Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunu
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub. “Report”un yerli bürosu məlumat verir ki, iki ay əvvəl Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunan Fuad Babayev vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə hələ ki təyinat yoxdur. Qeyd edək ki, o uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə İş Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Oxunub: 378
Xəbəri paylaş
Paylaş: