Bəşəriyyətin REAL PROBLEMİ: "Nüvə müharibəsindən daha təhlükəlidir"
ABŞ prezidenti Co Bayden qlobal istiləşməni bəşəriyyət üçün əsas təhlükə hesab edir. Bu barədə TASS Ağ Ev rəhbərinin sözlərinə istinadla yazıb. Amerika liderinin sözlərinə görə, iqlim dəyişikliyi nüvə müharibəsi təhlükəsindən daha ciddi çağırışdır. O, iqlim gündəmini qarşıdakı onilliklər ərzində həll edilməli olan "real problem" adlandırıb. Bayden qeyd edib ki, G20-nin bütün iştirakçıları ABŞ-ın narahatlığını bölüşür. "Başa düş, bu problemdir", - ABŞ prezidenti əlavə edib.
Oxunub: 230
Xəbəri paylaş
Paylaş: