Войти

Ombudsman: Aparat əməkdaşları hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcək

Ölkə

Gün ərzində Ombudsman və Aparat əməkdaşları müxtəlif qapalı müəsisələrdə, hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.

Səbinə Əliyeva qeyd edib ki, Ombudsman uzun illərdir ki, Azərbaycanda keçirilən seçkiləri müşahidə edir.

O, əlilliyi olan şəxslərin seçki prosesinsə iştirakının təmin olunmasını xüsusilə diqqətdə saxladıqlarını əlavə edib.

Məlumat üçün qeyd edək ki, Ombudsman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində həm səsvermə prosesində iştirak edib, həm də seçki prosesini müşahidə edib.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

3 aylıq körpəsini rəfiqəsinə qoyub yoxa çıxdı - Ağlasığmaz hadisə

Hadisə

Türkiyədə ana 3 aylıq körpəsini rəfiqəsinə qoyaraq yoxa çıxıb.

Medicina.az türk mediasına istinadla bildirir ki, 35 yaşlı Öykü Y. 6 oktyabrda xəstəxanada oğlan uşağı dünyaya gətirib.

O, doğulduqdan sonra uşağını Muğlanın Milas rayonunda yaşayan rəfiqəsinə qoyub. Uzun müddət körpəsini almağa gəlməyən rəfiqəsi Öykü Y.-nin Bodrumda yaşayan atası Tevfik Fikrət Y.-yə (67) xəbər verib. Lakin babası körpəyə baxacaq vəziyyətdə olmadığını bildirib.

Bundan sonra rəfiqəsi dünən saat 22:00 radələrində 112 Zəng Mərkəzinə xəbər verib. Xəbərdarlıq üzərinə sağlamlıq qrupları 3 aylıq körpəni Bodrum Dövlət Xəstəxanasına aparıb. Müayinədən sonra körpənin səhhətinin yaxşı olduğu məlum olub.

Doğum qeydiyyatı olmayan körpə Muğla Ailə və Sosial Xidmətlər İl Müdirliyinə təhvil verilib.

Hadisənin ardından Bodrum İlçe Təhlükəsizlik Müdirliyi Asayiş Büro Komandirliyi qrupları körpənin atasının müəyyən edilərək anasının tapılması üçün işlərə başlayıb.

Ağstafada məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb

Siyasi analitik yazılar

108 saylı Ağstafa seçki dairəsi üzrə bələdiyyə seçkilərində səsverməyə start verilib. 

Mediaxeberleri.Az xəbər verir ki, saat 08:00-da 108 saylı Ağstafa seçki dairəsi üzrə bütün məntəqələr açılıb.

Seçicilər saat 19:00-a qədər səsvermədə iştirak edə biləcəklər.


Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb

Siyasi analitik yazılar

Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb.

“Report” xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçici aktivliyi haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatla canlı yayımlanacaq.

Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

3 aylıq körpəsini rəfiqəsinə qoyub yoxa çıxdı - Ağlasığmaz hadisə

Hadisə

Türkiyədə ana 3 aylıq körpəsini rəfiqəsinə qoyaraq yoxa çıxıb.

Medicina.az türk mediasına istinadla bildirir ki, 35 yaşlı Öykü Y. 6 oktyabrda xəstəxanada oğlan uşağı dünyaya gətirib.

O, doğulduqdan sonra uşağını Muğlanın Milas rayonunda yaşayan rəfiqəsinə qoyub. Uzun müddət körpəsini almağa gəlməyən rəfiqəsi Öykü Y.-nin Bodrumda yaşayan atası Tevfik Fikrət Y.-yə (67) xəbər verib. Lakin babası körpəyə baxacaq vəziyyətdə olmadığını bildirib.

Bundan sonra rəfiqəsi dünən saat 22:00 radələrində 112 Zəng Mərkəzinə xəbər verib. Xəbərdarlıq üzərinə sağlamlıq qrupları 3 aylıq körpəni Bodrum Dövlət Xəstəxanasına aparıb. Müayinədən sonra körpənin səhhətinin yaxşı olduğu məlum olub.

Doğum qeydiyyatı olmayan körpə Muğla Ailə və Sosial Xidmətlər İl Müdirliyinə təhvil verilib.

Hadisənin ardından Bodrum İlçe Təhlükəsizlik Müdirliyi Asayiş Büro Komandirliyi qrupları körpənin atasının müəyyən edilərək anasının tapılması üçün işlərə başlayıb.

Sumqayıtda qadın qətlə yetirilib

Kriminal

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə 12-ci mikrorayon, bina 35, mənzil 21-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Babışova Səbinə Seymur qızı qətlə yetirilib.

Ona xəsarət yetirməkdə əri A.Babışov şübhəli bilinir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Rusiya nümayəndələri Dəməşqdə: 3 saat davam etdi...

Dünya

Rusiyanın nümayəndə heyəti Dəməşqdə Suriya hökumətinin müvəqqəti rəhbəri Əhməd əş-Şara ilə danışıqlar aparıb.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat yayıb.

Görüşün 3 saat davam etdiyi bildirilib.

Danışıqların təfərrüatı barədə məlumat verilməyib.

Qeyd edək ki, Rusiya nümayəndə heyətində Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev yer alıb.

Damarları xolesterindən təmizləyən məhsul

Gündəm

Həkimlər qan damarlarını xolesteroldan təmizləmək üçün mövcud məhsullar arasında qarabaşaq yarmasını tövsiyə ediblər.

Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, damarlarda xolesterin tıxaclarının əmələ gəlməsinin və aterosklerozun inkişafının qarşısını almaq üçün onların təmiz olması lazımdır.

Qan damarlarını xolesteroldan təmizləmək üçün mövcud məhsullar arasında mütəxəssislər ruslara yaxşı məlum olan qarabaşaq yarmasının adını çəkdilər. Bu məhsulun tərkibində damar toxuması üçün son dərəcə vacib olan mikroelementlər var.

Kalium, silikon, fosfor, maqnezium və rutin qarabaşaq yarmasını xüsusi məhsul edir. Onun istifadəsi pis xolesterinin çıxarılmasına və qan damarlarının divarlarının möhkəmlənməsinə kömək edir.

Qan damarlarının sağlamlığını yaxşılaşdıran digər hazır qidalara alma və sarımsaq daxildir. Almanın tərkibində çoxlu flavonoid epikateşin var, bu antioksidant maddə qan damarlarının tıxanmasının qarşısını alır və qan təzyiqini aşağı salır. Sarımsaq həm də zəngin antioksidant mənbəyidir, qan laxtalanmasının qarşısını alır.

Damar sağlamlığı üçün digər qiymətli qida komponenti qan təzyiqini normallaşdırmaq və infarkt riskini azaltmaq qabiliyyətinə malik "Omeqa-3" yağ turşularıdır. Onları yağlı balıq (məsələn, siyənək), dəniz yosunu və bəzi bitki yağları yeyərək əldə edə bilərsiniz.

Tanınmış alimin oğlunun müəmmalı ölümü: Üstündə külli miqdarda pul olub - TƏFƏRRÜAT

Kriminal

Bir neçə gün öncə Qəbələdə Nohurgöldən meyiti çıxarılan İlham Qəribovun ölümü ilə bağlı təfərrüat məlum olub.


Mediaxeberleri.Az Qlobal.net-ə istinadən xəbər verir ki, iddialara görə İ.Qəribovun ölümü intihar deyil, qəsdən törədilmiş cinayətdir.


Məlumata görə, İ.Qəribovun biznesi olub. O, evdən çıxarkən üstündə külli miqdarda pul olub.

Mərhumun gölün sahilində aşkar edilən çantasında onun mobil telefonu, pasportu və digər əşyaları olsa da, üzərində və çantasında pul tapılmayıb.

Mərhumun ailəsi və yaxınları İlhamın intihar etdiyinə inanmırlar. Onun çox şən, nəşəli, ailəsinə bağlı biri kimi xarakterizə edirlər. O, ailəsinə Qəbələyə gedəcəyi ilə bağlı heç bir məlumat verməyib.

Qeyd edək ki, 40 yaşlı İlham İslam oğlu Qəribov yanvarın 16-da yaşadığı Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki evdən çıxaraq, bir daha geri qayıtmayıb. Həmin gündən onun axtarışları başlayıb.

Axtarışlar zamanı onun meyiti Qəbələdə yerləşən məşhur Nohurgöldə tapılıb. Ailəli idi, 2 qız övladı var.

İlham Qəribov alim İslam Qəriblinin oğludur. İslam Qəribli filologiya elmləri doktorudur, AMEA-nın ədəbiyyat institutunun aparıcı elmi işçisidir.

PREZİDENT ZƏNGƏZURLA BAĞLI TƏLƏBİNİ AÇIQLADI - "Azərbaycana maneəsiz keçid verməlidir...”

Manşet

Ermənistan öhdəliklərini yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.

Mediaxeberleri.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı edib.

"Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir", - Prezident vurğulayıb.

Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən aldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan dövlət başçısı, həmçinin qeyd edib: “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

Prezident İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir.

"Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”, - dövlət başçısı qeyd edib.

İlham Əliyev deyib ki, Ermənistan tərəfi dörd ildən çoxdur bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir: "Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur".“AzPolitika”

В будущее В прошлое

Навигация