Войти

Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?

İqtisadi xəbərlər və təhlil

Dadaş Şükürovun dövlət büdcəsinə 1 450 000 manat borclu şəxs kimi tanınmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur. 

Azərbaycanda “dana monopoliyası”nın "kralı" “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovun adının müxtəlif cinayətlərdə hallandığı və hüquq-mühafizə orqanlarının bu məsələlərə laqeyd yanaşması cəmiyyətdə müzakirələrə səbəb olub. 

Əldə edilən məlumata görə, “dana monopoliyası”nın "kralı" bir neçə dəfə vergi yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilib. Lakin onun adının dövlət büdcəsinə 1 450 000 manat borclu şəxs kimi hallanmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur.


İddialar və Faktlar


Azərbaycanda “dana monopoliyası”nın "kralı" “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovdur. Dadaş Şükürov Laçın rayonunun Cicimli kəndindəndir. Dadaş Şükürovun dövlət büdcəsinə 1 450 000 manat borcu var.

Bir sözlə, bir-neçə il əvvəl ictimiləşdirdiyimiz “dana monopoliyası” ilə bağlı məsələyə yenidən qayıtmalı olduq. Çünki problem, yəni iribuynuzlu heyvanların ölkəmizə idxalı monopoliyası hələ də davam edir. Şərti olaraq “dana monopoliyası” adlandırdığımız bu şəbəkənin BAŞI Rusiyada, o biri QOLU isə Azərbaycana uzanır.

Bundan əlavə, o, 2003-cü ildə həbs edilib. İş adamı 308.2 və 177.3.2 maddələri ilə ittiham olunub. Bu maddələr üzrə məhkəmə onu 7 il azadlıqdan məhrum edib. Eyni zamanda, o da deyilir ki, Dadaş Şükürov 2017-ci ildə yenidən həbs edilib. Bu dəfə Pirallahı rayonundakı neft kəmərlərini satmaq ittihamı ilə saxlanıb. İndisə biznes fəaliyyəti ilə məşğul olan Dadaş Şükürov Rusiyadan mal-heyvan idxalına görə inhisarçılıq yaratmaqda ittiham edilir. Lakin onun təkbaşına bu işlərin öhdəsindən gəlmədiyi vurğulanır. İddialara görə, Dadaş Şükürova  himayədarlıq edən böyük güc var. Bir sözlə, "Full - D" yüksək səviyyədə aldığı dəstək hesabına iribuynuzlu heyvanların idxalında monopoliya "kralı"na çevrilib. 

Göründüyü kimi, həm gömrük, həm qida sektorundan mühüm himayəsi var. Amma idxal edilən heyvanların virus, xəstəlik daşıyıcısı olub-olmadığını müəyyən etmək çətindir. Ona görə də gömrük orqanlarında və AQTA-da ciddi dəstəyə malikdir. 


Fırıldaqçılıqla qaziləri gözdən salan  "qəhrəman"


Dadaş Şükürov özünü “qazi” kimi təqdim edib qazanc üçün iyrənc yollara belə baş vurur.30 illik işğala son qoyan, qanını, canını Vətən uğrunda fəda edən qəhrəman Vətən övladları hazırda bütövlükdə cəmiyyətin ən böyük diqqətini görürlər və bu, belə də olmalıdır. Əminliklə vurğulamaq mümkündür ki, qaziyə, şəhidə qarşı dövlət başda olmaqla, bütün cəmiyyətin ən yüksək səviyyədə münasibəti formalaşıb.

 

Fəqət, təəssüflər olsun ki, cəmiyyətdə bu münasibətdən yararlanmaq istəyən şəxslərə də rast gəlinir. İş o həddə çatıb ki, kimlərsə özünü “qazi” kimi təqdim edib qazanc üçün iyrənc yollara belə baş vurur və bu müqəddəs ad altında nələrsə əldə etməyə çalışır.


Son günlər yenə özünü yalandan “qazi” kimi təqdim edən Dadaş Şükürov haqda yayılan məlumatlar bunun əyani sübutudur. Baxın, nə tələblər var: əlavə imtiyazlar istənilir, torpaqlar zəbt edilir, dövlət orqanlarına, az qala, hücum çəkilir. Araşdıranda isə həmin şəxsin saxta qazi olması üzə çıxır. Hətta bu günlərdə “qazi” adı altında gizlənib, dilənçilik edən şəxsə belə rast gəlindi.

