həmkarlarımla o qədər ön cəbhəyə getmişəm. 130 kiloluq adamam, dizimi yerə qoyub baş əyirdim o cavan əsgərlərimizə. Allah şəhidlərimizə rəhmət eləsin. Əlimdən gələn hər cür yardımı mən də etdim. Amma qələbəmizdən sonra Qarabağda bu qədər tədbirlər olur, heç birinə dəvət almıram, bu məni incidir. Xarakterik aktyoram, istənilən rolu verə bilərlər. Nə qədər vətənpərvər adam olduğumu ətrafımdakı hər kəs bilir.

- Rollarınızdan sonra tamaşaçılardan hansısa emosional rəylər nifrət və ya sevgi görmüsünüz?

- “Bir qadın” serialında heç vaxt pulu olmayan avara rolunu oynayırdım. Daim pul istəyirdim bacımdan. O serialdan sonra başıma məzəli bir hadisə gəldi. Küçədə gedirdim. 60-65 yaşlı bir xanım qabağımı kəsdi, dedi, “sənə pul vermək istəyirəm”. Soruşdum niyə? Dedi, sənin heç vaxt pulun olmur, ondan bundan pul istəyirsən, yazığım gəlir, kömək eləmək istəyirəm sənə. Başa saldım ki, bu sadəcə roldur, Allaha şükür öz başımı dolandıracaq qədər qazana bilirəm. Bir dəfə də bankda idim, bir oğlan yaxınlaşdı ki, sənin o rolunu görəndə elə bilirəm o mənəm. Sən o rolda sərxoş olub qəribə səs çıxarırsan, xoşuma gəlir. Başqa bir qadın da hündürdən dedi ki, “kül başına, gör sən nə gündəsən də. O rola bax, özünü düzəlt”.

 - Son olaraq ürəyinizdən nə keçir, nə demək istəyərdiniz?

 - Daha çox fayda verə bilərəm, bunu bilirəm. Qalan hər şey düzələr.


 




Oxunub: 3 008
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    Bu gün, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    Bu gün, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    Bu gün, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    Bu gün, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Bu gün, 14:30 | Müavinət və təqaüd alanların nəzərinə!
    Bu gün, 13:46 | “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
    Bu gün, 13:39 | Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
    Bu gün, 13:28 | Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
    Bu gün, 13:04 | Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
    Bu gün, 12:46 | Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
    Bu gün, 12:43 | Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
    Bu gün, 12:36 | 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
    Bu gün, 12:34 | “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
    Bu gün, 12:30 | Orxanla birgə aptek müdiri də həbs edildi - DETALLAR
    Bu gün, 12:27 | İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
    Bu gün, 12:24 | Parataekvondoçumuz dünya çempionu oldu
    Bu gün, 12:19 | Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
    Bu gün, 12:17 | Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
    Bu gün, 12:14 | Toyda oynamaq üstündə qan töküldü
    Bu gün, 11:59 | Nar ixracına məhdudiyyət qoyula bilər – AQTA-dan xəbərdarlıq
    Bu gün, 11:55 | ATA VƏ YA ANA ALİMENT ÖDƏMİRSƏ... - Uşağın hüquqları necə qorunur? + AÇIQLAMA
    Bu gün, 11:51 | Sabiq təhsil nazirinə vəzifə verildi
    Bu gün, 11:40 | Ordubadda ər-arvad eyni gündə vəfat etdi
    Bu gün, 11:35 | Media subyektləri və fərdi jurnalist müsabiqələrində yeniliklər olacaq
    Bu gün, 11:33 | BDU-nun yeni rektorundan ilk açıqlama - "Böyük vədlərlə başlamaq istəməzdim"
    Bu gün, 10:58 | Rusiyadan Krım körpüsünün vurulmasına cavab – Paytaxt və iri şəhərlərə aramsız zərbələr endirilir
    Bu gün, 10:14 | “Atlant”ın rəhbəri vəfat etdi
    Bu gün, 09:09 | Dövlət İmtahan Mərkəzinin yeni sədri: NÖVBƏTİ TƏYİNAT...
    Bu gün, 09:04 | Misli Premyer Liqası: Bu gün "Zirə" "İmişli"nin, "Sabah" isə "Sumqayıt"ın qonağı olacaq
    Bu gün, 07:56 | Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
    Bu gün, 07:31 | Bakıda dayandırılan tikinti yenidən aparılır - VİDEO
    Bu gün, 07:28 | Göyçayda ağır qəza: ölən var
    Bu gün, 07:27 | Kök şirəsi orqanizmə belə zərər verə bilər
    Bu gün, 07:00 | Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 22:08 | İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazaxda ötən gün avtoqəza zamanı dünyasını dəyişən şəxslərin hüzr mərasimində iştirak edərək ailələrinə başsağlığı veriblər
    Dünən, 21:28 | Ağstafada növbəti monitorinq - Sahibkarlarla görüş oldu - Fotolar
    Dünən, 21:03 | Qazaxda YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub
    Dünən, 20:38 | 65 YAŞINA ÇATDILAR, AMMA PENSİYA HÜQUQU QAZANA BİLMƏDİLƏR... - 180 mindən çox insanın problemi + SƏBƏBİ
    Dünən, 20:11 | İrana qarşı əməliyyat qaçılmazdır - Netanyahu
    Dünən, 20:10 | Tiflisdə yaşayış binasında partlayış: Dörd nəfərin meyiti tapıldı
    Dünən, 20:06 | Dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı
    Dünən, 17:54 | Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
    Dünən, 17:52 | Putin Krım körpüsündən danışdı: Cavabımız daha ağır olacaq
    Dünən, 17:29 | Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib
    Dünən, 17:03 | 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxundu - 3 il həbs...
    Dünən, 17:02 | Sabah güclü külək əsəcək - Xəbərdarlıq
    Dünən, 17:00 | Əmrullayev Abbaszadəni rektor kimi kollektivə təqdim etdi
    Dünən, 16:20 | Məhkəmədən Rasim İldırımzadə ilə bağlı qərar...
    Dünən, 16:18 | Bakıda məşhur mebel mağazası bağlandı - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.