"Bizim dövr" qəzetinin baş redaktoru və müavin qərardan şikayətçidirlər
"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin və müavini Hikmət Nəcəflinin barəsindəki qərardan kassasiya şikayəti verilib. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq. Kamal Məmmədov
Qeyd: "Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin və müavini Hikmət Nəcəfli polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlara 3 il müddətinə rəhbər və maddi məsul şəxs kimi vəzifə tutmaq qadağan edilib.