Войти

Qazaxda və Şəmkirdə itkin düşən şəxslər tapıldılar

Hadisə

Qazax və Şəmkir rayonlarında itkin düşən iki nəfər tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində itkin düşmüş Qazax rayon sakini M.İsayeva (aprelin 16-da itkin düşüb) və Şəmkir rayon sakini H. Əlizadənin (mayın 14-də itkin düşüb) yeri müəyyən edilərək tapılıb və ailələrinə təhvil veriliblər.

Respublika Psixiatriya Xəstəxanasında ölüm

Hadisə

Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 63 yaşlı kişi vəfat edib.

Mediaxeberlerı.Az Oxu.Az-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü İlham Xasıyev bir müddətdir ki, xəstəxanada müalicə alırmış.


Respublika Psixiatriya Xəstəxanasından bildirilib ki, ilkin ehtimallara görə, vətəndaş kəskin ürək-damar çatışmazlığından vəfat edib.

"Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Məhkəmə-tibbi ekspertizasının rəyi hazır olduqdan sonra, yəqin ki, istintaq orqanı bu barədə məlumat verəcək".

Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər həlak olub?- ADLAR

Hadisə

İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopterin qalıqları tapılıb, ancaq qəzadan sağ çıxan olmayıb.

Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib.

"Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb", - Kolivand IRIB-ə bildirib.

İran prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdə olan sərnişinlərin siyahısı da açıqlanıb.

Bildirilib ki, qəza zamanı helikopterin göyərtəsində prezidentdən başqa Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri olub.

Türkiyədə avtobus qəzaya uğradı: yaralılar var

Hadisə

Türkiyənin Bitlis şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus dərəyə aşıb. Qəza nəticəsində 7 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Ağsu dolaylarında asfalt yol çökdü

Hadisə

Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb.

Mediaxeberleri.Az xəbər verir ki, son günlər yağan güclü leysandan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.

Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.

Bakıda güclü YANĞIN: bu yol bağlandı

Hadisə

Bakının Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Mediaxeberleri.Az-a NİİM-dən bildirilib.

Qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü

Hadisə

Moskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə dəhşətli qətl hadisəsi baş verib.

Mediaxeberleri.Az xəbər verir ki, ilkin məlumata görə, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu məişət zorakılığı zəminində qətlə yetirib.

Mərhum Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu, müxtəlif vaxtlarda “Egvekinot” dəniz limanının, “Spetsstroyexploitation” şirkətlərinin və Ural Geoloji Ekspedisiyasının direktorlar şurasının sədri olub. Fəttahov həm də Mərkəzi Elmi-Tədqiqat Metallurgiya və Materiallar İnstitutunun, eləcə də “Qazprom”un Bryansk filialının direktorlar şurasının üzvü olub.

Oğul atasını döyərək öldürüb, sonra isə intihara cəhd edib. Gənc cümə günü səhər saat 04:50-də yaşadığı mənzilin pəncərələri altında tapılıb. O, xəstəxanaya aparılıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları mənzili açıb və atanın meyitini aşkarlayıblar.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanovanın məlumatına görə, paytaxt İstintaq Komitəsinin müstəntiqləri hadisə yerində işləyir. İnsidentin bütün halların müəyyənləşdirilməsinə yönəlmiş yoxlama işləri aparırlar.


(Oxu.az)

Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Hadisə

Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 1999-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi “Mersedes Benz C 320” markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Tofiq Azər oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mediaxeberleri.Az xəbər verir ki, Tofiq Həsənov Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi olub.

Universitetdən bildirilib ki, Tofiq Həsənov universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirib.

"Çipsi" yedikdən sonra ürəyi dayanan uşağın ölüm səbəbi bəlli oldu

Hadisə

ABŞ-da ədviyyatlı "çipsi"lər yedikdən sonra gözlənilmədən ölən 14 yaşlı oğlanın ölüm səbəbi müəyyən edilib.

Mediaxeberleri.Az xəbər verir ki, Massaçusets ştatında 10-cu sinif şagirdi Harris Volobah "Paqui" şirkətinin istehsal etdiyi çox ədviyyatlı "çipsi" yedikdən qısa müddət sonra yeniyetmə ölüb.

Belə ki, Volobah yüksək miqdarda kapsaisin (acı bibərin aktiv komponenti) istehlakı nəticəsində yaranan qəfil ürək dayanması nəticəsində dünyasını dəyişib. Bildirilib ki, uşaqda ürək və ürək əzələ zolağının da böyüməsi olub.

Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI

Hadisə

Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub.

“Report”un məlumatına görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Belə ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 insan alveri qurbanının (90-ı qadın,1-i kişi) hamısı Azərbaycan vətəndaşı olub:

“Onlardan 28-i Türkiyədə, 28-i Rusiyada, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn Krallığında, 4-ü Qətərdə, 3-ü İranda,1-i İraqda cinsi istismara, daha 2 nəfəri ölkə daxilində əmək istismarına məruz qalıb”, - məlumatda vurğulanıb.

В будущее В прошлое

Навигация