"Qarabağ"ın 3-cü mərhələdəki rəqibi müəyyənləşdi
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Mediaxeberleri.Az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənlib. Səpələnmişlər səbətində yer alan Ağdam klubu 2-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubunu keçərsə, növbəti mərhələdə "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək: Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.
Oxunub: 222
Xəbəri paylaş
Paylaş: