Şəmkirdə kartof yığımına başlanılıb
Şəmkirdə kartof yığımına başlanılıb. "Report"un Qərb bürosunun məlumatına görə, ötən ilin göstəricilərinə görə kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə respublikada lider mövqeyində qərarlaşan Şəmkir rayonunda cari ildə nəticələrin qorunub saxlanılması və daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Rayonda olan əkin sahəsinin həcmi baxımından önəmli yer tutan kartof sahələrində də artıq məhsul yığımına başlanıb. Cari ilin məhsulu üçün Şəmkirdə 6 598 hektar sahədə kartof əkilib. Son statistik məlumatlara görə, əkilmiş sahələrin 4 416 hektarında məhsul yığımı artıq başa çatıb. Qeyd edək ki, fermerlər tərəfindən ümumilikdə 122 808,1 ton məhsul yığılıb, orta məhsuldarlıq hər hektara görə 278,1 sentner təşkil edib.