Войти

Taksi sürücülərindən AYNA-ya etiraz - İŞƏ ÇIXMAYACAQLAR

Problem

Mediaxeberleri.Az xəbər verir ki, taksi sürücülərinin bəziləri AYNA-nın tətbiq etdiyi bəzi qaydalara, yaranan real problemlərə etiraz olaraq aprel ayının 2-si işə çıxmayacaqlar. Sürücülərin boykot etməsinə səbəb kimi avtobus zolağına məcburən daxil olub sərnişin düşürən zaman 100 azn, zolağın kənarında sərnişin düşürən zaman isə 80 azn cərimə olunmaları göstərilir.

 

Tasksi sürücülərinin 3 sadə tələbi var. Bu tələblər barədə Taksi Sürücüləri Birliyinin sədri Elşad Eldarov Ajans.az- a eksklüziv açıqama verib.

 

Ətraflı məlumat təqdim etdiyimiz videoda:

 

 

Qaqauziyanın rəhbəri həbs edildi

Dünya

Moldova məhkəməsi Yevgeniya Qutsulu 30 sutka müddətinə həbs edib.

 

Bu haqda “Moldova Liberă” portalı məlumat verib.

 

Qeyd edək ki, Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı 72 saatlığına saxlanılıb.

 

Qutsulun ittihamlarla bağlı özünü təqsirli bilməyib.

Nüşabə Avropada yaşayan övladlarından danışdı - VİDEO

Şou-biznes


Əməkdar artist Nüşabə Ələsgərli Novruz tətilində Belçikada yaşayan qızı Nigarın ailəsi ilə birgə Bakıya gəldiyini bildirib.

 

Bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.

 

“Qızım Nigar, onun həyat yoldaşı Gino, nəvəm hətta oğlum da Bakıya gəlmişdi. Qızım ailəsi ilə 25 gün Bakıda qaldılar. Amma oğlum hələki yanımdadır. Nəvəmi sığallamaq nədir... Uşaqların xüsusi qoxusu olur. Nəvəmin üzünü, boynunu iyləyirdim. Elə bilirdim ki, dünya mənimdir. Nəvəm elə bil ki, balaca mələkdir. O, evimizin mələyidir. Onun üçün çox darıxıram. Nəvəmin bir neçə paltarını özümdə saxlamışam. Arada bir onları iyləyirəm”, - deyə Nüşabə vurğulayıb. 

 

Proqramın aparıcısının “Oğlunuzu niyə evləndirmisiniz? Avropalı gəlin istəyərsiniz?” sualına Ələsgərlinin cavabı belə olub:

 

“Oğlum martın sonu Avropaya qayıdacaq. Oğlumu evləndirmək, bu könül məsələsidir. Gərək o özü sevsin sonra da ailə qursun. Gərək özü istəsin. Avropalı gəlin olacaqsa olsun. Mən nə deyə bilərəm ki... Normal qarşılayacağam. Əsas odur ki, gənclər bir-birini sevsin, dəyər versinlər, yola getsinlər, mehriban ovə xoşbəxt olsunlar. İstəmərəm ki, oğlum bəzi xalqın nümayəndəsi ilə ailə qursun. O xalqın adını çəkmək istəmirəm. Amma Avropanın bəzi xalqları var ki, ailə dəyərləri məsələsində bizdən də yaxşıdır”.

 

Qeyd edək ki, Nüşabə Ələsgərlinin qızı Nigar 2019-cu ilin dekabrında Gino adlı Türkiyə vətəndaşı ilə nişanlanıb, 2020-ci ildə isə ailə qurublar. Nigar Diasporla İş üzrə Dövlət Komitəsində çalışıb. (olay)

 




"Dan ulduzu" restoranında DAVA

Hadisə

Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən "Dan ulduzu" restoranında keçirilən toy məclisində dava salan şəxs hakim qarşısına çıxarılıb.

 

Mediaxeberleri.Az musavat.com-a istinadən xəbər verir ki, xuliqanlıq hərəkətləri törətməkdə təqsirli bilinən 33 yaşlı Elnur hadisə zamanı sərxoş olub.

 

Elnur toy məclisində tanımadığı şəxsin onun 10 yaşlı uşağını itələdiyini görüb. Həmin şəxsi axtarmağa başlayıb. Tapa bilmədiyi üçün restoranda işləyən Asif adlı şəxsdən ona kamera görüntülərini göstərməsini istəyib. Asif bununla razılaşmayıb.

 

Qəzəblənən Elnur restoranda stulları və pəncərələrin şüşələrini yumruqla sındırıb. Onun istəyini yerinə yetirməyən Asifə isə yumruqla zərbə vurub.

 

Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıblar. Zərərçəkmiş tərəf Elnuru bağışlayıb. Elnur isə əməlindən peşman olduğunu bildirib.

 

Məhkəmənin hökmü ilə Elnur barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Müəllimlər kütləvi şəkildə işdən çıxarılır - Nazirliyi ifşa edən video yayıldı- VİDEO

Sosial

"Fevralın 28-də Mədəniyyət Nazirliyi tabeliyində olan musiqi məktəbləri müəllimlərinin atestassiya imtahanı keçirildi.

 

Attestasiyadan keçməyən müəllimləri işdən uzaqlaşdırmağa başladılar. Lakin Cəsarət Valehov məktəbləri gəzərkən bildirmişdi ki, attestasiyadan keçə bilməyən müəllimlər işdən kənarlaşdırılmayacaq.

 

İclasda bildirmişdi ki, bu sadəcə müəllimlərin biliklərini yoxlamaq üçün keçirilən bir attestasiyadır. Ancaq indi imtahandan keçməyən müəllimlər işdən azad edilir. Mən musiqi müəlliməsiyəm, 33 illik əmək stajım var.

 

Pensiya yaşım da deyil, necə dolanım?"

 

Bu sözləri "Sitat.info"ya açıqlamasında 3 saylı musiqi məktəbinin müəllimi Qənimə Rəhimova deyib.

 

Q.Rəhimova bildirib ki, kurslara göndərilmədən, ikinci şansa vermədən müəllimləri kütləvi şəkildə işdən uzaqlaşdırırlar:

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 


Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...

Din

Martın 29-da Ramazan ayının iyirmi doqquzuncu günüdür.

Mediaxeberleri.Az xəbər verir ki, sabah imsak saat 05:02-də, iftar isə saat 19:17-dədir.

İmsak duası:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!”

Tərcüməsi:

“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

Evi başına uçurdulan vətəndaş şirkətdən 2 milyon manat istəyib?

Ölkə

"Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.

 

Bəs görəsən, bu iddia həqiqəti əks etdirir? Şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.

 

O bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:

 

"Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub".

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxundu

Gündəm

Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, hər iki şəxs cinayət işi üzrə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

 

Xatırladaq ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.

 

Qeyd edək ki, 2022-ci ilin ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.

 

Araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.

Ərzaq mağazası yandı

Hadisə

Sabirabadda ərzaq mağazası yanıb.

 

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, rayonunun Şəhriyar kəndində ümumi sahəsi 120 m² olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qış geri dönür - Şaxta olacaq

Ölkə

Təqvim yaza doğru irəliləsə də, Rusiyanın bəzi bölgələrində güclü soyuq olacaq.

 

Hidrometeorologiya Mərkəzinin məlumatına görə, martın sonunadək Sibir, Ural və Uzaq Şərqdə kəskin soyuqlar gözlənilir. Havanın temperaturu iqlim normasından 7-16 dərəcə aşağı enəcək.

 

Ölkənin şimal və şərqində əsl soyuq hava şəraiti hökm sürəcək. Yamalo-Nenets Muxtar Dairəsində termometr mənfi 38 dərəcəyə, İrkutsk vilayətində mənfi 38 dərəcəyə, Tomsk vilayətində mənfi 32 dərəcəyə enəcək.

 

Sibirin şimalında, xüsusilə Taymir və Evenki bölgəsində havanın temperaturu -42 dərəcəyə enə bilər. Uzaq Şərq bölgələri - Buryatiya, Transbaikaliya, Amur vilayəti də Arktika havasının mərhəmətində olacaq. Orada sinoptiklər temperaturun -33 ilə -40 arasında olacağını vəd edirlər.

 

Ölkənin qərb bölgəsində isə isti olur

 

Şərq soyuğunun fonunda Rusiyanın Avropa hissəsi fərqli baharı yaşayır. Murmansk, Leninqrad vilayətlərində və Kareliyada havanın temperaturu, əksinə, normadan 8-10 dərəcə yuxarı qalxacaq. Bahar qərbə doğru yol alır, lakin hələ də bütün ölkəyə çatmaqdan uzaqdır.

В будущее В прошлое

Навигация