Yığmamız vahid lider olub
18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda növbəti matçına çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışın II turunda Gürcüstanla görüşüb. İlk turda qələbə qazanan rəqiblərin qarşılaşması liderlərin dueli olub. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığmamız Albaniya ilə matçdakı uğurun davamını gətirib. 74:68 hesabı ilə qalib gələn miillimiz lider mövqeyinə yeksəlib. Qeyd edək ki, millimiz qrupdakı son matçında Ermənistanla görüşəcək. Avropa çempionatı, C divizionu 1 Azərbaycan 2 2 0 146-121 4 2 Gürcüstan 2 1 1 145-142 3 3 Albaniya 2 1 1 117-122 3 4 Ermənistan 2 0 2 118-141 2
B qrupu
24 iyul
19:00. Azərbaycan – Gürcüstan - 74:68 (19:22, 18:24, 18:8, 19:14)
Tetori İdman Zalı