Войти

İcra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi - FOTO

Hadisə

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbulunda məmura kəllə ilə zərbə vuran şəxsə hökm oxunub.


“Qaynarinfo”nun məlumatına görə, hadisə 21 iyun 2023-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında baş verib. Belə ki, həmin gün Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüş zamanı 1976-cı il təvəllüdlü Bankə qəsəbə sakini Zaur bacısı oğlu ilə birlikdə içkili halda akt zalına daxil olaraq, maddi təminatının aşağı olmasını əsas gətirməklə onlara iş verilməsini istəyib. Məlumata görə, görüşdə Mirhəsən Seyidov Zauru və bacısı oğlunu etik qaydalara riayət etməyə çağırıb, şikayətləri ilə maraqlanıb və imkanı daxilində onlara köməklik göstərəcəyini bildirib.

Lakin Zaur icra başçısının sözünü kəsib, yenidən səs-küy salmağa başlayıb. Neftçala rayonu, Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Taryel Nağıyev yaxınlaşaraq onu sakitləşdirmək istəyib. Lakin təqsirləndirilən şəxs üzərindən bıçaq çıxararaq, onu hədələməyə başlayıb. Eyni vaxtda mübahisə zəminində Zaur başla Taryelin burnuna zərbə vurub. Zaurun və bacısı oğlunun hərəkətləri nəticəsində tədbirin gedişi təxminən 25-30 dəqiqə ərzində pozulub. Bu vaxt icra hakimiyyətinin əməkdaşları həmin şəxsləri zaldan kənarlaşdırıblar.

Zaur saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 221.2.2 və 228.4-cü maddələri ilə cinayət işi açılıb və iş baxılması üçün məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs məhkəmədə işlə təmin olunması tələbi ilə dəfələrlə Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala rayonu, Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət etdiyini, lakin heç bir işlə təmin olunmadığını bildirib. İşlə təmin olunması üçün bacısı oğlunu da götürərək icra başçısı ilə görüşün keçirildiyi yerə gedib. Lakin orada başçıya müraciət etmək istədikdə icra hakimiyyətinin əməkdaşları onu zaldan çıxarmaq istəyiblər. Bu zəmində mübahisə yaranıb və özündə saxladığı və meyvə soymaq üçün istifadə etdiyi bıçaq cibindən yerə düşüb. Amma o Taryelin burnuna qəsdən zərbə vurduğunu etiraf edib.

Məhkəmənin hökmü ilə Zaur Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, cəzasını 1 may 2024-cü ildən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, həmin tədbirdən sonra KİV-də Neftçalanın Bankə qəsəbəsində səyyar görüş zamanı vətəndaşlarla icra başçısı arasında insident baş verməsi barədə məlumatlar yayılmışdı. Hətta Mirhəsən Seyidovun döyülməsi ilə bağlı iddialar da səslənmişdi. Lakin RİH-dən bildirilmişdi ki, sosial şəbəkələrdə icra başçısı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 



Fəvvarələr meydanında dava düşdü - Ofisiantlar bıçaqlandı

Hadisə

Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.


Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Qurbanlı Oktay Şahin oğlu və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Cümiyev Turqut Tofiq oğlu dava zamanı bıçaqlanıb. Hadisə onların işlədikləri restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxsin ofisiant işlədiyi bildirilir.

Xəsarət alan şəxslər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, hər iki şəxsin vəziyyəti orta ağırdır:

“Səbail rayonunda baş vermiş hadisə zamanı xəsarət alan hər iki şəxs Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda həmin şəxslərin müalicəsi reanimasiya şəraitində davam etdirilir”.

Komitədən Tovuzda qaçırılan məktəbli qızla bağlı açıqlama

Hadisə

Tovuz rayonunda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb.

Məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

Kürdəmirdə 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı

Hadisə

Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, hadisə məcburi köçkünlərin yaşadığı şəhərçikdə yerləşən binalardan birində baş verib.

Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, N.Mustafazadə autizm sindromlu uşaqdır.

Faktla bağlı araşdırma aparılır.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Hadisə

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bildirilib ki, hadisə dünən sübh vaxtı Bakı-Qazax magistralının 289,4-cü kilometrliyində baş verib. Müşfiq Abdullayev Gəncədəki evindən çıxaraq “Lexus” markalı 10-MA-133 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətinə hərəkət edib. Saat 06:15-də avtomobil Yevlax rayonu ərazisində hərəkətdə olarkən onun idarəetməsindən çıxaraq aşıb. Nəticədə M.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin ehtimala görə, qəza prokurorun yuxulu olması səbəbindən baş verib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Müşfiq Abdullayev kənd təsərrüfatı nazirinin sabiq müavini, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun və Ağstafanın sabiq polis rəisi Elsevər Aslanovun bacısı oğludur.

Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - YENİLƏNİB

Hadisə

Bakının Nizami rayonunda avtomobilin vurduğu piyadalardan biri ölüb.

Mediaxeberleri.Az xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

1959-cu il təvəllüdlü Kəmalə Həmid qızı Bağırova və 1961-ci il təvəllüdlü Gülarə Oktay qızı Əfəndiyeva şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyiblər. Həmin vaxt onları KIA markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Xəstəxanada müalicə alan Gülarə Əfəndiyeva həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

00:16 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, toydan çıxan iki şəxsi avtomobil vuraraq öldürüb.



 

Ağstafada qəza olub, xəsarət alanlar var

Hadisə

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.


Mediaxeberleri.Az-ın xəbərinə görə hadisə rayonun Poylu kəndində qeydə alınıb.


Qəzada "Niva" ilə "Mercedes"markalı minik maşınları toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO

Hadisə

Azərbaycanda müğənni ağır qəzaya düşüb.

Mediaxeberleri.Az xəbər verir ki, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib.

Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib.

Qeyd edək ki, qəzaya düşən müğənni Həbib Rzayev (Şəmkirli) qərb bölgəsinin tanınmış toy müğənnilərindən biridir.



Narkotik istifadəçisi sürücülük hüququndan məhrum edildi

Hadisə

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən İ.Əhmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.

Məhkəmənin qərarı ilə İ.Əhmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Gümrüdə yanğın: iki nəfərin meyiti tapıldı

Hadisə

Gümrüdə evlərin birində güclü yanğın baş verib.

Mediaxeberleri.Az erməni mediasına istinadla xəbər verir ki, yanğın söndürüldükdən sonra evdə 3 və 5 yaşlı qızların meyitləri tapılıb.

Qeyd olunur ki, yanğın haqda siqnal saat 08:00 radələrində daxil olub. Yanğın zamanı evin dam örtüyü və 2 otağı tamamilə yanıb.

В будущее В прошлое

Навигация