Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilaçılığı ilə keçirilən yubiley tədbirində Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Xalq şairinin yaxınları, şəhid ailələrinin üzvləri, eləcə də digər bölgələrdən təşrif buyurmuş elm və sənət adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev prospektində Xalq şairinin büstü ziyarət olunub.
Tədbir iştirakçıları Mərkəzin foyesində şairin həyatı və yaradıcılığı haqqında kitablardan ibarət sərgini tamaşa ediblər.
Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın aparıcılığı ilə keçən yubiley tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, şairin qardaşı Teyyub Abbasov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov, “Hüseyn Arif ədəbi məclisinin” sədri şair Saqif Qaratorpaq, rayon ağsaqqalı Gülgün Kərimov, şair Rəfail İncəyurd, AYB Qazax bölməsinin ədəbi məsləhətçisi Mustafa Rasimoğlu və şairin qardaşı oğlu Rafiq Abbasov Həmid Abbasın həyat və fəaliyyəti haqqında geniş danışdılar.
Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri Həmid Abbasın şerlərini və sözlərinin müəllifi olduğu mahnıları ifadə ediblər .
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: