Войти

Yediyimiz toyuqları belə şişirdirlər! - ŞOK VİDEO

İqtisadi xəbərlər və təhlil

Xüsusi maddənin sayəsində toyuğun çəkisini öz xalis çəkisindən 1 kiloqramadək artırılır.

Gündəlik qida rasionumuza daxil olan toyuq əti quşçuluq müəssisələrində xüsusi maddə ilə şişirdilir. Bunu təqdim etdiyimiz vieodan da aydın görmək mümkündür. Belə ki, xaricdəki broylerlərdən birində toyuqlar elektrik şoku ilə öldürüldükdən sonra tükləri təmizlənir. Burada onu qeyd etmək lazımdır ki, toyuğun başı kəsilmədən, qanı axıdılmadan bu proseslər davam etdirilir.

Bundan sonra isə broylerin işçiləri toyuqların bud nahiyəsinə və ağ ətinə həmin maddəni şprislə yeridirlər. Həmin an toyuq öz real çəkisindən 300-500 qram artıq çəkidə olur. Hətta xüsusi maddənin sayəsində toyuğun çəkisini öz xalis çəkisindən 1 kiloqramadək artırmaq da mümkündür.

O da məlumdur ki, bu texnologiyanı tətbiq etməkdə məqsəd, broyler sahiblərinin qaz vurub qazan doldurmaq cəhdinin nəticəsidir. Amma təəssüf ki, bu qazanc halal yolla deyil, alıcıları aldatmaqla həyata keçirilir.

Mediaxeberleri.Az xəbər verir  ki, alimlərin araşdırmasına görə, bütün dünyada, eləcə də Avropa ölkələrində quşçuluq təssərrüfatında istifadə edilən yemlərin tərkibinə 59 adda dərman vurulur. Bu dərmanların çoxu antibiotik təsirli olur ki, toyuqlar həm tez kökəlsin, həm də xəstələnməsin. 

Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu broylerlərdə dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların onlara verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Amma gördüyümüz kimi nəinki toyuqlara kəsimdən əvvəl çoxsaylı dərman vurulur, hətta kəsimdən sonra satışa gedəndə belə çəkisinin artması üçün onların dərisinin altına şprislə xüsusi maddə yeridilir.

Bu isə onu deməyə əsas verir ki, sağlamlığınızı qorumaq istəyirsinizsə, broyler toyuqları almayın.


Bizimlə əlaqə saxlayın

Yediyimiz toyuqları belə şişirdirlər! - ŞOK VİDEO

Problem

Xüsusi maddənin sayəsində toyuğun çəkisini öz xalis çəkisindən 1 kiloqramadək artırılır.

Gündəlik qida rasionumuza daxil olan toyuq əti quşçuluq müəssisələrində xüsusi maddə ilə şişirdilir. Bunu təqdim etdiyimiz vieodan da aydın görmək mümkündür. Belə ki, xaricdəki broylerlərdən birində toyuqlar elektrik şoku ilə öldürüldükdən sonra tükləri təmizlənir. Burada onu qeyd etmək lazımdır ki, toyuğun başı kəsilmədən, qanı axıdılmadan bu proseslər davam etdirilir.

Bundan sonra isə broylerin işçiləri toyuqların bud nahiyəsinə və ağ ətinə həmin maddəni şprislə yeridirlər. Həmin an toyuq öz real çəkisindən 300-500 qram artıq çəkidə olur. Hətta xüsusi maddənin sayəsində toyuğun çəkisini öz xalis çəkisindən 1 kiloqramadək artırmaq da mümkündür.

O da məlumdur ki, bu texnologiyanı tətbiq etməkdə məqsəd, broyler sahiblərinin qaz vurub qazan doldurmaq cəhdinin nəticəsidir. Amma təəssüf ki, bu qazanc halal yolla deyil, alıcıları aldatmaqla həyata keçirilir.

Xatırladaq ki, alimlərin araşdırmasına görə, bütün dünyada, eləcə də Avropa ölkələrində quşçuluq təssərrüfatında istifadə edilən yemlərin tərkibinə 59 adda dərman vurulur. Bu dərmanların çoxu antibiotik təsirli olur ki, toyuqlar həm tez kökəlsin, həm də xəstələnməsin. 

Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu broylerlərdə dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların onlara verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Amma gördüyümüz kimi nəinki toyuqlara kəsimdən əvvəl çoxsaylı dərman vurulur, hətta kəsimdən sonra satışa gedəndə belə çəkisinin artması üçün onların dərisinin altına şprislə xüsusi maddə yeridilir.

Bu isə onu deməyə əsas verir ki, sağlamlığınızı qorumaq istəyirsinizsə, broyler toyuqları almayın. (Mediaxeberleri.az)


Ağstafa: Yeni layihələrin icrası diqqət mərkəzində - FOTOLAR

Bölgə

Ağstafa rayonunun siması getdikcə dəyişir. Burada aparılan geniş abadlıq-quruculuq işləri hər gün yeni vüsət alır. Hiss olunur ki, rayon tezliklə iri miqyaslı layihələrin həllinə nail olacaqdır. Bir fakt maraq doğurur ki, rayonda görülən işlər həm məzmununa, həm keyfiyyətinə, həm də milli koloritinə görə seçilir və istər-istəməz hamının marağına səbəb olur.


Başqa bir diqqətçəkən məqam rayonda yeni infrastruktur layihələrin icrası ilə əlaqədardır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2011-ci il tarixli sərəncamı bir daha göstərdi ki, Ağstafada irimiqyaslı işlərə, problemlərin tezliklə aradan qaldırılmasına, adamların sosial qayğılarının həllinə ölkə rəhbərliyi səviyyəsində ciddi diqqət və qayğı var. Söhbət "Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" ölkə Prezidentinin imzaladığı sərəncamdan gedir. Görün, rayon sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Yasəmən Məmmədova ölkə Prezidentinə nə yazır? "Möhtərəm Prezident! Avqustun 24-də "Xəbərlər" proqramına qulaq asarkən rayonumuzun PoyluXətaiYenigünAşağı Göyçəli avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzaladığınızı eşitdik. Ürəkdən sevindim və Sizə öz minnətdarlığımı bildirmək istədim.


Ulu öndərimiz Heydər Əliyev də həmişə bizim rayona diqqət və qayğı ilə yanaşırdı. Ağstafa rayonunun inkişaf etməsində ulu öndərin böyük əməyi olmuşdur.


Əziz Prezident! Rayonumuzun yol infrastrukturunun yenidən qurulmasına göstərdiyiniz diqqət camaatımızın dolanışığının yaxşılaşmasına xeyli kömək edəcəkdir.


Əmək qəhrəmanı və el ağbirçəyi kimi Sizə bir daha təşəkkür edirəm. Min dəfə sağ olun! Allah Sizi qorusun".


Bu sözlər təkcə ağbirçək bir qadının deyil, bütün ağstafalıların ürəyindən gələn fikirlərdir. Artıq xeyli vaxtdır ki, 5 yaşayış məntəqəsini birləşdirən, 7,5 kilometr uzunluğunda olan bu yolun tikintisində qızğın iş gedir. Yolun tikintisi üçün 2,3 milyon manat vəsait ayrılmışdır və tikintinin başa çatdırılması adamları uzun illərdən qalmış bir çox problemlərdən xilas edəcəkdir. Uzunluğu 54 kilometr olar AğstafaBöyük KəsikSadıxlı avtomobil yolunun da əsaslı təmir olunması ağstafalıları hədsiz sevindirir.


Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işi də iri layihələrdəndir. Təntənəli şəkildə təməli qoyulan layihənin icrasına başlanılmış və işlərin gedişi göstərir ki, Ağstafada bu sahədəki problemlər də tezliklə arxada qalacaqdır.


Yolların, park və xiyabanların, yaşayış və inzibati binaların, digər tikintilərin abadlaşdırılması, təmir-bərpası, inşası işləri də rayonda geniş vüsət alıb. Artıq xeyli vaxtdır ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının yeni inzibati binasının tikintisi aparılır. Öz orijinal üslubuna, quruluşuna görə olduqca maraqlıdır və digər binalardan seçilir. Yəqin ki, bu bina hazır olduqdan sonra şəhərdə öz gözəlliyi ilə hamının diqqətini cəlb edəcəkdir.


Ağstafa şəhərində Heydər Əliyev adına parkın genişləndirilməsi və yenidən qurulması sahəsində də işlərə başlanılmışdır. Parkın yeni layihəsi çox orijinaldır. Bundan başqa, S.Vurğun adına parkda əsaslı təmir və yenidənqurma işləri aparılır.


Bir çox küçələr, o cümlədən Heydər Əliyev prospekti, Ü.Hacıbəyov, H.Arif küçələri öz görkəmini tamamilə dəyişir, yol kənarındakı hasarlar, səkilər, ağac və gül kolları, çil-çıraqlı dirəklər və digər elementlər şəhərə xüsusi gözəllik gətirir və bu işlər ləngimədən davam etdirilir. Bir sıra yaşayış binalarının dam örtüyü, fasadı yenidən qurulur, həyətlərdə xeyir-şər evləri tikilir, idman meydançaları salınır.


Rayonda yeni inzibati binaların tikintisinə də start verilib. Artıq baytarlıq və statistika idarələrinin binaları başa çatmaq üzrədir.


Yol kənarlarındakı ticarət, ictimai iaşə obyektlərinə, digər tikililərə də əl gəzdirilir, onlar əsaslı şəkildə, həm də zövqlə təmir edilir.


Rayonun Tatlı və Düzqışlıaq kəndlərində yeni məktəb binalarının tikintisi aparılır. Mövcud olan məktəblərin hamısında isə cari təmir işləri həyata keçirilmişdir. Şəhərdə 16 və 24 mənzilli yaşayış binaları tezliklə hazır olduqdan sonra qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri köçürüləcəklər.


Şəhərin əmək kollektivlərində, təhsil, səhiyyə ocaqlarında, ayrı-ayrı təsərrüfatlarda nizam-intizam gücləndirilmiş, tapşırılan iş üçün məsuliyyət hissi artırılmışdır.


Ağstafada görülən işlər haqqında qısaca məlumat verdik və yeni layihələrin şəkillərini oxuculara təqdim edirik. 


Məqsəd burada gedən müsbət dəyişiklikləri qeyd etmək, perspektiv işlər haqqında məlumat verməkdir. Amma bütün bunlar həyata keçiriləsi işlərin çox cüzi hissəsidir. Böyük işlər qabaqdadır və rayon rəhbərliyi qısa vaxtda qüvvələri bu istiqamətə yönəldə bilmişdir.


В будущее В прошлое

Навигация