İNTEQRATIV TİBB VƏ ABDOMİNAL PİYLƏNMƏ
Qarın və ya abdominal piylənmə tək dərialtı qatda deyil, həm də qarın boşluğunda və əzələlərdə yağ yataqlarının həddindən artıq yığılması nəticəsində yaranan metabolik pozulmadır. Bu, piylənmənin ən təhlükəli növüdür, çünki əsas orqanların ətrafında toplanan yağ onların fəaliyyətinə ciddi mane olur. Saglamolun.Az
Daxili piylənməyə visseral piylənmə də deyilir. Az miqdarda visseral (qarın) yağ daxili orqanları mexaniki zədələrdən qoruyur. Həddindən artıq toplandıqda, həyati vacib orqanların fəaliyyətini əngəlləyir və sağlamlıq üçün son dərəcə təhlükəli olur. Qarın boşluğunda yığılmış piy toxuması hormonal aktivdir, iltihabı artıran maddələr ifraz edir və bununla da xroniki xəstəliklərin inkişaf riskini artırır. Beləliklə, qarın piylənməsi çox təhlükəli vəziyyət olub, ürək və damar xəstəlikləri, 2-ci tip diabet, hipertoniya, ateroskleroz, osteoporoz, görmə zəifliyi, böyrək və qaraciyər problemləri, bəzi xərçəng növləri də daxil olmaqla bir çox xəstəliklərin inkişafında mühüm səbəbkar amildir. Ənənəvi müalicənin bu halda imkanları məhduddur, tədbirlər yalnız fəsadlı nəticələrin aradan qalxmasına yönələrək əsasən təzyiqsalıcı, statinlər, şəkərsalıcı, qan durulaşdırıcı kimi kimyəvi dərmanlar, stentləmə, şuntlama, endoprotezləmə kimi tədbirlərlə məhdudlaşır. Amma hər belə problemi olan insan bilməlidir ki, bu vəziyyətin tam fərqli, zərərsiz müalicəsi də mümkündür.
İnteqrativ Təbabət ilə abdominal piylənmənin zamanında və düzgün, səbəbə yönəli müalicəsi göstərilən fəsadlardan qaçmağa kömək edərək həyatınızı qoruyacaq!