“Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləyən qadın: "Haqqımı halal etmirəm"
“Mən bu sənəti atamdan öyrənmişəm. 22 ildən çoxdur ki, dülgərəm. Uşaq idim, atamın yanında durub baxırdım. Sonradan gördü ki, mən artıq dülgər oluram. İşimi də, sənətimi çox sevirəm. Düzdür, bəzən insanı bezdirən müştərilər olur. İş gördürürlər, amma pulu verməmək bəhanəsi ilə min dənə səbəb gətirirlər. Guya ki, işimi bəyənməyiblər. Mən də onlara haqqımı halal etməmişəm. Çünki əziyyət çəkmişəm, rəngin iyini, taxtanın toz-torpağını udmuşam” O daha sonra əlavə edib: “İnsanlar köhnə dəbə qayıdıb. Təkcə qapı-pəncərə yox, pilləkən də yığıram. Mənim üçün işin kişisi, qadını yoxdur. Mənim nəslimdə olan qadınların əksəriyyəti kişi işlərini görə bilirlər. Məsələn, nəslimdə elə qadınlar var ki, dana kəsirlər. Əsas odur ki, işini həvəslə görəsən. Həvəs olan yerdə iş üçün cins bilinmir. Ramil Usubovun, Allahşükür Paşazadə və s. ictimai-siyasi xadimlərin evində işləmişəm. Nazirlər də olub. Məni görüblər, öncə elə biliblər ki, oğlanam. Sifarişlə maraqlanıblar, ünsiyyət saxlayandan sonra görüblər ki, xanımam. Mən işləyəndə oğlan görkəmində oluram, başımda da kepka olur. Gəlib görüşüb, təşəkkür edib və mənə əlavə pul pay veriblər. Bəzən isə təsadüfən yanlarına getdiyim həkimlər, tibb bacıları müştərilərim olur”. Şəhla İmanzadə bildirib ki, daim paxıllığını çəkənlər var: “Hər zaman diqqətdə olmağım kişi həmkarlarımı narahat edir. Deyirlər ki, gündə 5-dən çox qapı hazırlayırsan. Özü də bu qeybəti edənlərin əksəriyyəti kişilərdir. Daha fikirləşmirlər ki, bura nə qədər material gedir. Hər qapıdan 20, 30, bəzən də 50 manat pul qalır. Əziyyəti fikirləşən yoxdur. Kişilər var ki, cibləri əllərində gəzir, deyirlər ki, iş yoxdur. Qadın üçün əslində dülgər olmaq çətindir. Amma mən artıq öyrəşmişəm. Çalışmışam ki, təhlükəsizlik tədbirlərinə də riayyət edim. Ona görə də indiyə qədər barmağımı kəsməmişəm, ehtiyatsızlıq etməmişəm”.
Mediaxeberleri.Az xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında qadın dülgər Şəhla İmanzadə deyib.