Qiyamət tərəzisində ən ağır gələn yaxşı əməl
Qiyamət günündə insanların əməlləri hesab kitaba çəkiləndə onların əməlləri haqq tərəzisinə qoyulanda bəzi əməllərin ağırlığı daha çox olar. Onlar bəzən namaz və orucdan da təsirli olar. Sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s): "İslam gözəl əxlaqdır" Sevimli peyğəmbərimiz həzrət Muhəmməd peyğəmbər (s): "Gözəl əxlaq dinin yarısıdır" Əmirəlmöminin Əli əleyhissalam buyurur: "Gözəl əxlaq möminin kitabının sərlövhəsidir" Yənin əsas qarşısında duran vəzifəsidir. Əmirəlmöminin Əli əleyhissalam buyurur: "Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir" İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Gözəl əxlaqdan ləzzətli həyat yoxdur" Sevimli peyğəmbərimiz həzrət Muhəmməd peyğəmbərdən gələn digər bir hədisdə deyilir: "Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar" O həzrət digər bir hədisdə buyurur: "Həqiqətən, xoşxasiyyət insan gündüzlər oruc tutan və gecələr ibadət edən kəsin savabına sahibdir" Əxlaqi-həsənə barədə deyilənlərdən sonra aydın olur ki əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur. Bu həzrət peyğəmbərin hədisində də gəlibdir: "Mizan günündə tərəziyə Əxlaqi-həsənədən ağır bir şey qoyulmaz. Əxlaqi-həsənənin sahibi namaz və orucu tutanın dərəsəsində olar".