Hazırda 38 dərəcə isti var - FAKTİKİ HAVA
İyulun 23-ü saat 9:00-a olan məlumata görə Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Mediaxeberleri.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax, Şahbuzda 2 mm-dək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: