Войти

FRANSA TƏK QALDI, PAŞİNYANIN BAŞQA MASASI QALMADI – Almaniya Azərbaycanın mövqeyini dəstəkləyir

Manşet

Azərbaycan oktyabrın 5-də Qranada şəhərində keçirilən Avropa Birliyi Siyasi Sammiti çərçivəsində beştərəfli görüşdə iştirak etməkdən imtina edib. Bu görüşdə Avropa ittifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak etməli idi.

Rəsmi Bakı hər iki Avropa ölkəsinin, habelə Aİ rəhbəri Şarl Mişelin Azərbaycana qarşı qərəzli münasibətini əsas gətirib görüşə qatılmaqdan imtina etdi. Azərbaycan rəhbərliyinin Türkiyə lideri R.T.Ərdoğanın görüşdə iştirak etməsi tələbi Şolts və Makron tərəfindən qəbul olunmamışdı. Bakının qərarı tamamilə məntiqli və anlaşılandır, sülh sazişi haqda adi fikir mübadiləsi xarakteri daşıyan “ermənipərəst masada” iştirak etməyə hər hansı lüzum yox idi.



Azərbaycanın bu demarşı Bakının ümumilikdə Qərbin sülh danışıqları formatından çıxması anlamına gələ bilərmi? 

Bu sual aktualdır və iki gündür ekspertlərin əsas müzakirə mövzusudur. Qərb formatı dedikdə 2022-ci ilin dekabrının 15-də əsası qoyulan, Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında başlayan, daha sonra Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində davam etdirilən müzakirələrdir.

Qranda görüşündə iştirakdan imtina ilə bağlı gətirilmiş rəsmi əsaslandırmalarla yanaşı Azərbaycanın Brüssel formatında sülh danışıqlarının davam etdirilməsi niyyəti də ifadə olunmuşdu. Oktyabrın 4-də Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyevlə apardığı telefon danışığı vəziyyətə daha geniş aydınlıq gətirdi. Müzakirələrlə bağlı açıqlanan rəsmi informasiyada diqqətçəkən bir neçə məqam var:

- Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O, vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir;

- Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət qiymətləndirir;

- Prezident İlham Əliyev isə Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.

Beləliklə, Almaniya mövqeyini Fransanın Azərbaycana qarşı qərəzli, Ermənistana isə açıq dəstəkli mövqeyindən xeyli fərqləndirib. Bu, Qarabağda keçirlən antiterror əməliyyatının legitimliyinin rəsmi Berlin tərəfindən qəbul olunmasıdır.

İkinci mühüm amil: Kansler Şolts Azərbaycanın Fransa siyasi rəhbərliyinin qərəzli mövqeyinə görə Bakının Qərbə demarşını anlayışla qarşılayır və onu haqlı sayır, Makronla eyni mövqeni bölüşmədiyini ifadə edir. 

Üçüncü mühüm amil: Brüssel sülh formatının davam etdirilməsinə Almaniya dəstəyini ifadə edir və bu, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.

Dördüncü amilə gəldikdə, bu, Almaniya hökumətinin BMT missiyası tərəfindən Qarabağdakı son vəziyyətlə bağlı hazırlanan ilkin rəyi qəbul etməsidir. Qeyd edək ki, Fransa və erməni lobbisinin dəstəkçiləri BMT missiyasının Xankəndinə səfərini görməzdən gəlməyə çalışırlar.

Beləliklə, Fransanın Azərbaycana qarşı formalaşdırmağa çalışdığı vahid Avropa mövqeyi darmadağın olundu. İttifaqın iki əsas ölkəsindən biri olan Almaniya son günlərdəki bəzi qərəzli bəyanatlara rəğmən praqmatik mövqe nümayiş etdirə bildi. Bu, Azərbaycana qarşı sistemli təzyiq siyasətinin iflasından xəbər verir.

Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında sülh danışıqlarının davam edəcəyi gözləniləndir. Əlbəttə, Bakının bəzi əlavə tələbləri ola bilər. Bu da Paşinyan hökumətinin Qarabağda “etnik təmizləmə” qarayaxmasından, bu kontekstdə Azərbaycana qarşı Beynəlxalq Cinayət Məhkəməsində irəli sürülən iddiadan imtina etməsi, habelə Qarabağda ləğv olunmuş hərbi xuntanın cinayətkar başçılarını müdafiəsini dayandırması ilə bağlı ola bilər. Hazırda olduqca mürəkkəb vəziyyətdə olan Paşinyan hökuməti üçün Azərbaycanla sülh müqaviləsi nə qədər vacibdirsə, Azərbaycan bir o qədər rahatdır, tələsmir. Əlbəttə, Bakı ədalətli sülhdən yana olduğunu dəfələrlə bəyan edib, dünən də Prezident Almaniya kansleri ilə söhbətdə onu təkrarlayıb. Amma sülh razılaşması Azərbaycanın milli təhlükəsizliyinə, suverenliyinə, regiondakı maraqlarına təhdid yaradan bürtün amillər aradan qalxdıdan sonra imzalanmalıdır.

