Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
- Bu gün, 20:43
- 26
Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən verilən məlumata görə, Ağstafa rayonunda baş verən partlayış hadisəsi səbəbi ilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 15.11.2026-cı il tarixində saat 15:20-də Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin termiki yanığı və sağ bud nahiyəsinin parçalanmış və didilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və əməliyyat edildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
1986-cı il təvvəlüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək".
Mediaxeberleri.Az xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı Musavat.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Azərbaycan 2-ci Liqasında 11-ci tura start verilib.
Mediaxeberleri.Az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
“Ağstafa Gəncləri” “Difai”ni 3 cavabsız qolla yenib. “Marafon” isə “Şəki”ni 5 cavabsız qolla üstələyib.
2-ci Liqa
11-ci tur
15 noyabr
“Ağstafa Gəncləri” – “Difai” 3:0
Qollar: Elgün Namazov, 18. Elçin Qasımov, 20; 28.
“Marafon” – “Şəki” 5:0
Qollar: Uğur Səfərov, 23; 80. Elmar Rəhimov, 37. Elşad Manafov, 55. Mirmövsüm Caniyev, 88.
| No | Klublar | O | Q | H | M | VQ | BQ | TF | X |
|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | 10 | 9 | 0 | 1 | 38 | 8 | 30 | 27 | |
| 2 | 11 | 8 | 2 | 1 | 31 | 7 | 24 | 26 | |
| 3 | 10 | 7 | 1 | 2 | 28 | 13 | 15 | 22 | |
| 4 | 11 | 7 | 0 | 4 | 34 | 19 | 15 | 21 | |
| 5 | 10 | 7 | 0 | 3 | 23 | 15 | 8 | 21 | |
| 6 | 10 | 5 | 0 | 5 | 23 | 17 | 6 | 15 | |
| 7 | 10 | 4 | 2 | 4 | 20 | 12 | 8 | 14 | |
| 8 | 11 | 3 | 2 | 6 | 20 | 23 | -3 | 11 | |
| 9 | 10 | 2 | 4 | 4 | 16 | 20 | -4 | 10 | |
| 10 | 10 | 1 | 2 | 7 | 16 | 44 | -28 | 5 | |
| 11 | 10 | 1 | 1 | 8 | 7 | 28 | -21 | 4 | |
| 12 | 11 | 1 | 0 | 10 | 8 | 58 | -50 | 3 |
"Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış "YouTube" kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir".
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.
Qeyd edilib ki, sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir:
"Bu kanal əvvəllər də ölkəmizə münasibətdə sistematik şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatların yayılması üzrə ixtisaslaşıb. Məsələ ilə bağlı müvafiq platformaya rəsmi müraciət ünvanlanıb və əminik ki, şirkət müraciəti operativ araşdıraraq sözügedən dezinformasiyanın öz platformalarında yayılmasının qarşısını almaq üçün zəruri addım atacaq. Azərbaycan Respublikası Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə yayılan məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi məlumatları əsasında yoxlamağa və təsdiqlənməmiş iddiaları tirajlamaqdan çəkinməyə çağırır".
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib.
Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, hazırda əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edir.
Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın olub.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in "112" qaynar telefon xəttinə Qazax rayonunun Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ot bağlamalarının yığıldığı sahədə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 13 ton ot bağlamasının üç tonu yanıb. Ot bağlamalarının böyük hissəsi yanğından mühafizə olunub.
Noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Mediaxeberleri.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.
Noyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-17° isti, dağlarda 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.
Sabah paytaxın bəzi ərazilərində su olmayacaq.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilir ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı gün ərzində mərhələlərlə bərpa olunacaq.