Войти

Dörd uşaq atası özünü asdı

Hadisə

Biləsuvarda intihar hadisəsi olub. Mediaxeberleri.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Qabil Kazımov səhər saatlarında yaşadıqları evin həyətində olan yem anbarında özünü asıb.

 

Məlumata görə, onun 4 məktəbli övladı var.

Bakıda sakinlər evdə ola-ola ev dağıdıldı - Video

Ölkə

Bakının Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda evi dağıdıb.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Sözügedən sakinlər şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları üçün evi tərk etmirdilər.

Hadisə yerinə xilasediciləri cəlb olunub.

***

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.

"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - deyə məlumatda qeyd edilib.


Ölümlə nəticələnən qəzada xəsarət alanların sayı artdı

Hadisə

Cəlilabad rayonunda iki minik avtomobili toqquşub.

 Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı BMV markalı minik avtomobili ilə VAZ-21011 markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində VAZ-2101 markalı minik avtomobilinin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin, 1961-ci il təvəllüdlü Gülsüm Abdullayeva isə dünyasını dəyişib.

***

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzasında xəsarət alanların sayı artıb.

TƏBİB-dən bildirilib ki, martın 27-də saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1953-cü il təvəllüdlü (kişi) şəxsə sağ döş qəfəsinin küt travması, sağ diz oynağının sınıqları və çıxıqlar, sağ saidin və əlin arxa səthinin cırılmış yaraları, 1998-ci il təvəllüdlü (kişi) şəxsə sol bazunun küt travması, sıyrılmış yaraları diaqnozu təyin edilib.

Hazırda hər iki şəxsin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Bir nəfərin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Sahibsiz itlər Bakıda iki nəfəri DİŞLƏDİ - ŞİKAYƏT

Sosial

Bakının Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında yaşayan sakinlər sahibsiz itlərin onların həyatı üçün təhlükə yaratdığından şikayətlənirlər.

Mediaxeberleri.Az Xəzər TV-yə istinadən məlumat verir ki, gecələr itlərin səsindən yatmaq mümkün deyil, gündüzlər isə küçəyə çıxmaq olmur.

Sahibsiz itlər sakinlərdən birini əlindən, digərini isə ayağından dişləyib.

Sakinlərin sözlərinə görə, it məhəllədə yaşayan bir evsizindir. Dəfələrlə itlə bağlı problemi ona desələr də, nəticəsi olmayıb.

Binada yaşayanlar mövcud durumla bağlı dəfələrlə aidyyəti üzrə müraciət ediblər, lakin vəziyyət dəyişməyib.

Ətraflı süjetdə:




NİZAMİNİN İCRA BAŞÇISINDAN “BAYRAM FÜRSƏTİ” - Məktəb ərazisindəki qanunsuz tikinti nədən “görməzliyə vurulur”?

Gündəm

“Bakının Nizami rayonunda əvvəllər məktəbin ərazisinə daxil olan ərazilər indi sahibkarlıq subyektlərinin istifadəsinə verilib. Belə ki, rayonun Qara Qarayev prospektində yerləşən 61 nömrəli orta məktəbin ərazisi avtoyuma və təmir məntəqələri tərəfindən özəlləşdirilib. Bayram tətilindən istifadə edən sahibkarlardan biri ərazini hasarlayıb və yeni avtoyuma məntəqəsi tikmək niyyətinə düşüb”.

Mediaxeberleri.Az xəbər verir ki, “Avtosfer.az”da dərc edilən bu şikayətdə qanunsuz tikintinin məhz bayram tətili günlərində həyata keçirildiyi xüsusi qeyd olunur: “Martın 20-dən etibarən tikinti işləri gecə-gündüz davam etdirilir. Vətəndaşlar həm tikintinin qanunsuz olmasından, həm də gecə saatlarında gizli şəkildə aparılmasından və bu zaman səs-küy yaranmasından şikayət edir. Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, araşdırma aparılacaq və hansısa qanunazidd əməl aşkarlandıqda müvafiq tədbirlər görüləcək”.

Əlbəttə ki, heç bir araşdırma aparılmayacaq və heç bir qanuna müvafiq tədbir də görülməyəcək! Çünki böyük ehtimalla hər şey əvvəlcədən Nizami Rayon İcra Hakimiyyəti ilə “razılaşdırılıb və necə lazımdır həll olunub”.

Məsələ ondadır ki, Azərbaycanda uzun illərdir bayram günlərində sanki oğurluq edilirmiş kimi, tez-tələsik qanunsuz tikintilərin aparılması təcrübəsindən geniş istifadə olunur. Adətən İcra Hakimiyyəti ilə “qarşlıqlı razılaşma” əsasında sahibkara qanunsuz tikinti üçün qiyabi icazə verilir. Daha doğrusu, buna İcra Hakimiyyəti tərəfindən “göz yumulur”. Bu “proses” məhz bayram günlərinə o səbəbdən salınır ki, həmin günlərdə dövlət orqanları çalışmır və deməli, guya İcra Hakimiyyətinin də bu səbəbdən qanunsuz tikintidən xəbəri olmayıb. Rəsmi iş günləri başlayanda isə obyekt artıq tikilib hazır vəziyyətə gətirilmiş olur. Başqa vaxt daşı daş üstünə qoymağa imkan verməyən İcra Hakimiyyəti də ya deyir ki, artıq heç nə edə bilmərik, ya da bu halda olduğu kimi, “araşdırma aparılacağına” söz verir. Söz də elə söz olaraq qalır. Nəticədə, həmişəki kimi, pulunu verib icazə alan istədiyini zəbt edir, tikir, verməyən tikmir…


Qeyd edək ki, hazırda Nizami rayonunun icra başçısı 2022-ci ildə bu vəzifəyə təyin olunan Coşqun Cəbrayılovdur. O, həmin vaxta qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. Daha əvvəl isə Səbail rayonu və Sumqayıt Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutub. Yəni, belə işlərdə kifayət qədər “təcrübəsi” var. Kimə nə vaxt, necə və neçəyə “göz yummaq” lazım olduğunu da yəqin ki, çox gözəl bilir. Odur ki, belə rayon rəhbərləri üçün xüsusilə də uzunmüddətli bayram tətilləri lap göydəndüşmə fürsət olur. Nəzərə alsaq ki, budəfəki bayram tətili 12 gün davam edəcək, rayon ərazisində nə qədər qanunsuz tikintiyə göz yumulduğunu təsəvvür etmək çətin olmaz.

Təbii ki, Nizami icra Hakimiyyəti bu və buna bənzər tikintilərdən xəbərsiz olduğunu, bunu görmədiyini deyə bilər. Görmürdüsə, indi görsün, buyurub araşdırma aparsın və qanunsuz tikintini dayandırsın. Ya da elan etsin ki, Nizami rayonunda qanunsuz tikililər üçün “bayram fürsəti davam edir!”.

Broyler toyuqları sağalmaz xəstəliyə, sonsuzluğa, cinsi zəifliyə səbəb olur? - VİDEO

Gündəm


Baku TV-nin "Baku Aktual" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında broyler məhsullarının ziyanları müzakirə edilib.

 

Quşlara verilən dərmanlar ağır xəstəliklərə yol açır? Broyler toyuqlarına hormonlar verilir? Broyler toyuqları qeyri-sağlam kökəlməyə səbəb olur? Marketlərdə satılan toyuqlar cinsi zəiflik yarada bilər? Broyler məhsulları kişilərdə qadın hormonlarını artırır?

 

Verilişin qonaqları - Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov, qida məhsulları üzrə auditor Şəlalə Zeynalova, həkim-diyetoloq Şəfa Yadigarova ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.

 





Bu gün sonuncu Qədr gecəsidir

Din

Bu gecə Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir.

Mediaxeberleri.Az xəbər verir ki, Qurani-Kərim 23 il müddətində Məhəmməd peyğəmbərə hissə-hissə Qədr gecəsində isə tam şəkildə nazil olub.

Müqəddəs kitabda konkret bir tarix olmadığı üçün möminlər onu Ramazan ayının son on gününün tək gecələrindən birində (Ramazan ayının 21, 23, 25, 27 və ya 29-cu günü) qeyd edirlər.

Bu gecədə dua etmək, edilən günahlar üçün Uca Yaradandan bağışlanma diləmək və Quran oxumaq adətdir.

Qeyd edək ki, martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Qulaqda səs-küyü azalda bilən dörd məhsul

Gündəm

Böyük Britaniyalı alimlər müəyyən qida məhsullarının qulaqda səs-küyün (tinnitus) azalmasına kömək edə biləcəyini aşkar ediblər.

 

"BMJ Open" elmi jurnalında dərc edilən araşdırmaya görə, meyvələr, qida lifləri, süd məhsulları və kofeinin müntəzəm qəbulu bu xəstəlikdən əziyyət çəkən insanların vəziyyətini yaxşılaşdıra bilər.

 

Araşdırmanın nəticələrinə əsasən, meyvələrin artırılmış qəbulu tinnitus hallarını 35%, qida lifləri isə 9% azaldır. Süd məhsulları qəbulunun artırılması 17% effektivlik göstərir. Kofein qəbulu isə 10% nəticə verir.

 

Alimlər qeyd edirlər ki, müsbət nəticələrə baxmayaraq, dəqiq səbəb-əlaqəni müəyyən etmək üçün əlavə tədqiqatlar lazımdır.

Sumqayıtda meşəlik ərazidə ağaclar kəsilir - VİDEO

Ölkə

Sumqayıt şəhərinin mərkəzində yaşıllığın kütləvi şəkildə məhv edildiyi bildirilir.

 

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə görüntüləri sahibkar Elvin Dadaşsoy sosial şəbəkə hesabında paylaşıb.

 

Görüntülərdən aydın olur ki, yaşıllıq ərazidə hansısa obyekt tikilir və ərazidə çalışanlar ağacları kəsirlər.

 

Pravda.az məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

 

Neftin bu günə olan qiyməti

İqtisadi xəbərlər və təhlil

Dünya birjalarında neft cüzi ucuzlaşıb.

Mediaxeberleri.Az xəbər verir ki, “Brent” markalı neft 20 sent ucuzlaşıb və 73,16 dollara düşüb.

Yüngül neft isə dünənə nisbətən 30 sent ucuz – 69,14 sentə təklif edilir.

Qeyd edək ki, Azərbaycan nefti 74,04 dollaradır.

В будущее В прошлое

Навигация