Masallı və Lənkəranda kəndləri su basdı
Masallı və Lənkəranın bəzi kəndlərində yağış suları fəsadlar törədib. Mediaxeberleri.Az-ın məlumatına görə, Masallı rayonunun Mollaoba,Təklə, Bala Kolatan, Lənkəranın isə Separadi, Zövlə, Cil, Gəgiran kəndlərində həyətləri, əkin sahələrini su basıb. Yaşayış məntəqələrindəki su kanalları lil ilə dolduğundan güclü yağışlardan sonra həyətlər su altında qalıb. Hazırda yağışın fəsadlarının aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















