Hamilə sevgilisinə əzab verərək videoya çəkən şəxslə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində əzab vermə və seksual xarakterli zorakılıq hərəkətləri ittihamı ilə təqsirləndirilən İsmət Baxışovun (adı, soyadı şərtidir) barəsində apellyasiya şikayətinə baxılıb. Kamal Məmmədov
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərr elan olunub.
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmü qüvvədə saxlanılıb.
İttiham aktına görə, təqsirləndirilən İsmət Baxışov qeyri-rəsmi nikah münasibətlərində olduğu və birlikdə tibbi müayinələrdən keçərək hamilə olması barədə məlumatlı olmaqla zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı 21 mart 2023-cü il tarixdən başlayaraq qısqanclıq zəminində fiziki və psixi zorakılıq göstərib. O, qadını sosial şəbəkələrdə digər kişilərlə ünsiyyət saxlamasını bilib, zərərçəkmişi döyərək kəmərlə müxtəlif nahiyələrinə zərbələr endirib, qollarını bağlayaraq hərəkət və müdafiə imkanlarını məhdudlaşdırıb, videoçəkiliş aparmaqla psixi iztirablar yaradıb.
Bundan əlavə, təqsirləndirilən şəxs seksual xarakterli zorakılıq hərəkətlərini dəfələrlə təkrarlayaraq zərərçəkmişin bədəninə xəsarətlər yetirib.
Belə ki, o, qadının sosial şəbəkələrdə digər kişilərlə ünsiyyət saxlamasını qısqanclıq zəminində bəhanə edərək, ona qarşı fiziki və psixi zorakılıq tətbiq edib. İsmət zərərçəkmişdən sosial şəbəkələrdə başqa şəxslərlə ünsiyyət saxlamayacağına dair söz verməsini tələb edib, bu zaman mobil telefonla videoçəkiliş apararaq zərərçəkmişə psixi iztirablar verib.
İsmət Baxışovun hərəkətləri nəticəsində zərərçəkmişin baş, sifət, əllər, bud, sağrı və digər nahiyələrində xəsarətlər meydana gəlib, fiziki və psixi iztirablar verilməklə mütəmadi işgəncələr tətbiq edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Baxışov 8 il müddətinə azadlıqdan məhrum edilib.