Mediaxeberleri.az
    
  • Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
    Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
  • 
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
    Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • 
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
  • 
  • Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
    Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
  • 
  • Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
    Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
  • 
  • İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
  • 
  • Qələbənin diplomatiyaya çevrilən gücü
    Qələbənin diplomatiyaya çevrilən gücü
  • 
  • Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
    Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
  • 
  • Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
    Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
  • 
  • Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
    Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
  • 
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • 
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Azərbaycanda bu məşhur layihə yenidən başlayır
  • 
  • Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
  • 
  • Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
    Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
  • 
  • Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
  • 
  • “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
  • 
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Bəzi ərazilərdə qaz olmayacaq
    Bəzi ərazilərdə qaz olmayacaq

Son xəbərlər :
  • Almaniyada 13 min sakin ABŞ bombasına görə təxliyə olunacaq
  • Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
  • Qulaqdakı bu xətt infarktın xəbərçisidir? – Rəşad Mahmudov aydınlıq gətirdi
  • İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
  • Qırğızıstandan aldığımız qızılın həcmi...
  • "Trabzonspor"un baş məşqçisi istefa verdi
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir - FOTO - VİDEO
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • Bakıda 37 yaşlı kişi faciəvi şəkildə öldü
  • Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verib
  • Azərbaycan kikboksçusu dopinqə görə 2 il müddətinə cəzalandırıldı
  • Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO
  • Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
  • Şanxay Əməkdaşlıq Təşkilatının 26-cı zirvə görüşü başladı
  • Rusiyada əmək miqrantları üçün qaydalar SƏRTLƏŞDİRİLDİ
  • Sentyabr ayında bürcləri NƏLƏR GÖZLƏYİR?
  • Yük maşını Bakı-Sumqayıt yolunda arakəsməyə çırpıldı - Video
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • Putindən inanılmaz: Sona yaxınlaşırıq!
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sumqayıtda dəhşətli cinayət: “Dedi ki, gözəl-göyçək arvadın var...” - Şok təfərrüat

  • Tarix: 13-03-2024, 07:12

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb.

Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünün ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib.

O, Aygünün saat 20:00-da işlədiyi geyim mağazasından evə gəldiyini bildiyi üçün intiqam almaq məqsədilə 19 fevral 2023-cü ildə saat 19:30-da onun kirayədə yaşadığı mənzilə gəlib. Binanın 3-cü blokun 3-4-cü mərtəbələri arasında gizlənib. Saat 20:00-da Aygünün mənzilinə daxil olan zaman telefonda kiminləsə danışaraq evdən görüntülü zənglə yığacağını bildirməsini eşidib. Aygünün arxasınca gözlənilmədən mənzilə daxil olub və telefonda danışdığı şəxsin kimliyini soruşub, ardınca isə telefonu verməyini tələb edib.

Aygün bundan imtina etdikdə isə evindən gətirdiyi və kəmərinin altında gizlətdiyi bıçağı çıxararaq qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Ümumilikdə 69 bıçaq zərbəsi alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmədə verdiyi ifadəsində göstərib ki, Aygünü 2020-ci martında Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” ticarət mərkəzində mühafizəçi işlədiyi müddətdə tanıyıb:

“Sonra münasibətlərimiz yarandı. Aygün mənim ailəm və uşaqlarımın olduğunu bilirdi. Onunla qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Aygünün ehtiyaclarını ödəmişəm. Son vaxtlar o, ailəmi atıb onunla yaşamağımı istəyirdi. Mən bütün qazancımı Aygünə xərcləyirdim. Artıq özümdə deyildim. Vəziyyətin bu cür davam etməsinə dözə bilmirdim. Ancaq Aygünü öldürmək istəməmişəm.

Hadisə olan gün, yəni 19 fevral 2023-cü ildə, saat 19-20 radələrində Aygünün kirayədə yaşadığı mənzilə gəldim. Aramızda mübahisə düşdüyündən özümdən asılı olmayaraq onu bıçaqla vurub öldürdüm. Neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram, özümdə olmamışam. Hərəkətimdən çox peşmanam”.

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər üzə çıxıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini açıqlayıb.

Həmin ifadədən məlum olur ki, Ceyhun ailəsi ilə birlikdə yaşayıb, atası Vaqif 2019-cu ildə xərçəng xəstəliyindən ölüb, ailə quran bacıları Mələk və Flora ər evinə köçüblər: “2005-ci ildə ailəmin məsləhəti ilə Lamiyə ilə evləndim. Həmin nikahdan 16 yaşlı Aydan, 13 yaşlı Sevil, 4 yaşlı Ucal adlı övladlarımız var.

Ailə qurduğum vaxtdan anam, arvadım və uşaqlarımla birlikdə həmin ünvanda yaşamışam. Atam xəstə olan zaman müalicəsinə çəkilən xərclərə görə borca düşdüyümdən 2022-ci ildə yaşadığımız evi sataraq banka olan borcumuzun bir qismini ödədik.

Sonra Corat Bağları ərazisindəki evə köçdük. Son on ildə uşaq, qadın və kişi ayaqqabısının pərakəndə satışı ilə məşğul olmuşam”.

Ceyhunun ifadəsinə görə, Aygünü 2020-ci martında Sumqayıt şəhərindəki “Gold Qayalı” ticarət mərkəzində mühafizəçi işlədiyi zaman tanıyıb: “Həmin ərəfədə Aygünün işlədiyi ticarət mərkəzində eskalatorun altında yer götürərək ayaqqabı satışı ilə məşğul olmuşam. Əvvəlcə aramızda iş yoldaşı kimi xoş münasibətlər oldu. Daha sonra Aygünə sevgim yarandı. Bu barədə özünə dedim, o da sevgimə qarşılıq verdi. Aygünlə tanış olanda evli olduğumu dedim. Hətta böyük qızım Aydan yanımda, ayaqqabı mağazasında işlədiyinə görə Aygün özü də evli olduğumun şahidi idi.

Mən heç vaxt özüm haqqında Aygünə yalan danışmamışam. Aygün Sumqayıt Pedoqoji Universitetini filoloq ixtisası üzrə bitirdiyini, heç vaxt ailə qurmadığını, ata-anasının Ağdam şəhərində, özünün isə Sumqayıtda yaşadığını dedi. Aramızda münasibətlərimiz dərinləşdi, sevgi-məhəbbətə çevrildi. Birlikdə cinsi həyat yaşadıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Aygünlə birgə qeyri-rəsmi ər-arvad kimi yaşadığı üçün işləməyini istəməyib: “Bu səbəbdən də 2020-ci ilin qışında Aygünü işdən çıxartdım. Daha sonra ardıcıllıqla Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşadıq.

Aygünün kirayə qaldığı evlərin aylıq ödənişlərini həmişə mən vermişəm. Bundan əlavə, ayda 500-700 manat arası Aygünün evinə bazarlıq etmişəm. Münasibətlərimiz normal olsa da, zaman-zaman onun hərəkətləri məndə qısqanclıqlar yaratdı.

Aygün 2020-ci ilin qışında işdən çıxdıqdan sonra “Xəlifə” ticarət mərkəzindəki dükanında işləmişəm. Bu ticarət mərkəzi Nizaməddin Həmidova məxsus idi. Aygünü Nizaməddin müəllimə arvadım kimi təqdim etmişəm. Nizaməddin müəllim də “belə gözəl-göyçək xanımın var, ondan müğayat ol” dedi. Nizaməddin müəllimin danışıq tərzi xoşuma gəlmədi və Aygünü qısqandım”.

Ceyhunun sözlərinə görə, noyabr ayının əvvəlində onun sağlamlıq vəziyyəti pisləşib, əsəb xəstəliyinə görə müalicə alıb: “Aygün də valideynlərinin yaşadığı Ağdam rayonuna qayıtdı. Bu səbəbdən onunla ancaq telefonda ünsiyyət saxladım. Dekabr ayından isə əvvəlki isti münasibətlərimiz davam etdi. Bu ərəfədə Aygün mənə “Karvan” ticarət mərkəzində işlədiyini dedi.

Mən həftədə bir neçə dəfə “Pioner” deyilən yerdən saat 20-21 radələrində Aygünü işdən götürürdüm. Lakin o saatda “Karvan” ticarət mərkəzi işləmədiyindən Aygünün bu vaxt çıxması məndə şübhə doğurdu. İzlədikdə onun “Murasimo” mağazasında işlədiyini bildim. Gedib gözümlə orada işlədiyini görsəm də, özünə orada heç nə demədim.

Aygün mənə iş yerini səhv deməyini iş yerini bilməyimi istəməməsi ilə izah etdi. Həmin vaxt iş yerində kənardan bir oğlandan hədiyyə qəbul etdiyini görsəm də, bunu Aygünə sübut edə bilmədim”.

Təqsirləndirilən şəxs bildirib ki, son vaxtlar Aygün telefonla kimlərləsə tez-tez danışıb, telefonunu ondan gizlədib, ekrana şifrə tətbiq edib: “Bu da məndə ciddi şübhələr yaratdı. Hətta bir dəfə Aygündən telefonunu istəyəndə içərisindəkiləri silərək mənə verdi. 14 fevral 2023-cü ildə Sevgililər günündə, axşam saatlarında Aygünlə birlikdə oldum. Evdə olanda meyvə şirəsi və “Kola” butulkasını gördüm. Aygün özü bu içkiləri içmədiyindən evə başqa birisinin gəldiyinə tam əmin oldum.

Onun çox vaxt təxminən saat 20.00-da işdən çıxıb evə gəldiyini bildiyimdən fevralın 19-da yaşadığım evdən mətbəx bıçağı götürdüm və Aygünün kirayə qaldığı mənzilə gəldim. Binaya gələndə saat 19.30 olardı Təxminən yarım saat blokun 3-cü və 4-cü mərtəbəsinin arasında gizlincə gözlədim. Təxminən saat 20.00-da lift 3-cü mərtəbədə açıldı. Aygünün liftdən çıxaraq mənzilin qapısını açdığını gördüm. O, kimləsə telefonda danışaraq evə girib zəng vuracağını söylədi.

Bunu eşitdikdə Aygünün arxasınca gözlənilmədən evə daxil oldum. Dəhlizdə aramızda mübahisə başladı. Mən qışqıraraq Aygündən xəyanət etdiyi şəxsləri deməsini tələb etdim. Aygün isə qışqıraraq qonşuları çağırdı”.

Təqsirləndirilən şəxs deyib ki, mübahisə 2-3 dəqiqə çəkib, Aygün suallara cavab vermədiyinə görə bıçağını çıxarıb və əvvəlcə qadının boynunun ətrafından və boğazından 4-5 dəfə vurub: “Daha sonra yerdə əlbəyaxa olduq. Aygün mənim arvadımı, anamı, qızlarımı söydü. Mən də söyüşlərdən coşaraq bıçaqla ona zərbələr yetirdim. Lakin neçə zərbə yetirməyim yadımda qalmayıb.

Aygün yerdə uzanıqlı vəziyyətdə ona vurmamağımı, onsuz da öləcəyini dedi. Son söz olaraq atasını çağırmağımı istədi. Tam hərəkətsiz vəziyyətə düşdükdən sonra ona yazığım gəldi.

Qonaq otağında olan anamın mənə verdiyi və Aygünün evinə gətirdiyim yastığı onun başının altına qoydum, qonaq otağındakı qırmızı ədyalı üstünə örtdüm. Bıçağı isə yastığın üstünə qoydum. Daha sonra mənzili tərk edərək taksi ilə Sumqayıt Şəhər Polis İdarəsinə gəldim. Yolda öz nömrəmdən Aygünün atası Alimə zəng etdim. Ona qızı Aygünün hər şeyi gizlətməyinə, bir ata kimi heç nədən xəbəri olmamağında günahkarın anası olduğunu dedim.

Telefonda Aygünün atasına “qızını xəyanət üstə tutsan nə edərsən?” sualını verdim. Atası da “başını kəsərəm” deyə cavab verdi. Mən də Aygünün başını kəsdiyimi, buna ehtiyac olmayacağını dedim. Atası “yaxşı etmisən” deyə cavab verdi. Daha sonra polisə təslim oldum, təqsirimi boynuma aldım”.

İş üzrə zərərçəkmiş Aygünün hüquqi varisi qismində ifadə verən atası Alimin sözlərinə görə, 1993-cü ildə Sevda ilə ailə həyatı quraraq Ağdam rayonu Quzanlı kəndində yaşayıb:

“Həmin nikahdan 1995-ci ildə qızım Aygün, 1997-ci ildə qızım Lalə, 2001-ci ildə isə oğlum Vüqar doğulub. Qızım Aygünlə münasibətlərimiz yaxşı olmaqla aramızda hər hansı bir ədavət və ya düşmənçilik olmayıb.

Aygün 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olduqdan sonra rayondan Sumqayıt şəhərinə köçdü. Ali təhsil aldığı müddətdə Sumqayıt şəhərinin girəcəyində üç tələbə yoldaşı qızla birlikdə kirayə tutduqları evdə yaşadı.

2019-cu ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə Sumqayıt şəhərində “Asan” xidmət mərkəzində bir müddət təcrübə keçdikdən sonra Sumqayıt Şəhər Məhkəməsində texniki işçi, 2020-ci ildə Sumqayıt şəhərində “Xəlifə” ticarət mərkəzində ayaqqabı dükanında işlədi. Dükanın sahibi kimi Fazil adlı şəxsi tanımışam. Qızım Aygünün işi satışdan əldə olunan pulu təhvil almaqdan və satışa nəzarət etməkdən ibarət idi.

Təxminən hadisədən 6-7 ay əvvəl, yəni 2022-ci ilin iyul-avqust ayında Aygün zəng edərək işində narahatlıq olduğunu dedi və məndən iş yerinə gəlməyimi xahiş etdi. Aygünün yanına gəldikdə ayaqqabı dükanı əvvəllər işlətdiyi Ceyhun adlı şəxslə satış vitrinlərinin rəfləri ilə əlaqədar problem yaşadığını bildim.

Aygündən iş yerinin müdiriyyəti olduğu halda, nəyə görə bu problemin Ceyhun adlı şəxslə çıxdığını soruşdum. Aygün bu işin ona aidiyyəti olmadığını, sadəcə Ceyhunun gəlib rəfləri dağıtdığına görə narahatlıq yarandığını dedi. Oranın sahibi Fazillə baş verənlər barədə söhbət etdim.

Fazil növbəti günlərdə rəfləri sökərək Ceyhun adlı şəxsə təhvil verəcəyini, bir daha iş yerində narahatlıq olmayacağını dedi. Bununla kifayətlənməyərək Ceyhunla görüşüb hadisənin səbəbini aydınlaşdırmaq istədim. Onun nömrəsini qızımdan alaraq zəng etdim. Növbəti gün görüşməyə vəd versə də, sonradan qızım artıq məsələnin həllini tapdığını dedi. Ceyhunla görüş baş tutmadı”.

Hüquqi varisin sözlərinə görə, daha sonra heç vaxt Aygündən nə Ceyhun, nə də onun iş yeri ilə əlaqədar hansısa narahatlıq eşitməyib:

“Həmin hadisələr baş verən vaxtı Aygün kirayədə yaşayırdı. Onun nə qədər kirayə haqqı verdiyini bilməmişəm, mənzilin sahibini də tanımamışam.

Aygün tələbə vaxtından ailəsindən ayrı yaşasa da, nəzarəmizdən kənarda qalmayıb. Təhsil aldığı dövrdən tez-tez gəlib qızıma baş çəkmişəm. Rayondan ərzaq, yemək gətirmişəm. Son vaxtlar isə Aygün “Karvan” ticarət mərkəzinin yaxınlığında başqa bir dükanda satıcı işləyirdi. Bu iş yerində satdığı malın faizinə uyğun 500-700 manat arası əməkhaqqı alırdı.

19 fevral 2023-cü ildə saat 19-20 radələrində Bakı şəhərində olarkən tanımadığım nömrədən zəng gəldi. Zəngi açdıqda danışan özünü Ceyhun kimi təqdim etdi.

Zəng edəni tanımadım, o, Aygünün iş yoldaşı olduğunu bildirdi. Onun həmin rəflərlə əlaqədar danışdığım şəxs olduğunu bildim. Ceyhun telefonda “qızın Aygün xəyanət edərsə, nə edərdin?” sualını verdi. Mən də cavabımda “başını kəsərdim” dedim. Bu sözümdən sonra Ceyhun qızımın başını kəsdiyini, evdə olduğunu, gəlib sahib çıxmağımı söylədi.

Dərhal taksiyə minərək Sumqayıt şəhərinə yola düşdüm. Yolda olanda zəng edən nömrəyə təkrarən yığaraq qızıma nə etdiyini soruşdum. Ceyhun qızımı öldürdüyünü və hazırda polisə gəlib təslim olduğunu dedi.

Aygünün kirayə yaşadığı mənzilə gəldikdə evin giriş qapısı açıq olduğundan, içəri daxil oldum. Qonaq otağının qapısının yanında qızımın meyitini uzanmış vəziyyətdə, başının altında yastıq, yastığın üzərində bıçaq gördüm. Meyitin yanında və evin girişində qan izləri vardı. Bir neçə dəqiqə sonra polis əməkdaşları oraya gəldi”.

İş üzrə zərərçəkmiş Aygünün anasının sözlərinə görə, mərhum qızının Ceyhunla münasibətdə olmasından bir ana kimi məlumatı olmayıb: “Qızım Sumqayıtda universiteti bitirdikdən sonra işləyərək kirayədə yaşayıb. 19 fevral 2023-cü ildə qızım Aygünün öldürülməsi xəbərini eşitdim. Ceyhun qızımı səbəbsiz yerə öldürülüb”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ceyhun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Oxunub: 1 304
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:36 | Almaniyada 13 min sakin ABŞ bombasına görə təxliyə olunacaq
    Bu gün, 20:34 | Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
    Bu gün, 20:32 | Qulaqdakı bu xətt infarktın xəbərçisidir? – Rəşad Mahmudov aydınlıq gətirdi
    Bu gün, 20:23 | İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
    Bu gün, 20:22 | Qırğızıstandan aldığımız qızılın həcmi...
    Bu gün, 20:20 | "Trabzonspor"un baş məşqçisi istefa verdi
    Bu gün, 20:18 | Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Bu gün, 13:36 | 300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir - FOTO - VİDEO
    Bu gün, 13:31 | Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Bu gün, 13:18 | Bakıda 37 yaşlı kişi faciəvi şəkildə öldü
    Bu gün, 12:25 | Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verib
    Bu gün, 12:24 | Azərbaycan kikboksçusu dopinqə görə 2 il müddətinə cəzalandırıldı
    Bu gün, 12:22 | Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO
    Bu gün, 12:20 | Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
    Bu gün, 09:25 | Şanxay Əməkdaşlıq Təşkilatının 26-cı zirvə görüşü başladı
    Bu gün, 09:10 | Rusiyada əmək miqrantları üçün qaydalar SƏRTLƏŞDİRİLDİ
    Bu gün, 08:02 | Sentyabr ayında bürcləri NƏLƏR GÖZLƏYİR?
    Bu gün, 07:59 | Yük maşını Bakı-Sumqayıt yolunda arakəsməyə çırpıldı - Video
    Bu gün, 07:58 | Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Dünən, 23:11 | Putindən inanılmaz: Sona yaxınlaşırıq!
    Dünən, 22:24 | Nepaldakı dağıdıcı fəlakətin əsl səbəbi üzə çıxdı - PEYK GÖRÜNTÜLƏRİ - FOTO
    Dünən, 22:21 | Vətən müharibəsi iştirakçısı qatarın altında qalaraq öldü
    Dünən, 22:18 | Ramiz Mehdiyevə yeni ittiham elan olundu
    Dünən, 22:16 | Bakıda məşhur restoranı su basdı - Video
    Dünən, 22:14 | "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
    Dünən, 20:10 | MEDİA-dan "The Independent", "The Guardian" və "BBC" ilə bağlı BƏYANAT
    Dünən, 19:36 | "Azərbaycan suyundan iç" - Prezident İlham Əliyev Pezeşkiana (VİDEO)
    Dünən, 19:33 | Prezidentin Qırğızıstan səfərinin xüsusi önəmi: Azərbaycanın Mərkəzi Asiyada artan strateji çəkisi
    Dünən, 19:31 | Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır - RƏSMİ
    Dünən, 19:03 | Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Dünən, 16:28 | Rəcəb Tayyib Ərdoğan da Qırğızıstanda səfərdədir
    Dünən, 16:25 | Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü - FOTO
    Dünən, 16:18 | İlham Əliyev Tokayevlə görüşdü - Foto
    Dünən, 15:41 | Uşaqların pasportları ilə bağlı YENİLİK
    Dünən, 15:39 | Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək
    Dünən, 15:37 | Naxçıvanda binada yanğın baş verdi – VİDEO
    Dünən, 15:35 | Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi
    Dünən, 14:10 | İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər?
    Dünən, 13:52 | Almaniyada maaşını ala bilməyən azərbaycanlı müdirini qaçırmaq istədi - VİDEO
    Dünən, 13:49 | Bu şəxslər ödənilmiş ƏDV-ni geri ala biləcəklər - müəyyən şərtlər var...
    Dünən, 13:48 | “Kəpəz” - “Turan Tovuz” oyununda rekord
    Dünən, 13:10 | Ezamiyyətə göndərilən işçinin hansı hüquqları var?
    Dünən, 13:09 | Bakı-Quba yolunda qəza olub, ölən və yaralananlar var
    Dünən, 13:07 | Vüsal Nəsirli Həmid Mehdiyevi vəzifəyə təyin etdi - FOTO
    Dünən, 12:53 | Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
    Dünən, 12:51 | İlham Əliyev Paşinyanla görüşəcək
    Dünən, 08:34 | Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu
    Dünən, 08:31 | Azərbaycanda həftəlik və aylıq qatar biletləri yaradılacaq - Qanun nə deyir? - VİDEO
    Dünən, 08:29 | Həkimlərin dəmir deposu adlandırdığı bu qida niyə süfrənizdə yoxdur?
    Dünən, 08:28 | Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.