Войти

Milli Qəhrəmanın oğlu nişanlandı

Sosial

Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev nişanlanıb.

Mediaxeberleri.Az xəbər verir ki, E.Mirzəyev Ülkər Abdullazadə adlı xanımla nişanlanıb.

Xatırladaq ki, 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir. İ.Mirzəyev II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İ.Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Şəhid polkovnikin Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qalıb.




Xaçmazda çaydan kişi meyiti tapılıb

Sosial

Xaçmaz rayonunda çaydan kişi meyiti tapılıb.

"Report"un məlumatına görə, rayonun İstisu qəsəbə sakini 1954-cü il təvəllüdlü Əlixan Vəlixan oğlu Mehdixanovun cəsədi qəsəbə ərazisindən keçən çaydan tapılıb.

Onun ruhi xəstəlikdən əziyyət çəkdiyini və üç gün əvvəl evdən çıxaraq bir daha qayıtmadığı bildirilir.

Ə.Mehdixanovun meyiti çaydan çıxarılıb və tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR

Sosial

Yüksək intellektual potensiala malik gənclərin bütün digər sahələrdə olduğu kimi müdafiə sahəsində də geniş dəyərləndirilməsi fürsətlərinin yaradılması Müdafiə Nazirliyinin diqqət mərkəzindədir. Azərbaycan Ordusunun kadr potensialının gücləndirilməsi istiqamətində görülən fəaliyyətlərdə Milli Müdafiə Universitetinin də üzərinə önəmli vəzifələr düşür. Bu gün dəyişən dünya təhlükəsizliyi mühitində rəqabətli insan kapitalının formalaşdırılması, eləcə də insan resurslarının düzgün və məqsədyönümlü layihələrdə dəyərləndirilməsi fəaliyyəti Milli Müdafiə Universitetinin prioritet istiqamətlərindən biridir.

Bu hədəflərə nail olmaq məqsədilə Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən yüksək intellektli gənclərin seçilməsi, onların Müdafiə Nazirliyinin struktur qurum və bölmələrində fəaliyyətlərə cəlb edilməsi üzrə xüsusi layihəni həyata keçirir.

Milli Müdafiə Universiteti rektorunun təhsil məsələləri üzrə müşaviri Rəşad Əhmədov proqramın məqsədləri, şərtləri və gələcək perspektivləri barədə "Azərbaycan müəllimi"nə açıqlama verib.

O qeyd edib ki, ali məktəblərə qəbul olduqları zaman imtahanlardan 600 və daha yuxarı bal toplayan şəxslər, respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri, həmçinin "Times Higher Education World University Rankings" beynəlxalq reytinqində ilk 500 yerə sahib ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramlarının məzunları layihədə yer alırlar. Burada məqsəd yüksək intelekt sahibi gənclərin potensial imkanlarından müdafiə fəaliyyətləri çərçivəsində milli maraqlar naminə yararlanmaq, eləcə də gənclərə xidmətlərini çəkdikləri müddətdə unikal təcrübə qazandırmaq fürsəti yaratmaqdan ibarətdir:

"Bu layihə iştirakçılara ciddi və unikal təcrübə qazandıracaq ki, bu da öz növbəsində onların gələcək karyera inkişafında təkanverici rol oynayacaq. Layihə iştirakçıları hərbi xidmətdən sonra Azərbaycan Ordusunda qalıb xidmət də edə bilərlər".

Müşavir əlavə edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində tövsiyələrinin icrasına müvafiq olaraq onların müxtəlif elmi və praktiki layihələrə cəlb edilmələri layihənin önəmini artırır:

"Milli Müdafiə Universiteti tərəfindən həyata keçirilən bu proqram müdafiə sahəsində ixtisaslaşmaq və karyera qurmaq istəyən gənclər üçün geniş fürsətlər yaradır. Gənclər həm ölkənin müdafiə qabiliyyətinin artırılmasına öz töhfələrini verə bilmək, həm də gələcək karyeralarını qurmaq imkanına sahib olacaqlar. Layihənin digər önəmli tərəfi də orta məktəb şagirdlərinin bu layihə sayəsində təhsilə olan marağının artırılmasının təşviqidir".

Müsahibənin sonunda Rəşad Əhmədov layihədə iştirak edən gənclərə inam və etimadın böyük olmasından və onların bu layihə sayəsində öz potensiallarını reallaşdıracaqlarından əminliyini ifadə edib.

Ölümündən əvvəl həkimlər Tağı Əhmədova nə deyib?

Sosial

Tağı Əhmədovun vəfat etməsilə bağlı bəzi təfərrüatlar məlum olub.

Mediaxeberleri.Az xəbər verir ki, o, bir gün əvvəl müayinə üçün özəl klinikalardan birinə aparılıb. Xəstəxanaya daxil olarkən, səhhəti stabil olub, amma həkimlər ona bir gün orada qalmağı məsləhət biliblər. Dünən saat 20 radələrində səhhəti qəfildən pisləşib və o, rəhmətə gedib.

Qeyd edək ki, Tağı Əhmədov uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. Son bur neçə ildə əlil arabasıyla hərəkət edirdi.

"BakıKart" istifadəçilərinin nəzərinə!

Sosial

Vətəndaşların "BakıKart"dakı hesabları, oradakı vəsaitləri silinməyib. "BakıKart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.

Mediaxeberleri.Az bildirir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib.

O qeyd edib ki, bu problem tez-tez təkrarlandığına görə onun köklü həllinə gedilib.

Bundan başqa, mobil tətbiqin yenilənmə prosesində texniki imkanlarının artırılması nəzərdə tutulub.

Sərnişinlər isə ümid edir ki, onların əvvəlcədən ödədikləri vəsaitləri qısa vaxt ərzində geri qaytarılacaq.




Tağı Əhmədov üçün çağırış daxil olduqdan yeddi dəqiqə sonra imtina edilib

Sosial

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun vəziyyətinin pisləşməsi ilə bağlı çağırış daxil olub.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

"Mərkəzə 18 oktyabr 2024-cü il tarixində, saat 21:00-da Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi ilə bağlı çağırış daxil olub.

Saat 21:07-də isə çağırışdan imtina qeydə alınıb", - deyə TƏBİB məlumat verib.

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi paytaxtdakı klinikalardan birindən məscidə aparılıb.

Mediaxeberleri.Az xəbər verir ki, dini mərasimlərin icrasından sonra cənazə Novxanı qəsəbəsindəki evinə gətirilib.

Hazırda vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və bir sıra ictimaiyyət nümayəndələri iştirak edirlər.

Yaxınlarının sözlərinə görə, Tağı Əhmədov sabah günorta saatlarında Əhmədli qəbiristanlığında dəfn olunacaq.

Ətraflı Baku TV-nin süjetində:



"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.

Bu barədə məlumatı onun həyat yoldaşı Salatın Əhmədova "Qafqazinfo"ya təsdiq edib.

Məlumata görə, bir az əvvəl Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Tağı Məhəmməd oğlu Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998-2014-cü illərdə "Bakı Metropoliteni" QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək

Külək, leysan, qar... - FAKTİKİ HAVA

Sosial

Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır.

Mediaxeberleri.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən, Göygöl, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Kapital Bank 2 mükafata layiq görüldü

Sosial

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” şüarı altında “COP29 Human Capital Forum” tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd ölkəmizdə insan kapitalının davamlı inkişafı, işçi bağlılığının gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə innovativ insan resursları həlləri kimi fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması idi.

Tədbirdə bu istiqamətdə uğurlu təcrübə təqdim edən şirkətlər də mükafatlandırılıb. Təltif edilənlər sırasında ölkənin birinci bankı Kapital Bank-da var. “Ən yaxşı işçi bağlılığı strategiyası” və “Ən yaxşı yaşıl İnsan Resursları startegiyası” nominasiyalarında mükafatlar bankın rəsmi nümayəndələrinə təqdim edilib.

Kapital Bank-ın İstedadların İdarə Edilməsi departamentinin direktoru Aygün Musayeva “Yaşıl dünya naminə həmrəylik ili”ndə bu mükafatları qazanmağın qürurunu bölüşüb. “Komandamız dünyanın ən son texnoloji yenilikləri ilə ayaqlaşaraq daim öz üzərində işləyir və bankımızın təqdim etdiyi mükəmməl inkişaf imkanlarından faydalanır. Bu isə bizə müştərilərimiz üçün innovativ xidmətlər təqdim etmək fürsəti yaradır. Biz müasir dövrdə dayanıqlılığın və yaşıl düşüncənin əhəmiyyətini anlayır, inandığımız bu doğru yolda irəlləyir, inkişaf edirik. Biz İnsan Resursları proseslərimizdən kağızı demək olar ki, çıxarmaqla və onları rəqəmsal platformalara daşımaqla yaşıl İR istiqamətində böyük yol qət etmişik. Eləcə də, bankda işləyən hər kəsin burada hər gün özünü xoşbəxt hiss etməsinə və mükəmməl iş yerinin yaratdığı çoxsaylı imkanlardan yararlanmasına böyük önəm veririk. Biz doğru yoldayıq!”.

Xatırladaq ki, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank nüfuzlu “Great Place To Work” – “Mükəmməl iş yeri” mükafatını Azərbaycanda alan ilk və tək bankdır.

Bank ardıcıl olaraq 2 ildir bu mükafata layiq görülür.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Bu dərmanlar icbari tibbi sığorta təminatına alınır

Sosial

Ambulator müalicə dərmanlarının icbari tibbi sığorta təminatına alınması I oxunuşda təsdiqlənib

Milli Məclis ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsini birinci oxunuşda təsdiqləyib.

Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Ambulator müalicə dərmanlarının icbari tibbi sığorta təminatına alınması I oxunuşda təsdiqlənib

Qeyd olunub ki, dəyişiklik layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb.

Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.

Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.

"Anam rəhmətə gedən gecə yeyib-içmək məclisində olmuşam" - Misir Mərdanov ağladı + VİDEO

Sosial

Bu həftə “Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan “Qaranlıqda həqiqət”in növbəti qonağı sabiq Təhsil naziri, əməkdar elm xadimi Misir Mərdanov olub.

MEDİAXEBERLERİ.Az xəbər verir ki, veriliş zamanı kövrək anlar yaşanıb. Belə ki, sabiq nazir anasının vəfat etdiyi zamanı xatırlayıb, onu görməyə getmədiyi üçün peşmanlığını dilə gətirib və kövrələrək göz yaşlarına hakim ola bilməyib.

Ətraflı RTV-də izləyə bilərsiniz:



В будущее В прошлое

Навигация