Azərbaycanda son illər iribuynuzlu heyvanların idxalı ilə bağlı ciddi bir inhisarçılığın hökm sürdüyü haqda həyəcan təbili çalınır. İş adamları, fermerlər, bu sahə üzrə fəaliyyət göstərənlər iddia edirlər ki, yaranmış vəziyyət dana ətinin qıtlığına səbəb olmaqdadır. Çünki inhisarçılıq, monopoliya halları həm də defisitə gətirib çıxarır. Xüsusən də Rusiyadan iribuynuzlu heyvanların idxal edilməsi ilə bağlı problemlər səslənməkdədir. 


Dadaş Şükürov Rusiyadan mal-heyvan idxalına görə inhisarçılıq yaratmaqda ittiham edilir. Lakin onun təkbaşına bu işlərin öhdəsindən gəlmədiyi vurğulanır. İddialara görə, Dadaş Şükürova  himayədarlıq edən böyük güc var. Bir sözlə, "Full - D" yüksək səviyyədə aldığı dəstək hesabına iribuynuzlu heyvanların idxalında monopoliya "kralı"na çevrilib. 


Göründüyü kimi, həm gömrük, həm qida sektorundan mühüm himayəsi var. Amma idxal edilən heyvanların virus, xəstəlik daşıyıcısı olub-olmadığını müəyyən etmək çətindir. Ona görə də gömrük orqanlarında və AQTA-da ciddi dəstəyə malikdir. 


İNHISARÇILIĞIN İQTİSADİ MAHİYYƏTİ VƏ ONUN FORMALAŞMASI 


İnhisar anlayışı alınan-satılan bir mal və ya xidmətin tək bir firma tərəfindən çıxarılması və ya satılması mənasını bildirir. Başqa sözlə, bir bazarda çoxlu sayda alıcı qarşısında tək satıcının olması inhisar adlandırılır. Bir mal və ya xidmətin yalnız bir firma tərəfindən bazara təqdim edilməsi ideal iqtisadi prosesin aradan qalxaraq bir sıra problemlərin ortaya çıxmasına, yəni bazarın axsamasına səbəb olur. İstehsalatın və ya satışın tək bir əldə toplanması, bazarda istənməyən bir vəziyyətin yaranmasına səbəb olmaqla yanaşı, bunun davamlılıq kəsb etməsi də problemin dərinləşməsinə gətirib çıxarır .


İnhisarçılıq fəaliyyətinin tənzimlənməsinin təzahür formaları və ona qarşı mübarizənin zəruriliyi 


Elmi texniki tərəqqiyə öz mənfi təsir göstərən və eləcə da ümumilikdə iqtisadiyyatın mənafeyinə zərər vuran hadisə kimi xarakterizə olunan inhisarçılıq sadaladığımız elementlər ilə yanaşı, ümumilikdə, əmək məhsuldarlığına da mənfi təsir göstərir.İinhisarçılıq anlayışına ümumilikdə qiymətlərin süni formada artırılmasına səbəb olan, eləcə də məhsulların keyfiyyəti ilə əlaqəsi olmayan və istehsalın həcminin azalmasına gətirib çıxaran elementi kimi yanaşırlar. Belə olduqda isə istehlakçılar bazarda öz arzu və istəklərinə uyğun məhsul seçə bilmirlər. 



Bu zaman 4 əsas xüsusiyyət daha çox diqqəti cəlb edir ki, bunlar aşağıdakılardan ibarətdir  


1. gəlirlərin bölgüsü - Gəlirlərin bölgüsü mərhələsində sahibkar daha çox bu proses zamanı qeyri-bərabərliyi şərtləndirir.  

2. bazara daha yaxın olmağı mürəkkəbləşdirən bu səbəblərə görə də stabil olaraq yüksək inhisar mənfəəti əldə etmiş olur. 

3. resursların qiymətləri və istehsalın düzgün şəkildə bölüşdürülməsi 

4. bazarda rəqabət aparan firmaları arasında xərclərlə bağlı yaranan çətinliklər Hər şeydən əvvəl qeyd etməliyik ki, dövlət azad rəqabət şərait yaradılmasında çox mühüm əhəmiyyət kəsb edir. 


Bu şəraitin formalaşdırılması üçün isə bazarlara ardıcıl olaraq liberallaşdırılmalıdır. Bununla yanaşı, dövlət bazarda və inhisarlaşmaya səbəb ola biləcək məhsul istehsalının qarşısına almaq məqsədi ilə və eləcədə iri firmalar tərəfindən inhisarlaşmaya imkan verməmək üçün. onların istehsal etdiyi məhsulları əvəz edə biləcək məhsul istehsalına daha çox üstünlük verməlidir. Bu isə dövlətin bu prosesin nəzarət etmək məqsədilə həyata keçirdiyi iqtisadi tədbir hesab edilir. Dövlət özünün antiinhisar siyasətini yerinə yetirməklə inhisara səbəb ola biləcək istehsal prosesinə, eləcə də az qiymətlərə nəzarət etməlidir. Haqqında danışdığımız bu məsələlərə nəzarət məqsədilə isə dövlət ümumilikdə özünün qəbul etdiyi qanunvericilik aktları vasitəsilə və bu istiqamətdə fəaliyyət zamanı mövcud boşluqları aradan qaldıraraq daha da möhkəmləndirir.


Növbəti yazımızda daha geniş məlumat dərc edəcəyik.

P.S. Mediaxeberleri.Az olaraq, yazıda adıçəkilən şəxsin mövqeyini dinləməyə hazırıq.

Rubl ucuzlaşmaqda davam edir - MƏZƏNNƏ

İqtisadi xəbərlər və təhlil

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Mediaxeberleri.Az xəbər verir ki, avronun məzənnəsi 1,16 % azalaraq 1,7647 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,14 % azalaraq 1,6236 manat təşkil edib.

Valyuta

Məzənnə

1 ABŞ dolları

1,7000

1 Avro

1,7647

100 Rusiya rublu

1,6236

1 Avstraliya dolları

1,0583

1 Belarus rublu

0,4885

1 Bolqarıstan levi

0,9022

1 BƏƏ dirhəmi

0,4628

100 Cənubi Korea vonu

0,1173

1 Çexiya kronu

0,0702

1 Çin yuanı

0,2329

1 Danimarka kronu

0,2365

1 Gürcü larisi

0,6079

1 Honq Konq dolları

0,2188

1 Hindisdtan rupisi

0,0200

1 İngilis funt sterlinqi

2,1397

100 000 İran rialı

0,0385

1 İsveç kronu

0,1530

1 İsveçrə frankı

1,8882

1 İsrail şekeli

0,4701

1 Kanada dolları

1,1777

1 Küveyt dinarı

5,5188

100 Qazaxıstan təngəsi

0,3251

1 Qətər rialı

0,4663

1 Qırğız somu

0,0195

100 Macarıstan forinti

0,4271

1 Moldova leyi

0,0929

1 Norveç kronu

0,1497

100 Özbək somu

0,0132

100 Pakistan rupisi

0,6110

1 Polşa zlotası

0,4136

1 Rumıniya leyi

0,3547

1 Serbiya dinarı

0,0151

1 Sinqapur dolları

1,2487

1 Səudiyyə Ərəbistanı rialı

0,4525

1 SDR (IMF-in xüsusi borcalma hüquqları)

2,2300

Türk lirəsi

0,0485

Türkmənistan manatı

0,4857

Ukrayna Qrivnası

0,0405

Yapon yeni

1,0947

Yeni Zelandiya dolları

0,9571

Qızıl

4436,3795

Gümüş

50,0608

Platin

1578,2970

Palladium

1568,1055

Azərbaycanda mazut istehsalı dəfələrlə artıb

İqtisadi xəbərlər və təhlil

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 27,4 min ton mazut istehsal edilib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə, ölkədə mazut istehsalı 21,7 min ton və ya 4,8 dəfə artıb. 2023-ci ilin yanvar-noyabr aylarında bu göstərici 5,7 min ton təşkil edib. Dekabrın 1-nə hazır məhsul ehtiyatı 1,4 min ton təşkil edib ki, bu da illik müqayisədə 0,3 min ton və ya 17,6% azdır. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 1,7 min ton olub.

Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi tədarükünə hazır olduqlarını təsdiqləyiblər

İqtisadi xəbərlər və təhlil

"Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi ixrac etməyə hazır olduqlarını təsdiqləyiblər".

Mediaxeberleri.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "İnter RAO" İdarə Heyətinin üzvü Aleksandra Panina Bərpaolunan Enerji İnkişafı Assosiasiyasının "Rusiyanın bərpaolunan enerjisi" konfransı çərçivəsində deyib.

"Cavab aldıq. Azərbaycan 250-300 MVt həcmində qəza yardımı göstərə biləcəyini bildirdi", - deyə o qeyd edib.

Panina Azərbaycandan əvvəllər də Rusiyaya elektrik enerjisi tədarükünün həyata keçirildiyini vurğulayıb.

