Rusiyada neft bazası PUA ilə vuruldu: Yanğın başladı
Ukraynaya məxsus PUA Rusiyanın Smolenskdəki yanacaq bazasına zərbə endirib. Mediaxeberleri.Az xəbər verir ki, yanacaq bazasının yerləşdiyi ərazidə bir neçə partlayış səsi eşidilib. Bundan sonra ərazidə yanğın başlayıb. Vilayətin qubernatoru Vasili Anoxin neft bazasına hücum edildiyini açıqlayıb: “Yanğın vurulan PUA-nın qalıqları sayəsində yaranıb”. Qeyd edək ki, Smolensk vilayəti Rusiyanın qərbində Ukrayna ilə sərhəddən çox uzaqda yerləşir.
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: