Войти

Bu ölkədə dəhşətli zəlzələ: Ölənlərin sayı artır - Video

Dünya

Myanmada 7.7-7.9 bal gücündə zəlzələ baş verib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Çin Seysmologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerin 30 kilometrliyində baş verib. İlk təkanlardan cəmi 12 dəqiqə sonra yenidən 6,4 bal gücündə zəlzələ olub.

Zəlzələdən ən çox ziyan çəkən qonşu Tailand olub. Banqkok şəhərində hündürmərtəbəli bina çöküb. Dağıntılar altında xeyli insanın qaldığı bildirilir.

Tailand hava limanı zəlzələ səbəbindən bağlanıb.

Yeraltı təkanlar Çin, Banqladeş, Laos və Hindistanda da hiss edilib.

***

Tailand mətbuatının məlumatına görə, Banqkokda binanın çökməsi nəticəsində 1 fəhlə ölüb, 43 fəhlə isə itkin düşüb.

Banqkonq rəhbərliyi zəlzələ səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edib.

***

Myanmada zəlzələ zamanı Taunqu şəhərindəki monastır binası uçub.

Ölkə mətbuatının məlumatına görə, hadisə nəticəsində beş uşaq və bir xadim ölüb.

Mandalay şəhərində də məscidin uçması nəticəsində azı 10 nəfərin öldüyü bildirilir.

***

Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.

Bu barədə “Nyu York Tayms” (NYT) ölkənin ikinci böyük şəhəri Mandalaydakı xəstəxanaya istinadən məlumat yayıb.

Banqkokda isə ən azı 67 fəhlənin uçan binanın dağıntıları altında qaldığı bildirilir.


Arıqlama dərmanı adı altında satılan təhlükəli preparatlar - SİYAHI

Dünya

Arıqlıq və gözəllik axtaran insanlar internetdə şübhəli mənşəli peptid preparatları alaraq sağlamlıqlarını riskə atırlar.

 

Bu barədə "İzvestiya" qəzeti araşdırma aparıb.

 

Aşkar edilib ki, bəzi saytlarda "Tirzepatid" adlı dərman kosmetik vasitə kimi satılır. Halbuki bu preparat, "Ozempic", "Mounjaro" kimi piylənmə və şəkərli diabetin müalicəsi üçün istifadə olunan dərmanların analoqudur. Lakin rəsmi qeydiyyatdan keçmiş dərmanlardan fərqli olaraq, onlayn satılan "Tirzepatid"in istehsalçısı məlum deyil.

 

Beynəlxalq "Antikontrafakt" Assosiasiyası da bu məsələyə diqqət çəkərək bildirib ki, "Peptides Shop" (ad dəyişdirilib) adlı onlayn mağaza bu və digər güclü dərmanları kosmetik vasitə adı altında satır. Burada həmçinin "Gonadorelin" və "Rapamisin" kimi preparatlar da təklif olunur. Bunların hamısı əslində dərman vasitələri olduğu halda, kosmetika və qida əlavəsi kimi satılır.

 

"Tirzepatid" - 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsi üçün vasitə kimi təqdim edilir. Preparatın nəzarətsiz qəbulu həddindən artıq çəki itkisinə, qida maddələrinin çatışmazlığına və hətta dərman qəbulunun dayandırılmasından sonra çəkinin yenidən artmasına səbəb ola bilər.

 

"Rapamisin" - guya "kosmetik" preparat kimi təqdim edilir və ömrü uzatdığı iddia edilir. Əslində bu, transplantların rədd edilməsinin qarşısını almaq üçün istifadə olunan güclü immunodepressantdır. Onun yaşlanmaya qarşı effekti alimlər tərəfindən birmənalı sübut edilməyib, lakin nəzarətsiz qəbulun immuniteti azaltmağa, hormonal pozğunluqlara və ürək-damar xəstəlikləri riskini artırmağa səbəb ola biləcəyi məlumdur.

 

"Gonadorelin" - təhlükəli "kosmetik" peptidlər üçlüyünü tamamlayır. Bu, güclü hormonal preparatdır. Dərmanın klinik sınaqları aparılmayıb, buna görə də, dəqiq yan təsirləri məlum deyil. Lakin oxşar preparatların istifadəsi təcrübəsini nəzərə alaraq, reproduktiv sistem üçün ən müxtəlif mənfi nəticələri ehtimal etmək olar.

 

Diqqətəlayiq haldır ki, bütün bu potensial təhlükəli maddələr reseptsiz satılır. Uyğunluq sertifikatları onları kosmetik serumlar kimi göstərir və XİF (xarici iqtisadi fəaliyyət) ticari nomenklatura kodu "digər kosmetik vasitələr"ə uyğundur. Lakin saytlarda onları inyeksiya şəklində tətbiq etmək tövsiyə olunur ki, bu da dərman kimi qeydiyyatdan keçməmiş preparatlar üçün qəti şəkildə qadağandır.

 

Həkimlər yekdilliklə bildirirlər ki, qeydiyyatdan keçməmiş preparatların istifadəsi "rus ruleti"ndə oynamaq kimidir. Onların effektivliyi və təhlükəsizliyi öyrənilməyib, rəsmi qeydiyyatın olmaması səbəbindən dövriyyəsi heç kim tərəfindən nəzarət edilmir. Peptidlər klinik tövsiyələrə daxil edilməyib, keyfiyyətli sınaqlardan keçməyib, çox vaxt bioloji fəallığa malik qida əlavələri və ya serumlar kimi qeydiyyata alınır. Buna görə də, hətta həkim nəzarəti altında qəbul edilməsi böyük sual altındadır.Oxu.az 

 

"Melissa Group"un rəhbəri saxlanıldı

Hadisə

"Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.


Mediaxeberleri.Az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb.


Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Vətəndaş evdən çıxmırsa, əmlakı uçurula bilər? – Tanınmış hüquqşünas açıqladı

Ölkə

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti işi aparan “Melissa Group” tikinti şirkəti sakinlər evdə olduğu halda evi dağıdıb. Bu barədə mediada və sosial şəbəkədə görüntülər yayılıb.


Sözügedən sakinlər şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları üçün evi tərk etmirdilər. Hadisə yerinə xilasediciləri cəlb olunub.

Mediaxeberleri.Az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Əliməmməd Nuriyev deyib ki, baş verən hadisə ilk növbədə bir neçə etik normanın pozulmasıdır:

“Bundan başqa baş verən hadisə çox ciddi hüquq pozuntusudur, yolverilməzdir. Məsələni hüquqi nöqteyi-nəzərdən analiz etdikdə görərik ki, burada mülkiyyət hüququnun pozulması baş verib. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllə vətəndaşlarının hüquqlarını qoruyur. Hətta ev qeyri-qanuni tikili olsa belə orada yaşayan şəxslər çıxarılmadan, təxliyə prosesi araşdırılmadan, vətəndaşlara məlumat verilmədən heç bir söküntü aparıla bilməz.


İnzibati Xətalar Məcəlləsinə görə, şirkətin etdiyi məsuliyyət yaradır. Bu, qeyri-qanuni hərəkətdir. Belə ki, hüquqi əsas olmadan mülkiyyətə müdaxilə və insan həyatı üçün təhlükə yaratmaq cinayətdir. Burada mülkiyyətin məhv edilməsi baş verib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186, 187-ci maddələri qüvvəyə minir. Əgər insan həyatına təhlükə yaranırsa, şəxsiyyət əleyhinə cinayət də sayılır.

Yaşayış binasının içərisində insan olduğu üçün bu həm də xüsusi təhlükəli əməl sayılır. Cinayət Məcəlləsinin müvafiq bəndi üzrə də məsuliyyətə cəlb edilə bilər”.

Ə.Nuriyev deyib ki, hər hansı şirkət tikinti işi aparırsa, yerli icra hakimiyyəti, FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış təxliyə işi aparmalıdır:

“Bütün bunlar edilməyibsə, tikinti şirkəti təkcə hüquqi deyil, həm də mülki məsuliyyət daşıyır. Çünki əmlaka və insanlara zərər dəyir. Digər tərəfdən, bu cür hərəkətlər insanlara psixoloji zərbə də vurur.

Qanunla heç bir şəxs, ailə evindən çıxmırsa, onu zorla çıxara bilməzlər. Söküntü işləri məhkəmə qərarı ilə başlaya bilər. Lakin yenə də təxliyə işləri aparılmadan heç bir söküntü aparmaq olmaz.

Vətəndaşlar Baş Prokurorluğa, Ombudsman Aparatına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-ə və polisə şikayət edə bilərlər. Bundan başqa, məhkəməyə müraciət edib şirkətə qarşı maddi-mənəvi təzminat irəli sürə bilərlər”.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.

“Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək”, – deyə məlumatda qeyd edilib.

Yasamalda evi başına uçurulan qadın şok keçirdi - VİDEO

Ölkə

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.

Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

Mediaxeberleri.Az xəbər verir ki, evin sahibi Elarə Hacıyeva son günlər yaşadığı qorxu və stress səbəbindən . vəziyyətinə düşüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Həmin görüntüləri təqdim edirik.


Qeyd edək ki, ekskavator sürücüsü yaşayış evini dağıdarkən, Elarə Hacıyevanın onkoloji xəstə olan bacısının qolu üzərinə daş düşüb, özünün isə qolunu şüşə kəsdi. Hadisə barədə danışan qadın Oxu.az -a əlavə edib ki, evin uçurulması bu gün 10:30-da baş verib:

“Səsə baxdım ki, ekskavator sürən maskalı oğlan və bir də nəzarətçi dayanmışdı.
Aşağı düşüb ekskavatorun qarşısında dayanıb dedim, etmə, mən sənin anan yaşındayam. Ekskavatorun çömçəsini başımın üstündə saxladı, sonra geri çəkib sürətlə uzaqlaşdı”.

Onu da qeyd edək ki, Elarə Hacıyevanın “Melissa Group” tikinti şirkəti tərəfindən dağıdılıb.


Zaur,BakuPost

Azərbaycanda icra başçısı xoruz döyüşdürdü — FOTO

Hadisə

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı bu dəfə bacısı oğlu ilə xoruz döyüşdürərkən görüntülənib.

Mediaxeberleri.Az
 xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə icra başçısı Əziz Əzizov və vəzifə verdiyi bacısı oğlu Murad Ağayev də iştirak edib. 

Bayram tədbirində Əziz Əzizov səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə baxış keçirib. Ən çox diqqət çəkən məqam isə icra başçısının bacısı oğlu ilə yan-yana xoruz döyüşünü izləmələri olub. 

Qeyd edək ki, bundan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi ilə bağlı məlumat yayımışdıq. Bütün tədbirlərdə ön sırada olan Murad Ağayevə icra başçısı tərəfindən vəzifə verilməsi xəbəri İcra Hakimiyyəti tərəfindən təkzib edilmişdi. Yayılan son görüntülər Murad Ağayevin vəzifəyə təyin edilməsini bir daha təsdiq edir.

 

"Avant Group" Bakıda ağacları kəsərək təbiətə 117 min manat ziyan vurdu - Baş Prokurorluğa müraciət olunacaq

Sosial

Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

 

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

Yasamalda qadının evini başına uçuran "xeyriyyəçi" iş adamı kimdir? - DOSYE

Ölkə

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.

Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra rəsmi qurumlar hərəkətə keçib. Fövqəladə Hallart Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib: "Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib".

DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, hadisəni törədən tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.


Qeyd edək ki, içərisində yaşayış olan evin “Melissa Group” tikinti şirkəti tərəfindən dağıdıldığı bildirilir. "Melissa Group" şirkətinin sahibi Qalib Məmmədovdur. Baş direktoru isə Xəzər Məmmədovdur.
Xəzər Məmmədov

Bakupost.az -ın araşdırmasına görə, Qalib Nurulla oğlu Məmmədov əslən Masallı rayonunun Ərkivan kəndindən olan iş adamıdır. O, rayonda özünü xeyriyyəçi kimi təqdim edir.

1978-ci ildə Ərkivan kənd orta məktəbini bitirən Qalib Məmmədov Politexnik İnstitutunun "Avtomobil yollarının istismarı və təşkili" fakultəsində təhsil alıb. İnstitutu bitirəndən sonra o, Naxçıvana təyinat alıb.

Bir müddət Avtomobil Nəqliyyat Kontorunun 4 saylı istismar sahəsində çalışır, daha sonra Avtomobil Nəqliyyat Kontorunun rəisi vəzifəsinə təyinat alıb. Q.Məmmədov bu vəzifəni bir müddət icra edəndən sonra Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun sədri vəzifəsinə təyin olunub. Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət işindən uzaqlaşıb və öz şəxsi biznesini qurub. Azərbaycan müstəqillik əldə edənə qədər Qalib Məmmədov yol tikintisindən xeyli pul qazana bilərdi. Amma yenə əlahəzrət məntiq deyir ki, ortada NƏSƏ var...
Qalib Məmmədov

Qalib Məmmədovun həm də "Performance Center" şirkətinin prezidenti olduğu bildirilir. Şirkət 1997-ci ildən "General Motors" korporasiyasının "Chevrolet" və "Cadillac" brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Həmin ildən başlayaraq "Performance Center" "General Motors" korporasiyasının Şimali Amerika, 2004-cü ildən Rusiya, 2005-ci ildən isə Koreya istehsalı olan "Chevrolet" avtomobillərinin Azərbaycanda rəsmi dileridir. Hazırda “Performance Center” şirkətinin avtomobillərin satışı və texniki xidməti üzrə üç diler mərkəzi fəaliyyət göstərir ki, onlardan ikisi – "Performance Center" və "Babək" – Bakı şəhərində, digəri – "İdeal Motors" isə Gəncə şəhərində müştərilərin xidmətindədir.

Qalib Məmmədov eyni zamanda Bakıda “Halal” MTK, "General” MTK, "Yüksəl” MTK, "ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə "Melissa Park”, "Melissa Residence", "Melissa Azadlıq” layihələrini icra edən "Melissa Group” şirkətlərinin sahibidir. “Collezione Italia” şirkətinin də ona məxsus olduğu bildirilir.

Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir. Onun doğma Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” yanacaqdoldurma məntəqəsi, avtoservis, elektrik və elektronik məhsulların satışı mağazası, çörək zavodu və s.-in daxil olduğu bildirilir.

“MELİSSA GROUP"un İŞ İCRAÇISI və SÜRÜCÜ SAXLANILDI - Cinayət işi açılıb (Yenilənib+VİDEO)

Hadisə

TƏBİB-dən bildirilib ki, Alatavada söküntü zamanı təcili yardıma müraciət qeydə alınıb: 

"Bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Alatava ərazisindən müraciət daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın cinsli) stresə qarşı kəskin reaksiya diaqnozu ilə tibbi xidmət göstərilib", - məlumatda deyilib.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib: 


"Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib".

***

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Araşdırma aparılır.

Həssas görüntülər Telegram kanalımızda: https://t.me/azpolitika


***

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.

"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda deyilib.

Qeyd edək ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.

Prezident və birinci xanım Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNDİ - 3

Ölkə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

 

Mediaxeberleri.Az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.

 

Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də Sarıcalı kəndidir.

 

Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb.

 

Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

 

Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

 

Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

 

x x x

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak ediblər.

 

Kəndin girişində inşa edilmiş bu binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq. Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün şərait mövcuddur.

 

Qeyd edək ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

 

x x x

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.

 

Qeyd edək ki, birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

 

x x x

 

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

 

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.

 

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

 

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti mühüm işlər görür. Bu məsələ işğaldan azad edilmiş ərazilərimizdə də diqqət mərkəzində saxlanılır. Bu bölgələrimizdə bir çox uşaq təhsil-tərbiyə müəssisələrinin yaradılması prosesinin geniş vüsət alması bunu aydın nümayiş etdirir.

 

x x x

 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər.

 

Bildirilib ki, 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

 

Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

 

Qeyd edək ki, 30 ilə yaxın davam etmiş işğal nəticəsində həmin rayonlardakı təhsil müəssisələri də tamamilə dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm və ardıcıl işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir.

 

x x x

 

Sonra dövlətimizin başçısı və birinci xanım yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.

 

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

 

Prezident İlham Əliyevin

 

çıxışı

 

Prezident İlham Əliyev: Sarıcalıya xoş gəlmisiniz.

 

Sakinlər: Siz də xoş gəlmisiniz, cənab Prezident.

 

Prezident İlham Əliyev: Sizi ürəkdən təbrik edirəm.

 

Sakinlər: Çox sağ olun.

 

Prezident İlham Əliyev: İlk növbədə, qarşıdan gələn Ramazan bayramı və Sarıcalı kəndinin bərpası münasibətilə sizi təbrik edirəm. Yəni, bu gün ikiqat bayramdır. Bu bayram ərəfəsində kəndi istifadəyə vermək, keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir.

 

Bu yaxınlarda Novruz bayramını qeyd etmişik. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşmüşdüm, onlara evlərinin açarlarını təqdim etmişdim. Bu gün isə burada - Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək, əlbəttə ki, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra siz doğma torpağınıza qayıtmısınız. Burada sizin üçün gözəl şərait yaradılıb.

 

Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək.

 

Ağdam şəhəri də, rayonun bütün kəndləri də mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı. Bu, bir daha düşmənin xislətini göstərir, bizə tamamilə əsassız olan düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə-yeksan edildi və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim, erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Biz Ağdamı yenidən qururuq və quracağıq. İndi genişmiqyaslı quruculuq işləri aparılır. İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib, ilk növbədə, yollar. Ağdam-Bərdə yolu yenidən quruldu. Heç sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Dəmir yolu çəkilir, yəqin ki, bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün orada heyvan saxlayırdı. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu, düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək.

 

Bununla bərabər, bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Bax, biz belə şəhər qururuq. Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq.

 

Bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Mən təkcə Ağdam rayonunda gedən işləri sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.

 

İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq. Bildiyiniz kimi, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi, çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdi. Bizə qarşı soyqırımı törədilmişdi. Xalqımız böyük əzab-əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq.

 

İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da. Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi. Bu gün burada insanlar rahat yaşayacaqlar, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaqlar. Əminəm ki, xoşbəxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda, xalqımızın milli ləyaqəti bərpa edildi. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da bizə qaytarılmasın. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma onlar bir şeyi nəzərə almamışdılar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və Ordumuzun qəhrəmanlığıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah Ordumuzun, Silahlı Qüvvələrimizin şəxsi heyətinin başını həmişə uca eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində bax, bu gün biz burada durmuşuq və bu gün bu gözəl bayram ərəfəsində görüş keçirilir.

 

Bundan sonra bərpa işləri davam edəcək. Sarıcalı kəndinin, sadəcə olaraq, birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür - 12 sot. Eyni zamanda, ətraf ərazilərə su veriləndən sonra o torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və Suqovuşan su anbarı bu imkanı bizə yaradacaq. Sadəcə olaraq, vaxtilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Yaxşı bilirsiniz, həm Sərsəng, həm Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi ki, o cümlədən Ağdam və bir neçə ətraf rayon suvarma suyu ilə təmin olunsun. İşğal dövründə düşmən suyumuzu da kəsmişdi. İndi biz öz su resurslarımıza da sahib olduq. Xaçınçay su anbarı artıq bərpa edilib və Suqovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Bu gün təqribən 100 min hektar suvarılmayan torpağa su gətiriləcək.

 

Ona görə Ağdam rayonunda yaşayacaq vətəndaşlar buna hazır olmalıdırlar. Burada işlə təmin etmək üçün lazımi addımlar atılır, eyni zamanda, kənd təsərrüfatı da sahibkarlar tərəfindən inkişaf etdirilməlidir.

 

Bir daha sizi ürəkdən təbrik edirəm, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.

 

Sakinlər: Çox sağ olun.

 

x x x

 

Sonra açarların təqdim edilməsi mərasimi oldu və xatirə şəkilləri çəkdirildi.

 

X X X

 

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə söhbət etdilər.

 

Sakin: Bu gün bizim hazırda durduğumuz yer bağ idi, meşə idi bura, burada böyük palıd ağacları.

 

Prezident İlham Əliyev: Bəs evlər harada idi?

 

Sakin: Evlər bir az bundan aşağıda idi.

 

Prezident İlham Əliyev: Orada idi?

 

Sakin: Bəli.

 

Prezident İlham Əliyev: Bu, Sarıcalının bağı idi?

 

Sakin: Meşə idi, qoz ağacları, palıd ağacları var idi.

 

Prezident İlham Əliyev: Qırdılar.

 

Sakin: Onların hamısını məhv etdilər.

 

Prezident İlham Əliyev: Siz işğal dövründə harada yaşamısınız?

 

Sakin: Bərdədə yaşamışam.

 

Prezident İlham Əliyev: Bərdədə hansı şəraitdə?

 

Sakin: Məktəbdə yaşayırdıq. Hazırda beşmərtəbələrdə oluruq. Çox sağ olun, Allah Sizə kömək olsun. Allah şəhidlərimizə rəhmət eləsin.

 

Prezident İlham Əliyev: Cavanlar da gəlib. Həvəslə gəlmisiniz?

 

Sakinlər: Bəli, əlbəttə.

 

Prezident İlham Əliyev: Onlar heç görməyiblər buraları.

 

Sakin: Görməyiblər. Yəni, görməyənlər də belə gəlib görmək istəyirlər ki, işğaldan azad olunmuş torpaqlarımız nə cür bərpa olunur. Allah həmişə dövlətimizin bayrağını uca etsin.

 

Prezident İlham Əliyev: Sağ olun. Otuz il ərzində ədalətsizliklə üzləşmişdik. Bu ədaləti biz özümüz bərpa etdik və biz hər gün ədalət təntənəsini görürük.

 

Sakinlər: Allah Sizi qorusun.

 

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız.

 

Sakin: İnşallah. Çox sağ olun, minnətdarıq. Allah Sizi var eləsin, Allah Sizi qorusun!

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Sakinlər: Sağ olun, çox sağ olun.

В будущее В прошлое

Навигация