Qanunsuz şlaqbaumlar ciddi problemlər yaradır: "Təcili yardım həyətə girə bilmir"
Paytaxt ərazisində məhəllələrin və yaşayış binalarının qarşısında şlaqbaumların quraşdırılması halları artıb. Sakinlərin şəxsi təşəbbüsü və vəsaitləri hesabına quraşdırılan şlaqbaumlar kənar nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışına mane olmaq məqsədi daşıyır. Məsələ burasındadır ki, bu şlaqbaumların bir çoxunda idarəetmə pultu sakinlərin özlərində olur. Ona görə də əraziyə girmək istəyən şəxsin ya idarəetmə pultu olmalı, ya da saatlarla kiminsə yaxınlaşıb şlaqbaumu açmasını gözləməlidir. "Bir neçə il əvvəl nəvəm qaynar suyu üzünə aşırmışdı. Çağırdığımız təcili yardım vaxtında gəldi, amma həyətə girə bilmədi", - deyə sakin narazılıq bildirib. Ətraflı Baku TV-nin süjetində:
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: