Qalmaqallı direktor işdən çıxarıldı
Bakının Xətai rayonunda fəaliyyət göstərən 25 nömrəli tam orta məktəbin keçmiş direktoru Fəridə Şərifova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib. Mediaxeberleri.Az xəbər verir ki, keçmiş direktorun iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əməkhaqqının ödənilməsi ilə bağlıdır. Fəridə Şərifovanın iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Ramin Quliyev iş üzrə hakim təyin edilib. Fəridə Şərifova 2022-ci ildə direktoru olduğu məktəbdə qanunsuz əməllərə yol verməsi iddiaları ilə gündəmə gəlmişdi. Bundan sonra onun işdən çıxarıldığı deyilir.
Oxunub: 146
Xəbəri paylaş
Paylaş: