Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəfat edib. Bu barədə "Nuhçıxan" İnformasiya Agentliyindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə ağır xəstəlikdən sonra bu gün vəfat edib. Qeyd edək, Əkrəm Hüseynzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetini tarix-filologiya ixtisası üzrə bitirmişdi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və filologiya üzrə fəlsəfə doktoru idi. Allah rəhmət eləsin!
Oxunub: 206
Xəbəri paylaş
Paylaş: