Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • ML: Türkiyə və Fransa məğlub oldu
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
  • Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
  • ABŞ-da neft hasilatı rekord həddə çatdı
  • Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
  • Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
  • Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
  • KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
  • Tramp Meksikanı hədələdi
  • Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
  • Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
  • İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qayıdışa haqqı çatanlar: Körpüləri yandıranlar üçün bağlanan qapı

  • Tarix: 28-10-2024, 18:18

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində görüşlər keçirilib.

Oktyabrın 24-də BRICS-in sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın vasitəçisiz, birbaşa görüşü olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Təəssüf ki, rəsmi Bakı ilə İrəvan arasında danışıqların yeni və daha mühüm başlamasına hazırlıq işləri görüldüyü bir vaxtda araqarışdırıcı ünsürlər yenə müxtəlif iddialar irəli sürüblər.

Belə ünsürlərdən biri də Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun başçısı Jilber-Lyuk Devinazdır.

O, əvvəllər də Azərbaycana qarşı qərəzli çıxışları və açıqlamaları ilə yadda qalıb. Belə ki, hələ 2018-ci il sentyabrın 14-də qondarma qurumun "parlament rəhbəri" Aşot Qulyanı qəbul edib. Görüşdə separatçılarla "ikitərəfli əlaqələrin" inkişafından danışılıb.

Jilber-Lyuk Devinaz bu kimi davranışı ilə anti-Azərbaycan, antitürk olduğunu çoxdan isbatlayıb. O, separatçılara himayədarlıq, sözçülük edib, erməni lobbisinin maliyyə vəsaiti hesabına fəaliyyət göstərənləri xatırladır.

Bu dəfə Devinaz yeni bir şər kampaniyasına başlayıb. O, noyabrın 11-də COP29-a ev sahibliyi edəcək Azərbaycanın guya "etnik təmizləmə planının" cəzasız olaraq davam etdirdiyini bildirib. Bakıda həbsdə olan separatçıları "siyasi xadim" adlandırıb, habelə Qarabağda guya "erməni irsinin məhv edilməsindən" bəhs edib.

O, Azərbaycandan könüllü olaraq köç etmiş ermənilərin "qayıtmasına" dair əsassız iddialar irəli sürüb.

Beynəlxalq ictimaiyyətə Ermənistanın işğal zamanı Azərbaycan torpaqlarında etdiyi özbaşınalıq və vəhşilik məlumdur. Ancaq fransalı senator işğalçı ermənilərin 30 illik vandalizminin izlərini görməzdən gələrək deyib ki, "Qarabağda min illərlə tarixi olan erməni abidələrinin bütün izləri silinir". Guya Xankəndi şəhərinin yarısı yerlə yeksan olunub. Bu yerdə heyrət işarəsi yerinə düşür. Yəni belə bir yalanı ancaq ədalət, həqiqət, doğru kimi gerçəklik hissindən tamamilə məhrum olan şəxs deyə bilər. Devinaz belə çıxışı ilə yalnız reallıqdan uzaq olub, hələ də xülyalarla yaşayan erməni lobbisini qane edər. Heç bir normal düşüncə sahibi onu ciddi qəbul etməz.

Fransa hakimiyyəti, parlamenti bu kimi boşboğazlardan qurtulmazsa, ölkənin gələcək əlaqələrində problemlər yarana bilər.

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi, Qarabağ və ətraf rayonlarda, habelə, Qərbi Azərbaycanda törətdiyi cinayətlərə görə hüquqi məsuliyyət daşıyır.

Qarabağı könüllü tərk edən erməni icması ilə bağlı məsələyə münasibətini Prezident İlham Əliyev hələ 2023-cü il sentyabrın 20-də etdiyi müraciətdə bildirib:

"Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur".

Prezident ona da cavab verib ki, Azərbaycanda erməni siyasi məhbus yoxdur. Olanlar isə cinayətkarlardır. Onlar Azərbaycan dövlətinə - ordusuna, ərazisinə, əhalisinə qarşı törətdikləri müxtəlif cinayət əməllərinə görə həbs ediliblər, hazırda istintaq davam edir.