Gürcüstana gəldikdə isə o bildirib ki, Tbilisi konkret vədlər verə bilməsə də, vəziyyətdən asılı olaraq qərar verməyə hazır olduğunu bəyan edib.

"Onlar əvvəlcədən söz verə bilməzlər, lakin vəziyyətdən asılı olaraq qərar verəcəklər", - deyə o izah edib.

Bundan əvvəl Panina bildirmişdi ki, Rusiya qəza rejimləri zamanı elektrik enerjisi tədarükü imkanı ilə bağlı Azərbaycan və Gürcüstana müraciət edib.

Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək

İqtisadi xəbərlər və təhlil

Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək. Belə ki, fermerlər əkin subsidiyası üçün müraciət etdiyi torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə subsidiya alacaq.

Bundan başqa, fərmana görə 10 hektar və daha çox torpaq sahəsində Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər qüvvədə olacaq.

Azərbaycan gömrüyü 11 ayda büdcəyə proqnozdan 150 milyon manat artıq vəsait köçürüb

İqtisadi xəbərlər və təhlil

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard manatı üstələyib.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

Onun sözlərinə görə, bu, 11 aylıq proqnozdan təxminən 150 milyon manat çoxdur.

Bundan başqa, gömrük rəsmisi deyib ki, bu ilin 10 ayında sahibkarlara ümumi dəyəri 2,9 milyard manatdan çox olan güzəştlər tətbiq olunub: "Halbuki, ötən il bu güzəştlərin dəyəri 2,3 milyard manat təşkil edib".

"Kartdan karta" üsulu ilə işləyən daha 593 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İqtisadi xəbərlər və təhlil

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 593 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

 

Həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

 

"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir", - deyə məlumatda qeyd olunub.

ASK: “Yaşıl Dəhliz”dən istifadə edən azərbaycanlı sahibkarların sayı artmaqdadır

İqtisadi xəbərlər və təhlil

Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə edən azərbaycanlı sahibkarların sayı artmaqdadır.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

"Dövlət-özəl sektor dialoqunun inkişafı, ölkəmizdə biznes-investisiya mühitinin əlverişliliyinin yüksəlməsi iqtisadi inkişafın təməl prinsiplərindəndir. ASK hökumətlə Baş Kollektiv Sazişin tərəflərindən biri kimi dövlət-özəl sektor dialoqunun qurulması, iş adamlarının qaldırdığı məsələlərin həlli, eləcə də milli iqtisadiyyatın inkişaf edərək ixraca yönəlməsi kimi strateji hədəflərdə dövlət qurumları ilə işbirliyini gücləndirir. Bu səpkidə Konfederasiya ilə Dövlət Gömrük Komitəsi arasında İkitərəfli Əməkdaşlıq Şurasının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Burada qaldırılan bir çox məsələ öz müsbət həllini tapıb və şadıq ki, bugün “Yaşıl Dəhliz”dən istifadə edən sahibkarlarımızın sayı artmaqdadır", - o vurğulayıb.

M.Musayevin sözlərinə görə, son illər gömrük sistemində çox ciddi irəliləyişlər nəzərə çarpır: "Elektron bəyannamə sistemləri, ticarətin asanlaşdırılması təşəbbüsləri və beynəlxalq standartlara uyğun prosedurların yaradılması bu sahədə atılan vacib addımlardır. Bu tədbirlər ölkəmizin biznes mühitinin yaxşılaşdırılmasına təkan verməklə bərabər sahibkarlığın inkişafına yeni imkanlar yaradır. Bütün bunların nəticəsidir ki, bu ilin 11 ayında dövlət büdcəsinə vergi daxilolmasının məbləği 15 milyard manata, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 10,3 milyard manata çatıb. Hesabat dövründə Azərbaycanda ümumi daxili məhsulun dəyəri illik müqayisədə 4,1 % artaraq 113,3 milyard manat olub".

Mikayıl Cabbarov Müdafiə Sənayesi Nazirliyi işçilərini təbrik edib

İqtisadi xəbərlər və təhlil

"17 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır".

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib.

"17 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır. Ölkəmizdə bu sahənin inkişafına töhfələr verən müdafiə sənayesi təmsilçilərinə təbriklərimizi çatdırır, işlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq", - deyə paylaşımda qeyd olunub.





Gələn il üçün yaşayış minimumu qəbul edildi

İqtisadi xəbərlər və təhlil

2025-ci il yaşayış minimumu və ehtiyac meyarının həddi 285 manat götürüləcək.

Mediaxeberleri.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata qaldırılır.

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.

Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

В будущее В прошлое

Навигация