Azərbaycanda bir gündə dörd nəfəri ildırım vurdu: Üçü öldü
Şəmkir rayonunun Zəyəm kəndində qadını ildırım vuraraq öldürüb. "Report"un məlumatına görə, Şəmkir rayon sakini, D.Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb. "Report"un məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Kənddə çobanlıq edən 1963-cü il təvəllüdlü Züriyyət Əli oğlu Musayevi ildırım vurub. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Gəncə sakinini ildırım vurub. APA-nın məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Orxan Quliyevi həmin küçədə ildırım vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Tovuz rayonunda yeniyetmə faciəli şəkildə həlak olub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata əsasən, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub. Nəticədə yeniyetmə həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.