Dövlət başçısı həmin çıxışda ermənilərin törətdikləri əmələ işarə edərək daha sonra vurğulamışdı: "Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar".

Heç nə unudulmadığı kimi, heç kim cəzasız da qalmır. Ermənistan hakimiyyəti Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayət əməllərinə görə indiyədək üzr istəməyib. Xocalıda və Azərbaycanın başqa bölgələrində törədilən cinayətlərdə əli olanlar hələ də Ermənistanda hakimiyyətə gəlmək uğrunda mübarizə aparır və cəzalanmayıblar.

Qarabağdakı erməni sakinlərə Azərbaycanda qalıb, cəmiyyətə inteqrasiya etmələri təklif olunub. Onların bir qismə ölkəni könüllü tərk etməklə bu humanist dəvətdən imtina ediblər. Həmin sakinlər sonradan anti-Azərbaycan fikirlər söyləməklə Jilber-Lyuk Devinaz kimilərin əlində oyuncağa çevriliblər.

Heç şübhəsiz, Qarabağdakı erməni sakinlər arasında Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən, çıxış edən az olmayıb. Onlar əməllərinin cavabsız qalmayacağını başa düşüb Azərbaycandan könüllü olaraq köç ediblər.

Devinazlar və ermənilərin qayıdış kimi çürük ideyasını canfəşanlıqla müdafiə edənlər bu yolla ölkədə yenidən "erməni bombası" hazırlamağa səy edirlər. Bunu 200 il əvvəl hazırlayıblar. Onun "partlaması nəticəsində" Azərbaycan torpaqlarında "Ermənistan" yaranıb. İkincisi isə ermənilərin əlində partlayıb. Onun içliyini dəyişib, fərqli formada Azərbaycana və regiona yenidən sırımağa səy göstərilir.

Ermənistan qərbi azərbaycanlılardan da üzr istəməyə borcludur. Çünki onlar vətəndaşı olduqları ölkəyə, erməni cəmiyyətinə qarşı heç bir cinayət törətməyiblər. Əksinə, onlar Ermənistanın, erməni cəmiyyətinin vəhşiliklərinin qurbanı olublar. Mal-mülkləri güc yolu ilə əllərindən alınıb. Onlarla Qərbi azərbaycanlı qətlə yetirilib. Ancaq bunu Devinazın Fransasında kimsə yada salmır. Yaxud xatırlamaqdan qorxur.

Belə olan halda vətəndaşı olduqları ölkə və erməni cəmiyyəti ilə aralarındakı körpüləri yandırmayan Qərbi azərbaycanlıların qayıdışa bütün səviyyələrdə daha çox haqları çatır. Çünki onlar Ermənistana qarşı heç bir cinayətdə iştirak etməyiblər. Ancaq regionu qarışdırmaq istəyənlərin Qarabağda yenidən yerləşdirmək istədikləri arasında Azərbaycana qarşı çoxsaylı cinayət əməlləri törətmişlər çoxdur. Hazırda Bakıda həbsxanada saxlanılan Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David Babayan, David İşxanyan, Lyova Mnatsakanyan, David Manukyan kimi.

Ermənistanı 20 il idarə etmiş Robert Koçaryan, Serj Sarksyan, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan və başqaları vətəndaşı olduqları Azərbaycana qarşı soyqırımı, qətl, qarət, terror törədiblər.

Bütün ictimai, mənəvi, siyasi, mədəni, etniklərarası və s. körpüləri yandıranlar Azərbaycana qayıdış üçün üz qoymayanlardır. Bu baxımdan, devinazlar şabaşa çıxanlara oxşayır...

"Report" İnfomasiya Agentliyi


Oxunub: 1 049
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Dünən, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Dünən, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Dünən, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Dünən, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Dünən, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Dünən, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Dünən, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Dünən, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Dünən, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Dünən, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Dünən, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Dünən, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Dünən, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    11-11-2026, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.