Bir sözlə, Brüssel formatının qorunub-saxlanılmasında Ermənistan rəhbərliyi daha çox maraqlı olmalıdır. Çünki Prezident V.Putinin həbsi öhdəliyi yaradan Roma Statunu qəbul etdikdən sonra Moskva ilə körpüləri yandıran Paşinyan iqtidarı üçün başqa masa qalmayıb.

E.Rüstəmli

“AzPolitika.info”

Türkiyəli professor sevgidən danışdı: “Üç mərhələsi var, əksər münasibətlər ikinci mərhələdə bitir…”

Sosial

“Üç mərhələdən ibarət olan sevginin ilkin dövrləri hormonal dəyişikliklər səbəbindən stressli keçir”.

Bu sözləri Türkiyənin Trakya Universiteti Tibb Fakültəsinin Fiziologiya kafedrasının müdiri, professor Levent Öztürk eşq və sevginin fiziologiyasından danışarkən deyib.

Aşiq olmağın insanda hormonal dəyişikliklərə gətirib çıxardığını bildirən Levent Öztürk son illərdə elm adamlarının sevginin insan orqanizminə fizioloji və psixoloji təsirlərini araşdırmağa başladığını qeyd edib.

Öztürkün sözlərinə görə, sevgi 3 mərhələdən ibarətdir. “Birinci mərhələ “aşiq olmaq”, ikinci mərhələ “alovlu eşq dövrü” və son mərhələ “dostcasına sevgi dövrü”dür. Əksər münasibətlər ilk 2 mərhələdə bitir və üçüncü mərhələyə keçə bilmirlər”, - deyə professor vurğulayıb.

Levent Öztürk sevginin ilkin dövrlərində beyində serotonin hormonu səviyyəsinin aşağı düşdüyünə diqqət çəkib. Onun sözlərinə görə, bu hormonun azalması nəticəsində insanda stres və depressiya artır.

“İnsan günün hər saatında aşiq olduğu insan haqqında düşünməyə başlayır. Bu zaman asılılıq dövrü başlaya bilər. Bu dövrlərdə serotonin hormonunun azalması depressiv əhvali-ruhiyyə yaranmasına səbəb olur. Beynimizdə pozğunluğa oxşayan bir hiss ortaya çıxmağa başlayır ki, bu da sevginin stres həcmini əks etdirir. Sevginin ilkin dövrlərində kortizol və stres faktoru yüksək olur. Münasibətlər irəlilədikcə və güvən hissləri artdıqca kortizol azalır, beləliklə stres səviyyəsi də azalır”, - deyə Levent Öztürk əlavə edib.

Mənbə: Haber Global

Psixoloqlar xəyanətdən sonra barışmağın əsas yolları barədə araşdırma aparıblar

Sosial

Yunanıstanın Nikosiya Universitetinin alimləri evlilik və ya uzunmüddətli münasibətlər zamanı xəyanət edən insanların davranışlarını araşdırıblar. Mütəxəssislər xəyanət etmiş şəxslərin münasibətdən sonra barışmağa çalışdıqları əsas strategiyaları müəyyən ediblər.

Tədqiqat “Evolutionary Behavioral Sciences” (EBS) elmi jurnalında dərc olunub.

Mütəxəssislər üç test çərçivəsində bir sıra müsahibələr və açıq sorğulardan istifadə edərək, xəyanət edən insanların bağışlanmaq üçün müraciət etdikləri üsullar toplusunu müəyyən ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, tədqiqat iştirakçıları aldadılmış tərəfin münasibətlərinin vacibliyinə israr edərək onların sevgisini geri qaytarmağa çalışırlar.

Digər bir ümumi strategiya, baş verənlərə görə günahı aldadılmış tərəfin üzərinə atmaq olub. Xəyanət etmiş şəxslər həyat yoldaşının emosional soyuqluğu, onların hisslərinə məhəl qoymaması ilə xəyanətə haqq qazandırıblar və ya hətta xəyanətdə (real və ya uydurma) əks ittihamlar irəli sürüblər.

İştirakçılar, həmçinin xəyanətin alkoqolun təsiri altında baş verdiyini deyərək, xəyanəti əhəmiyyətsizləşdiriblər.

Xəyanətkar tərəf tərəfdaşını barışmağa razı salmaq üçün çox vaxt qohumlarından (o cümlədən uşaqlar) və dostlarından istifadə edib.

Xəyanət edənlər baş verənlərin bir daha təkrar olunmayacağına inandırmağa çalışıblar.

Nəhayət, xəyanət üstündə tutulmuş insanlar xəyanətə məruz qalan tərəfə keşişə, evlilik məsləhətçisinə və s. müraciət edərək münasibətləri bərpa etməyi təklif ediblər.

Sonradan seçilmiş 416 nəfərdən ibarət qrupun iştirakçılarının 40%-dən çoxu bu strategiyalardan ən azı birini istifadə edərək, xəyanətkar tərəfi bağışlamağa inandıqlarını bildiriblər.

Tədqiqatçılar bu strategiyaların çox effektiv ola biləcəyini hesab edirlər, baxmayaraq ki, onların effektivliyinə digər amillərlə yanaşı, insanın cinsi, yaşı və insanın şəxsi xüsusiyyətləri də böyük təsir göstərir.

Mənbə: Gazeta.ru

Bu ölkədə güclü zəlzələ oldu

Dünya

Yaponiyanın sahilində 6,1 maqnitudalı zəlzələ olub.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri əhalisi 27 min civarında olan Simoda şəhərindən 525 km məsafədə olub. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Bu günün hava proqnozu açıqlandı

Sosial

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Mediaxeberleri.Az -a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, yüksək dağlıq ərzilərdə 5°-dək şaxta, gündüz 8-13° isti olacaq.

50 yaşda yorğunluq, halsızlıq, arıqlama...

Problem

50 yaşda qəfildən arıqlama, bənizin ağarması, əzginlik qaraciyərdə sirrozun başlandığını göstərə bilər.

Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, hepatoloq Nataliya Vasilyeva sirrozun son mərhələyə qədər aşkar simptom vermədiyini bildirib.

“Sirroz zamanı sağlam toxuma funksiya göstərməyən birləşdirici toxumaya çevrilir. Sirroz virus xəstəlikləri, alkoqol və dərman, eləcə də autoimmun patologiyalardan yarana bilər.

Ürək-damar sistemində problem olanların da qaraciyəri sıradan çıxa bilir. Daha çox 50 yaşda bu xəstəlik son mərhələyə çatdığı üçün bu yaş həddi təhlükəlidir. Sirroz diaqnozu qoyulan xəstələrin 70%-i kişilərdir.

Xəstə əzgindir, yuxuludur, arıqlayır, dəridə qaşınma olur, dəri ağarır, damar ulduzcuqları yaranır, ovuc içi saralır”, - həkim qeyd edib.

Sülhməramlılar Qarabağdan nə vaxt çıxır? – Putin işarə etdi

Gündəm

Putinin “Valday”dakı çıxışında sülhməramlıların fəaliyyəti haqda dedikləri Rusiya qüvvələrinin Azərbaycan ərazisində gələcək fəaliyyətinə dair ehtimallar irəli sürmək imkanı verir.

“Sülhməramlılarının missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi, orada sülhməramlıların başqa hüquqları yoxdur” sözlərindən iki nəticə çıxır:

1. Putin bununla Qarabağda Bakının mərkəzi hakimiyyəti bərpa etməsinə görə cavabdehin onlar olmadığını deyir;

2. Artıq “atəşkəs rejiminin pozulması”nın səbəbi qalmadığı – erməni silahlı dəstələri tərki-silah edildiyi üçün sülhməramlıların işinin bitdiyinə də işarə edir.

Sülhməramlılar vaxtından əvvəl çıxarıla bilərmi?

Qarabağdakı mövcud vəziyyət fonunda Putinin sözləri bu məsələni daha da aktuallaşdırdı. Moskva sülhməramlıların fəaliyyəti ilə bağlı Bakı ilə ikitərəfli saziş imzalamaq istəyini müxtəlif səviyyələrdə dilə gətirib. Antiterror tədbirlərindən sonra bu haqda yazmışdıq: 10 noyabr razılaşmasının sülhməramlıların fəaliyyətini təsnif edən maddəsinin qüvvədən düşməsi – Ermənistanın qərarverici rolunun qalmaması Rusiya qüvvələrinin Azərbaycan ərazisində mövcudluğu və mandatı məsələsini Bakıdan asılı edir. Putin də bildirir ki, Əliyev ona “sülhməramlıların burada olması məsələsi yalnız ikitərəfli əsasda həll olunacaq” deyib.

Bu o deməkdir ki, sülhməramlıların bölgədə 2025-ci ilə qədər qalması məsələsi də qüvvədən düşüb, bundan sonra çıxarılması, yaxud hansı müddətə qalması Bakı-Moskva razılaşması əsasında həll ediləcək. Və burada iki məsələ həlledici amildir:

Birincisi, sülhməramlıların yeni statusudur: Putin bildirib ki, “sülhməramlıların statusu 10 noyabr razılaşmasına əsaslanırdı, Azərbaycan əlavə razılaşmaya ehtiyac görmədi və onlarsız saziş imzalamaq mənasız idi”.

Burada söhbət sülhməramlılara hüquqi mandatın verilməsindən gedir və 44 günlük müharibədən sonra Rusiya Azərbaycan ərazisinə yerləşdirdiyi sülhməramlıların mandatının tanınmasını çox istəsə də, Bakı bundan imtina edib. Antiterror tədbirlərindən sonra sülhməramlıları 10 noyabr bəyanatına əsaslanan statusu sıradan çıxdığı üçün yeni statusu da Bakı müəyyən edəcək.

Sual yaranır: Bakı sülhməramlıların Qarabağda ciddi nəzarət imkanları olan vaxt buna razılıq verməyibsə, indi – bütün bölgədə mərkəzi hakimiyyətin bərpa edildiyi və artıq ehtiyacın olmadığı halda razılaşarmı?!

Proseslərin analizi Bakının bunu etməyəcəyini – sülhməramlıların qalma müddətini uzatmayacağını deməyə əsas verir.

İkincisi, sülhməramlılara ehtiyacın olub-olmamasıdır: Qarabağda çox az sayda erməni əhalisinin qaldığı bəllidir və onlar yalnız Azərbaycan vətəndaşlığını qəbul edərək, ərazimizdə yaşaya biləcəklər. Rəsmi Bakı Ermənistana getmiş ermənilərin – məhz Qarabağ sakini olmuş şəxslərin geri qayıdışına şərait yaradacağını açıqlayıb, hərçənd, burada da iki mühüm amil var:

- Gedənlərin böyük əksəriyyətinin qayıdacağı inandırıcı deyil;

- Qayıdanlar “Laçın” postundan keçdikdən sonra Azərbaycan vətəndaşlığını qəbul etməlidir və bu, onların birbaşa reinteqrasiyanı qəbul etməsi deməkdir.

Bu iki amil Rusiya sülhməramlılarının bölgədə uzunmüddətli fəaliyyətinə ehtiyacın qalmadığını deməyə əsas verir: az sayda erməni əhalisinin Azərbaycan vətəndaşı kimi reinteqrasiya prosesini həyata keçirmək üçün uzun zaman lazım olmayacaq;

Və ən mühüm məqamı yenə Putinin özü dilə gətirir: sülhməramlıların əsas missiyası atəşkəsin qorunması idi; artıq ərazimizdəki separatçıların və terrorçuların təmizlənməsi atəşkəsin pozulması səbəbinin də aradan qalxması deməkdir və beləliklə, Rusiya qüvvələrinə ehtiyac da yoxdur.

Rusiyanın məqsədi Qarabağda uzunmüddətli qalmaqdan daha çox, Cənubi Qafqazdakı təsir imkanlarını qoruyub saxlamaq və kənar oyunçuların müdaxiləsinin qarşısını almaqdır. Bunun üçün plasdarm rolu artıq Qarabağ deyil.

Xankəndinin deputatı bu vəzifəsini TƏRK ETDİ - FOTO

İqtisadi xəbərlər və təhlil

Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsini tərk edib.

Mediaxeberleri.Az xəbər verir ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Milli Məclisin İnsan hüquqları komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, İspaniya, İsveç, İtaliya, Meksika, Portuqaliya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Parlamentlərarası İttifaqda, ATƏT-in Parlament Assambleyasında, Avropa Şurasının Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlıq komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəridir. ("Trend")

Avropa Liqasında gecənin nəticələri

İdman

Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib. 

Milli.Az xəbər verir ki, keçirilən matçlarda aşağıdakı nəticələr qeydə alınıb.

Avropa Liqası, qrup mərhələsi
II tur
A qrupu

"Baçka Topola" (Serbiya) - "Olimpiakos" (Yunanıstan) 2:2
Qollar: 
Dyakovaç, 63. Pantoviç, 90 - Masuras, 16. Podense, 57.

"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə) 1:2
Qollar: 
Sallai, 49 - Paketa, 8. Aqerd, 66.

Xal: Vest Hem - 6. Frayburq - 3. Olimpiakos - 1. Baçka Topola - 1.

B qrupu

AEK (Afina, Yunanıstan) - "Ayaks" (Niderland) 1:1
Qollar:
Vida, 75 - Berqveyn, 30-pen.

"Olimpik" (Marsel, Fransa) - "Brayton" (İngiltərə) 2:2
Qollar: 
Mbemba, 19. Veretu, 20 - Qross, 54. J.Pedro, 88-pen.

Xal: AEK - 4. Olimpik - 2. Ayaks - 2. Brayton - 1.

C qrupu

"Aris" (Limasol, Kipr) - "Reyncers" (Şotlandiya) 2:1
Qollar:
Mussounda, 9. Babiçka, 59 - Sima, 70.

"Betis" (İspaniya) - "Sparta" (Praqa, Çexiya) 2:1
Qollar: 
Diao, 9. İsko, 79 - Birmançeviç, 3.

Xal: Sparta - 3. Aris - 3. Betis - 3. Reyncers - 3.

D qrupu

"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya) 1:2
Qollar: 
Qyokeres, 76-pen - Skalvini, 33. Rucceri, 43.

"Rakuv" (Polşa) - "Şturm" (Avstriya) 0:1
Qol: 
Bovinq, 24.

Xal: Atalanta - 6. Sportinq - 3. Şturm - 3. Rakuv - 0.

E qrupu

"Tuluza" (Fransa) - LASK (Avstriya) 1:0
Qol: 
Suazo, 31.

"Liverpul" (İngiltərə) - "Yunion" (Belçika) 2:0
Qol: 
Qravenberx, 44. D.Jota, 90+2.

Xal: Liverpul - 6. Tuluza - 4. Yunion - 1. LASK - 0.

F qrupu

Makkabi (Hayfa, İsrail) - "Panatinaikos" (Yunanıstan) 0:0

"Vilyarreal" (İspaniya) - "Renn" (Fransa) 1:0
Qol: 
Sörlot, 36.

Xal: Panatinaikos, 4. Vilyarreal - 3. Renn - 3. Makkabi - 1.

G qrupu

"Slaviya" (Praqa, Çexiya) - "Şerif" (Moldova) 6:0
Qollar: 
Çyitil, 4; 71. Oqbu, 7. Qarananqa, 39-öz qapısına. Şçrans, 47. Dudera, 58. 

"Roma" (İtaliya) - "Servett" (İsveçrə) 4:0
Qollar: 
Lukaku, 21. Belotti, 46; 59. Pelleqrini, 52.

Xal: Slaviya - 6. Roma - 6. Servett - 0. Şerif - 0.

H qrupu

"Molde" (Norveç) - "Bayer" (Almaniya) 1:2
Qollar: 
Breyvik, 87 - Frimponq, 14. Tella, 18.

"Hakken" (İsveç) - "Qarabağ" (Azərbaycan) 0:1
Qol: 
Juninyo, 70.

Xal: Bayer - 6. Qarabağ - 6. Molde - 0. Hakken - 0.

Fuad Muradov kimləri şantaj edib? – ALINAN PULLAR

Kriminal

Ötən gün hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilən “Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun nədə ittiham olunduğu məlum olub. 

Mediaxeberleri.Az lent.az-a istinadən bildirir ki, iş üzrə beş zərərçəkmiş var.

İttihama görə, Fuad Muradov tanışı olan G. Nəbiyeva (ad-soyad şərtidir) və Z. Əbilovla (ad-soyad şərtidir) əlbir olaraq zərərçəkmişləri şantaj edib.


Belə ki, iş üzrə zərərçəkmiş beş nəfərin qadınla intim görüntüləri çəkilib, onlar həmin görüntüləri zərərçəkmişlərin ailə üzvlərinə göndərəcəkləri hədəsi ilə ümumilikdə 20 min manata qədər pul tələb edərək alıblar.

İş üzrə zərərçəkənlər Fuad Muradov və digərləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət ediblər.

Müraciət əsasında hər 3 nəfər saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etməkdə) maddəsi ilə ittiham verilib.

Müstəntiqin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən Fuad Muradov və digərləri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

В будущее В прошлое

Навигация