Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
  • “Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
  • Diqqət: Sabah bu yolun bir hissəsi bağlı olacaq
  • Bu şəxslərə xoş xəbər - Qərar
  • 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
  • Agentlik sədri yeni şöbə müdiri təyin etdi
  • Anar Əliyevin yeni müşaviri kimdir - DOSYE
  • Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
  • Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
  • Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
  • “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
  • Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
  • Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
  • Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
  • Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
  • Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
  • Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
  • “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib

  • Tarix: 8-05-2025, 20:20

Mayın 8-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktiki konfrans keçirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab və fotoşəkillərdən ibarət “Məşələ çevrilən həyat” başlıqlı sərgiyə baxış keçirilib.

Mərkəzdə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “İz” filmi nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi "Azərbaycan dövləti indiyə qədər olduğu kimi bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır" dəyərli sözlərini diqqətə çatdıraraq bu gün xalq olaraq həmin sözlərin reallığa çevrildiyinin şahidi olduğumuzu söyləyib. Rayon rəhbəri qeyd edib ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev Azərbaycan dövlətçiliyinin dünəni, bu günü və sabahıdır. Heydər Əliyev zamanında dünyada sülhün carçısı imicini qazanmış, əmin-amanlığın qarantına çevrilmiş dahi bir şəxsiyyətdir. Tarix Ümummilli Lider Heydər Əliyevi XXI əsrin əvvəlində tərəqqi edən Azərbaycanın təməlini qoymuş şəxs kimi yaddaşında əbədi yaşadacaqdır. Heydər Əliyev ictimai-siyasi quruluşun tarixi şəxsiyyətidir. Həmin tarixi andan etibarən xalqın öz müstəqilliyinin dönməzliyinə, əbədiliyinə inamı artmış və insanlar böyük ruh yüksəkliyi ilə dövlətçiliyimizin mökəmlənməsində Ulu Öndərin ətrafında sıx birləşmişdilər. Dövlətin müstəqilliyi və suverenliyi üçün ilk növbədə hüquqi-siyasi, sosial-iqtisadi təməl formalaşmalıdır. Azərbaycana münasibətdə qeyd edilməlidir ki, 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin intibah dövrünə qədəm qoyması təməl rolunu oynadı. Belə ki, tarixi inkişafın sonrakı gedişatı bir daha sübut etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə müstəqil dövlətimizi qurmağa başlamışdı. Ötən əsrin 60-cı illərinin sonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkənin gələcək müstəqilliyinə etibarlı bünövrə formalaşdırmağa başladı. Məhz həmin dövrdə yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycan üçün çox mühüm rol oynadı. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” imzaladığı 29 sentyabr 2022-ci il tarixli Sərəncamında qeyd edilmiş “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur” sözlərini diqqətə çatdırıb. Rayon rəhbəri bildirib ki, 1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin iyirmi faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. Ermənistanda və işğal olunmuş torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, şəhər və kəndlərimiz viran edilmişdir. Lakin bu ərazilər otuz ilə yaxın müddət ərzində işğal altında qalsa da hər zaman suveren Azərbaycan əraziləri olaraq tanınırdı. Bu dövrdə Azərbaycanın daxilində cərəyan edən mürəkkəb proseslər, vətəndaş qarşıdurmasının güclənməsi, anarxiya mühitinin dərinləşməsi, ən əsası isə ölkənin müstəqilliyi üçün təhdidlərin meydana çıxması onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev kimi güclü, prinsipial və iradəli lider xilas edə bilər. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyev Azərbaycanın fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu. Ulu Öndər Heydər Əliyev doğma Azərbaycanı xilas etmək naminə misilsiz fədakarlıq göstərmiş, ölkəmizi ictimai-siyasi pərakəndəlik və anarxiyadan xilas etmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində milli dövlətçilik ideyası realizə olundu, müasir müstəqil Azərbaycan dövləti möhkəmləndi. Dövlətimiz dahi liderinin rəhbərliyi altında tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Qeyd edilməlidir ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir. 1990-cı illərin əvvəllərində SSRİ-dən miras qalmış hüquq sistemi və qanunvericilik bazası hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə lazımi təminat vermirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və ilk növbədə ölkənin yeni Konstitusiyasının qəbul edilməsi artıq mütləq idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə mövcud olan xaos və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda, vahid siyasi iradənin olmaması, dövlət müstəqilliyi üçün təhdidlərin mövcud olması bu mühüm vəzifənin həyata keçirilməsini qeyri-mümkün etmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu. Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı və Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Ümummilli Lider Heydər Əliyev Konstitusiya Komissiyasının fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini vermiş, Konstitusiyanın müddəalarını şəxsən nəzərdən keçirmiş, bu ali sənədin layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbul edilməsini təmin etmək üçün gərgin əmək sərf etmişdir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Əminliklə deyə bilərik ki, hazırda dövlətimiz müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin geri qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla Azərbaycan xalqının qürur mənbəyidir. Dövlətimizin İkinci Qarabağ müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən törədilən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirildi. Belə ki, Azərbaycan Ordusunun mövqeləri sistemli şəkildə atəşə tutulmuş, ərazilərimizin minalanması davam etdirilmişdir. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı. 24 saatdan az müddətdə davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu tarix milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq Respublika Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sərəncamda qeyd edildiyi kimi, “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu maddədə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub. Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam dövlətimizin gələcək inkişafı və eyni zamanda, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Respublikamızda “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi Azərbaycan dövləti üçün yeni inkişaf mərhələsinin başlaması istiqamətində önəmli addım olmaqla, ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacaqdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. Bu ərazilərdə konstitusiya hüquqlarının tətbiq və təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Əhalinin hüquq və azadlıqlarının müdafiəsi onların sosial və digər vacib xidmətlərlə təmin olunması, eyni zamanda, bütövlükdə iqtisadi inkişaf üçün zəruri hüquqi şərait yaradır. Azərbaycanın əsl müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasını Ulu Öndər Heydər Əliyevin başladaraq həyata keçirdiyi və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs təmin etdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanaraq Azərbaycanın milli suverenliyini bütün dünyaya vüqarla bəyan etməkdədir. Azərbaycanın müstəqilliyi daimidir və sarsılmazdır. Heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz. Dövlət adamı, tarixçi, general, millət vəkili, dövlət başçısı, cəsur öndər Heydər Əliyev illər ərzində ətrafına xalqına, insanlara, ölkələrə işıq saçan bir mayaq kimi yaşadı. Belə müstəsna lider ana Vətəni, Türk dünyası və sülh uğrunda mücadilə edən Yer kürəmiz üçün xoşbəxt bir talehdir. Biz bu gün əminliklə deyə bilirik ki, Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında yaradılmış YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir. Ulu Öndər Heydər Əliyevin öz sözlərində deyildiyi kimi, "Dünənin, bu günün və gələcəyin partiyası” olan YAP-ın yaradılması Azərbaycan çox ciddi siyasi-iqtisadi kataklizmlərdən qurtuldu, yeni dövrə qədəm qoydu. Dahi şəxsiyyət istər zəngin dövlətçilik irsi, istərsə də mütərəqqi ideyaları ilə əbədiyaşarlıq qazanıb, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük siyasi-ideoloji əhəmiyyətə malik siyasi fəaliyyət həyata keçirib, Azərbaycançılıq ideologiyasının inkişafına nail olub. Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və xalqın öz liderinin ətrafında sıx birləşməsi dövlətçilik tariximizin dönüş nöqtəsi, mühüm bir taleyüklü mərhələnin başlanğıcı oldu. Heydər Əliyev ölkəni ciddi siyasi və iqtisadi problemlərdən, böhran vəziyyətindən xilas etdi, bizə real müstəqilliyimizi qazandırdı. İctimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini, milli birliyimizin təmini, ardıcıl sosial-iqtisadi, siyasi-hüquqi islahatların reallaşdırılması, ilk konstitusiyamızın qəbulu kimi demokratik dövlətin əsaslarını yaratdı. Bununla yanaşı milli maraqlara xidmət edən xarici siyasi fəaliyyəti ilə dünya birliyində Azərbaycanın mövqeyinin möhkəmlənməsinə və etibarlı tərəfdaş kimi tanınmasına zəmin yaratdı. Ölkəmizin sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün möhkəm təməllərin yaradılması Ulu Öndərin misilsiz xidmətlərinin, gərgin əməyinin bəhrəsidir. Yeni Azərbaycan Partiyası, onun üzvləri Heydər Əliyev irsinə və azərbaycançılıq və vətənpərvərlik prinsiplərinə, Heydər Əliyev ideyalarına sədaqət nümunəsi olaraq Azərbaycanın inkişafına, qarşıda duran hədəflərin reallaşması yolunda əzmlə çalışmaqdadır.  

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, Heydər Əliyev və Onun Azərbaycana rəhbərlik dövrü xalqımızın qürur duyduğu gerçək tarixdir. Ən yeni tariximizin dahi şəxsiyyəti olan Heydər Əliyev fenomeni sayəsində Azərbaycan öz müstəqilliyinə nail oldu, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bildi. Üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünya xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtardı. Öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrildi. Heydər Əliyevin həyatı və fəaliyyəti nəhəng və qüdrətli məktəbdir. Heydər Əliyev Azərbaycan xalqının bəxtinə düşmüş tanrı payıdır. O, öz həyatı və yorulmaz fəaliyyəti ilə xalq üçün, el üçün, Vətən üçün yaşamağın, çalışmağın mübarizə aparmağın əvəzsiz nümunəsini göstərərək nəsillərə örnək ola biləcək bir insan ömrü yaşadı. Sağlığında özünə ucaltdığı ən möhtəşəm abidə isə müstəqil Azərbaycan dövlətidir. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, o qədər də Ulu Öndər yaşayacaq, gələcək nəsillər minnətdarlıq hissi ilə Onu yad edəcəklər.

Təqaüddə olan müəllim Bəsdi Ələkbərova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində və dövlətçiliyin inkişafı istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətində təhsil siyasətinin xüsusi yeri olmuşdur. Fundamental və tarixi əhəmiyyətli məqsədlərə hədəflənmiş təhsil strategiyasının kökündə azərbaycanlıların savadlanmasına yönəlmiş strateji addımlar, o cümlədən milli-mənəvi dəyərlərin qorunması, yaşadılması, xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, dili, folkloru və bütövlükdə, milli yaddaşın mühafizəsi dayanırdı. Bu istiqamətdə Ulu Öndərin atdığı addımlar sırasında ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, təhsilin əlçatanlığı və coğrafiyasının genişlənməsi əsas prioritetlərdən olmuşdur. “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, - deyən Prezident Heydər Əliyev Azərbaycanda milli təhsil siyasətinin banisi, Təhsil Konsepsiyasının müəllifidir.

Təqaüddə olan müəllim Məzahir Qocayev çıxış edərək bildirib ki, “Təhsil millətin gələcəyidir”, - deyən Ümummilli Lider Heydər Əliyev xoşbəxt gələcəyin məhz təhsillə bağlı olduğunu öz çıxışlarında dəfələrlə vurğulayırdı. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə, təhsilin inkişafına, təhsil şəbəkələrinin genişləndirilməsinə, yeni-yeni məktəb binalarının tikilib istifadəyə verilməsinə, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına, Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almalarına diqqət və qayğı ilə yanaşmış, dövlət-təhsil siyasətinin əsaslarını yaratmışdır. Azərbaycan təhsilinin milli tariximizdə yüksəlişi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ölkəmizin təhsil şəbəkəsi yenidən genişləndirildi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirilərək, mühüm tarixi fərman və sərəncamlar imzalandı. Təhsil sahəsində yeni islahatlar dövrü başladı. Təhsilin inkişafındakı bütün maneələr aradan qaldırıldı. Azərbaycan təhsili dünya standartlarına uyğun, müasir çağırışlara cavab verəcək səviyyəyə çatdırıldı. 

Təqaüddə olan müəllim Gülnar Osmanova çıxış edərək bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyətin həyatında böyük dəyişikliklər baş verdi, ölkəmizdə intibah və tərəqqi dövrü start götürdü. Azərbaycanın indiyə qədər qazandığı və bu gündən sonra əldə edə biləcəyi nailiyyətlərin hamısı bu tarixi günün məntiqi nəticəsi kimi qiymətləndirilir. Çünki Heydər Əliyev hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan dövlətinin əbədiyaşarlığını təmin etməyə qadir, fundamental ideoloji bir siyasi sistemin formalaşmasına nail oldu. Ulu Öndərin xatirəsi Azərbaycanın qazandığı nailiyyətlərdə, ölkəmizin inkişafında əbədiləşib. Nə qədər ki, müstəqil Azərbaycan mövcuddur, bu dövlətin qurucusu da tariximizdə əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider örnəyi kimi daim yaşayacaq.  

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə həkim-otolorenqoloq Gültac Qədimalıyeva çıxış edərək vurğulayıb ki, Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin dərin köklərinin, möhkəm dayaqlarının olması XX əsrin ikinci yarısında özünü daha bariz şəkildə göstərməyə başladı. Çünki ölkəmizə rəhbərlikdə olan dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasətinin əsasında məhz sağlam vətəndaş cəmiyyəti, savadlı tibb kadrlarının yetişdirilməsi dayanırdı. Heydər Əliyev Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin bütün ağırlıqlarını öz çiyinləri üzərinə götürərək onu inkişaf etdirdi və gələcək perspektivlərini müəyyənləşdirdi. Müasir Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin siyasəti əbədidir, həmişəyaşardır, qaranlıqlara nur çiləyən sönməz mayakdır.

Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək bildirib ki, Heydər ƏliyevİN hakimiyyətə gəlişi Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi həyatına uğurlu yeniliklər, dəyişikliklər gətirdi. Məhz Heydər Əliyevin qayğısı nəticəsində həmin dövrdə Azərbaycan sosial-iqtisadi və mədəni cəhətdən yüksək səviyyədə inkişaf etdi, xalqımızın adı həmişə hörmət və iftixarla çəkildi.  Azərbaycan mədəniyyətinin inkişafına, gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərin mədəniyyətin əsas qüvvələrindən biri olan kitabxana işinin inkişafında mühüm xidmətləri olmuşdur. 70-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlərin görülməsi buna əyani sübutdur. 1993-cü ildə xalqın tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməyə başlaması mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı, kitabxanaların fəaliyyətinin inkişafı üçün daha da əvəzsiz işlər gördü.

BDU-nun Qazax filialında Tarix ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Samirə Həsənova çıxış edərək bildirib ki, Heydər Əliyev xalqını və millətini sevən bir vətəndaş,  hər zaman dövləti və dövlətçiliyin inkişafı yolunda misilsiz fəaliyyət göstərən dövlət xadimi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin adı təkcə Azərbaycanın tarixinə deyil, həm də dünya siyasətinin tarixinə fenomenal şəxsiyyət, dahi lider, uzaqgörən dövlət başçısı kimi həkk olunub. O, Azərbaycan xalqı üçün həm də bütün sahələrin inkişafının qeydinə qalan, xalqın hər bir təbəqəsini eyni cür düşünən, ölkənin daha perspektivli gələcəyi üçün hər cür imkanlar yaradan rəhbər və lider idi. O, hər zaman  Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş Onun adı ilə bağlıdır.



Oxunub: 1 005
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 21:22 | Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
    Bu gün, 21:18 | “Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
    Bu gün, 20:01 | Diqqət: Sabah bu yolun bir hissəsi bağlı olacaq
    Bu gün, 19:59 | Bu şəxslərə xoş xəbər - Qərar
    Bu gün, 18:06 | 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
    Bu gün, 17:01 | Agentlik sədri yeni şöbə müdiri təyin etdi
    Bu gün, 16:59 | Anar Əliyevin yeni müşaviri kimdir - DOSYE
    Bu gün, 16:21 | Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
    Bu gün, 16:19 | Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
    Bu gün, 16:17 | Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
    Bu gün, 14:47 | “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
    Bu gün, 14:44 | Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
    Bu gün, 14:34 | Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
    Bu gün, 14:27 | Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Bu gün, 14:26 | Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
    Bu gün, 14:22 | Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
    Bu gün, 14:19 | Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
    Bu gün, 14:14 | Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
    Bu gün, 14:12 | Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
    Bu gün, 14:06 | “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
    Bu gün, 14:03 | “Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqlandı
    Bu gün, 14:00 | Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
    Bu gün, 13:56 | Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama
    Bu gün, 13:50 | İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto
    Bu gün, 13:35 | ADA Məktəbində “Məhsul bayramı” keçirildi
    Bu gün, 13:33 | Rövşən Nəcəf onlara yüksək vəzifə verdi - Foto
    Bu gün, 13:32 | Azərbaycanda bu sürücülər də imtahan verəcək
    Bu gün, 13:09 | Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?
    Bu gün, 13:07 | Sabah 23 dərəcə isti olacaq
    Bu gün, 12:59 | Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...
    Bu gün, 12:32 | Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı?
    Bu gün, 12:22 | Ağstafada iki məktəbli qızı avtomobil vurdu - Təfərrüat
    Bu gün, 12:17 | Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulur
    Bu gün, 12:13 | Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Bu gün, 11:58 | Bakıda evlər sökülür - Kompensasiya məbləği açıqlandı
    Bu gün, 11:53 | "Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi" - Ağdamdan ev istəyən Aqil Abbas
    Bu gün, 11:50 | "Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır" - Media və Yayım Şurası
    Bu gün, 11:38 | Kimin evində varsa, bəxti gətirdi
    Bu gün, 11:35 | İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat
    Bu gün, 11:32 | Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı barədə qərar verildi
    Bu gün, 11:27 | Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərindən xəbər var
    Bu gün, 10:47 | ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil?
    Bu gün, 10:40 | "Brent" nefti ucuzlaşdı
    Bu gün, 10:36 | Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
    Bu gün, 10:31 | Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb
    Bu gün, 10:27 | İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR
    Bu gün, 09:06 | Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
    Bu gün, 09:04 | “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
    Bu gün, 09:01 | Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
    Bu gün, 08:57 | Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.