Lənkəranda kişi 30 yaşlı həyat yoldaşını qətlə yetirdi
Avqustun 24-də saat 9 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Mediaxeberleri.Az-a Lənkəran rayon prokurorluğundan bildirilib. İlkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.
Oxunub: 89
Xəbəri paylaş
Paylaş: