Bakı Metropoliteninin departament rəhbəri vəzifəsindən azad edildi: YENİ TƏYİNAT
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəyişikliyi olub. Mediaxeberleri.Az-ın məlumatına görə, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub. Bu barədə QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. QSC sədrinin digər əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















