Войти

Əhalinin NƏZƏRİNƏ: Sabah Bakının bir küçəsi nəqliyyat üçün BAĞLANACAQ

Sosial

Martın 26-da paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Məhdudiyyətlə əlaqədar 32 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq Əlişir Nəvai küçəsi ilə təşkil ediləcək.

Daha bir vətəndaşın bank kartından kiber üsulla 27 min manatdan artıq pul oğurlandı

Hadisə

Daha bir vətəndaşın bank kartından kiber üsulla 27 283 AZN oğurlanıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

 

"Necə oğurlanıb? +94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz", - E.Hacıyev vurğulayıb.

 

O qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri çəkilməklə adına bankdan 21 000 manat kredit çəkilib:

 

"Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib".

 

"Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır.Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər.

 

Təhlükə var, sən də tələyə düşə bilərsən…Diqqətli ol…", - E.Hacıyev əlavə edib.

Ukrayna savaşı bu ölkələri yaxınlaşdırdı - ABŞ kəşfiyyatı

Dünya

Ukrayna böhranı İran, Çin, Şimali Koreya və Rusiya arasında yaxınlaşmanı sürətləndirib və bu ölkələr arasında əməkdaşlığın genişlənməsi geridönməz prosesə çevrilib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında deyilir.

"2022-ci ildən Çin, Rusiya, İran və Şimali Koreya daha da yaxınlaşıb. Ukraynada müharibənin aradan qaldırılması çətin ki, bu ikitərəfli münasibətləri müharibədən əvvəlki vəziyyətinə qaytarsın", - hesabatda bildirilib.

Başçı olmaq istəyən şəxsi aldadıb, 20 minini aldı

Ölkə

Bakıda icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə başçı olmaq üçün razılaşdırılmış 400 min manatın 20 min manatını verib. Amma sonradan aldadıldığını başa düşüb.

Mediaxeberleri.Az Musavat.com-a istinadla xəbər verir ki, dələduzluqda təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü Akif Quliyevdir. Bu, Akif Quliyevin ilk cinayət əməli olmayıb. Quliyev daha əvvəl də dələduzluğa görə iki dəfə məsuliyyətə cəlb edilib. Hazırda oğurluq ittihamı ilə həbsdədir.

Onun bu dələduzluq əməli həbs ediləndən sonra üzə çıxıb.

Akif Quliyev sonuncu cinayət əməlində - dələduzluqda Arzuman adlı tanışını Daşkəsən Rayon İcra Hakimiyyətinə başçı təyin etdirəcəyini vəd edib. Buna görə 400 min manat lazım olacağını deyib. Arzuman 20 min manat verib, amma sonradan heç bir iş görmədiyi üçün Akif Quliyevdən şikayət edib.

Məhkəmə istintaqı zamanı Akif Quliyevin əməlini etiraf edən səs yazıları da dinlənilib və sübut kimi qəbul edilib.

Maraqlıdır ki, 62 yaşlı Akif Quliyev daha əvvəl də cinayət əməlləri törətsə də, azadlıqda qalmağı bacarıb. Hər dəfəsində zərəri ödəmək və barışıq əldə etməklə həbslə bağlı olmayan cəza almağa nail olub. 2020-ci ildə isə bir nəfərdən 50 min manat alaraq onu Dövlət Gömrük Komitəsində işə "düzəldəcəkmiş". Lakin onu da aldadıb və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Akif Quliyev bu dəfə də zərərçəkmiş şəxs Arzumanın pulunun 10 min manatını qaytarıb və onunla barışıq əldə edib. Ona yenə də azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Lakin digər cinayət - oğurluq əməli törətdiyinə görə cəzaları qismən birləşdirilməklə barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qiymətlərin artmasına etiraz: Marketlər bir həftəlik boykot ediləcək

Sosial

İsveçdə alış-veriş edənlər ərzaq qiymətlərinin “fantastik artımı"na görə supermarketləri boykot edirlər. Bəzi hesablamalara görə, 2022-ci ilin yanvar ayından etibarən İsveçdə bir ailənin qidasının illik dəyəri 30.000 kron artıb. Tezliklə bir paket qəhvənin qiymətinin 100 kron simvolik nişanına çatacağı gözlənilir. İsveç Statistika Komitəsinin məlumatına görə, ötən ilin əvvəlindən bu rəqəm dörddə birdən çox artıb.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “The Guardian” yazır. Bildirilir ki, sosial mediada yayılan viral paylaşımlar sayəsində kampaniya milli müzakirə nöqtəsinə və siyasi debat platformasına çevrilib.

Etirazçılar qiymətlərin bahalaşmasının səbəbini öz mənfəətlərini müştərilərdən üstün tutan supermarketlərin və iri istehsalçıların “oliqopoliyası”nda, həmçinin şirkətlər arasında rəqabətin olmamasında görürlər. Lakin supermarketlər hərbi münaqişələr, geosiyasət, əmtəə qiymətləri, məhsul məhsuldarlığı və iqlim kimi müxtəlif amilləri günahlandırır.

"The Guardian" xəbər verir ki, bu, son həftələrdə Avropada artan yaşayış xərclərinə qarşı keçirilən etiraz aksiyalarından biridir. Keçən ay Bolqarıstanda alıcılar ərzaq qiymətlərinin artmasına etiraz əlaməti olaraq iri pərakəndə satış şəbəkələrini və supermarketləri boykot etmişdilər ki, bu da dövriyyənin demək olar ki, 30% azalmasına səbəb olub. Yanvar ayında Xorvatiyada başlayan boykot Bosniya və Herseqovina, Monteneqro və Serbiyaya da yayılıb.

Sosial mediada "İtirəcəyimiz heç nə yoxdur, amma qazanacağımız hər şey var" mesajları yer alır.

Ölkədə əməliyyat meneceri kimi çalışan Qustavson deyir ki, COVİD-dən bəri ərzaq qiymətləri sadəcə qalxır, qalxır, qalxır.

İndi fəallar etirazlarını bazarın təxminən üçdə birini təşkil edən İsveçin aparıcı ərzaq pərakəndə satış qrupu və süd məhsulları istehsalçısı "Arla"ya qarşı üç həftəlik boykotla davam etdirməyi planlaşdırırlar.

"Zaman keçdikcə ərzaq qiymətləri artıb və bu, ən çox iqtisadi cəhətdən zəif olan ev təsərrüfatlarına - uşaqlı ailələr, tələbələr və pensiyası az olan qocalara ziyan vurub. Bu məsələ həll edilməlidir", - deyə Kənd Təsərrüfatı naziri Peter Kullqren bildirib.

Qeyd edək ki, 100 İsveç kronu 1manat 68 qəpikdir.

Yaşayış binasında partlayış: xəsarət alanlar var - Video

Hadisə

Mahaçqalada çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qaz sızması nəticəsində partlayış baş verib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb: xəsarət alan qadın ağır, kişi isə orta-ağır vəziyyətdədir.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.



Azərbaycanda xanım tiktoker həbs edildi

Hadisə

Tiktok platformasında "Hq" ləqəbi ilə tanınan sosial media fenomeni Həqiqət (ad şərti) 10 sutkalıq inzibati həbs cəzası alıb.

Mediaxeberleri.Az Nyus24.az-a istinadən xəbər verir ki, onun həbsinə səbəb sosial şəbəkədə nəlayiq ifadələr işlətməsi olub.

Məlumata görə, bu ilin fevral ayında İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında məhkəmə qərarı ilə onun barəsində 10 günlük həbs tədbiri görülüb.

Qeyd edək ki, "Hq" Tiktokda müxtəlif məzmunlu paylaşımları ilə tanınır.

Ərdoğana qarşı təhqir: Özəldən kəskin etiraz!

Dünya

Ötən gün İstanbulda Əkrəm İmamoğlunun həbsinə qarşı keçirilən qanunsuz aksiyalar zamanı polislərlə etirazçılar arasında toqquşma baş verib. Aksiya zamanı bir qrup nümayişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsinə qarşı təhqiramiz ifadələr səsləndiriblər.

Mediaxeberleri.Az xəbər verir ki, bu ifadələrə görə CHP sədri Özgür Özəl X hesabında kəskin etirazını bildirib.

“Anaya söyüş söymək heç vaxt qəbuledilməzdir. Mən bu söyüşü öz anama yönəlmiş təhqir hesab edirəm. Biz siyasətimizi və etirazlarımızı təhqirsiz, aydın dillə bildiririk. Bir siyasətçinin ailəsi haqqında pis danışan bizdən deyil. Etirazı təhqirlə qarışdırmaq yolverilməzdir”, - partiya sədri qeyd edib.

“Bakı Biznes Mərkəzi”nin direktoru işdən çıxdı

Ölkə

İqtisadiyyat Nazirliyinə məxsus Bakı Biznes Mərkəzi MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb.

Mediaxeberleri.Az xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub.

Xatırladaq ki, "Bakı Biznes Mərkəzi" 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Azərbaycan neftinin qiyməti 75 dolları ötdü

İqtisadi xəbərlər və təhlil

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox bahalaşıb.

 

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,19 ABŞ dolları və ya 1,6 % artaraq 75,23 ABŞ dollarına çatıb.

 

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,04 ABŞ dolları təşkil edib.

В будущее В прошлое

Навигация