Войти

Paşinyan 4 kəndi “dəyişmək” istəyir: bəs, digər 4 kənd?

Siyasi analitik yazılar

Paşinyan anklavlar məsələsinin danışıqlar mövzusu olduğunu deyib və iddia edib ki, Azərbaycan kəndlərini istəyirsə, Başkəndi Ermənistana verməlidir.

Mediaxeberleri.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Ermənistan Baş naziri Nikol Paşinyanın anklavlarla bağlı sözlərini şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, burada diqqətçəkən məqam onun irəli sürdüyü təklifdir:

“Erməni baş nazir anklavlar məsələsini qarşılıqlı tanınma ilə həllini təklif edir: onların olduğunu iddia etdiyi Başkənd bizdə qalır, anklav olan Kərki və Qazaxın 3 kəndi - Yuxarı Əskipara, Bərxudarlı və Sofulu onlarda; beləliklə, Başkəndlə 4 kəndimizi “barter” etmək istəyir.

Və bu təklifini anklavlar qaytarılacağı təqdirdə həmin ərazi ilə əlaqə qurmaq üçün dəhlizlərə ehtiyac olması ilə əlaqələndirir.

Paşinyan bilir ki, Azərbaycan Başkəndi müzakirə etməyəcək, belə təkliflə anklavlar məsələsini arxa plana keçirməyə cəhd göstərir. Hərçənd, Qazaxın 4 kəndi – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli anklav deyil. Ermənistan anklav məsələsini müzakirə etməmişdən öncə bu kəndləri qaytarmalıdır”.


Paşinyan 4 kəndi “dəyişmək” istəyir: bəs, digər 4 kənd?

Siyasi analitik yazılar

Paşinyan anklavlar məsələsinin danışıqlar mövzusu olduğunu deyib və iddia edib ki, Azərbaycan kəndlərini istəyirsə, Başkəndi Ermənistana verməlidir.

Mediaxeberleri.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Ermənistan Baş naziri Nikol Paşinyanın anklavlarla bağlı sözlərini şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, burada diqqətçəkən məqam onun irəli sürdüyü təklifdir:

“Erməni baş nazir anklavlar məsələsini qarşılıqlı tanınma ilə həllini təklif edir: onların olduğunu iddia etdiyi Başkənd bizdə qalır, anklav olan Kərki və Qazaxın 3 kəndi - Yuxarı Əskipara, Bərxudarlı və Sofulu onlarda; beləliklə, Başkəndlə 4 kəndimizi “barter” etmək istəyir.

Və bu təklifini anklavlar qaytarılacağı təqdirdə həmin ərazi ilə əlaqə qurmaq üçün dəhlizlərə ehtiyac olması ilə əlaqələndirir.

Paşinyan bilir ki, Azərbaycan Başkəndi müzakirə etməyəcək, belə təkliflə anklavlar məsələsini arxa plana keçirməyə cəhd göstərir. Hərçənd, Qazaxın 4 kəndi – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli anklav deyil. Ermənistan anklav məsələsini müzakirə etməmişdən öncə bu kəndləri qaytarmalıdır”.


Səməd Seyidov AŞPA-nın tədbirlərində iştirak edəcək

Siyasi analitik yazılar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun tədbirlərində iştirak etmək üçün noyabrın 26-da Lixtenşteyn Knyazlığının Vaduts şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Səməd Seyidovun qatılacağı AŞPA-nın Daimi Komitəsinin iclasında Polşada parlament seçkilərinin müşahidəsi ilə bağlı, “Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf”, “Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi” mövzularda və digər məsələlər ətrafında müzakirələr aparılacaq. Tədbirdə həmçinin Daimi Komitənin növbəti iclaslarının yeri və vaxtı müəyyənləşdiriləcək.

Səfər çərçivəsində Səməd Seyidov qurumun Büro iclasında da iştirak edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək.

Səfər noyabrın 29-da başa çatacaq.

Fransanın hədəfi: Zəngəzurda müharibə başlasın, sonra isə… – Bayraq həmləsi

Siyasi analitik yazılar


Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirildi. Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyaya 10 minədək etirazçı qatılıb. Etiraz aksiyasında cəmi üç bayraq qaldırılıb ki, bunlardan biri də Azərbaycan bayrağıdır. Aksiya iştirakçıları Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar.


Prinsip etibarilə aksiya iştirakçılarının Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancması təsadüfi deyil. Rəsmi Bakı Fransadan fərqli olaraq irqçi, islamofob, antisemit və neokolonialist ölkə deyil. Hətta bu neqativ baxışlara qarşı çıxır, mübarizə aparır.
Azərbaycan Fransadan fərqli olaraq separatizmə deyil, xalqların öz müqəddəratını təyinetmə prinsipini dəstəkləyir. Belə ki, rəsmi Paris vaxtilə həm keçmiş qondarma rejimə, həm də hazırda Bakıda həbsdə olan “lider” Araik Arutyunyana dövlət kanalında platforma tanıyıb, separatizmə dövlət səviyyəsində açıq dəstək verirdi. Halbuki Fransa özü başda Yeni Kaledoniya və Korsika olmaqla müstəmləkələrində xalqların öz müqəddəratını təyin etməsinə izin vermir, əksinə qanunsuz şəkildə referendumlara müdaxilə edirdi.


Azərbaycan isə Fransadan fərqli olaraq 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısında Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələrinin iştirak edib haqq səsini deməsinə şərait yaratdı.


Bundan başqa, Bakı Təşəbbüs Qrupu çərçivəsində müxtəlif səviyyədə tədbirlər davam etdirilir. Son olaraq bu il noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfrans təşkil edilib.


Bu gün Fransa Ermənistanı siyasi, iqtisadi və hərbi baxımdan aktiv şəkildə dəstəkləyir. Xüsusilə Parisin İrəvanı silahlandırması, Azərbaycanla sülhün əldə edilməsini çətinləşdirir. Paris Ermənistanla Azərbaycan arasında yeni müharibənin olmasında maraqlıdır. Bu müharibənin Ermənistan ərazisində baş verməsi üçün əlindən gələni edir.


Fransa son zamanlar Azərbaycana qarşı iqtisadi sanksiyalar paketi də hazırlayır. Bu yolla Bakını iqtisadi baxımdan zəiflətmək istəyir. Diqqətçəkən məqam isə Azərbaycanın Fransaya çox sərt reaksiya verməməsidir. Bir çox hallarda rəsmi Bakı soyuqqanlılığını qoruyur.


Əslində, Azərbaycanın Fransaya vurduğu zərbə, verdiyi mesaj Parisin Bakıya vuracağından 10 qat daha ciddidir. Bakının başda yeni Kaledoniya və Korsika olmaqla Fransanın müstəmləkələrinə öz müqəddəratlarını təyin etməsi üçün verdiyi siyasi dəstək düşünüldüyündən daha uzaqgörən bir siyasətdən xəbər verir. Bakı faktiki olaraq Parisə “öz meydanında” cəbhə açıb

Müəllif: Politoloq Turan Rzayev

Azərbaycan nefti bir dollar bahalaşıb

İqtisadi xəbərlər və təhlil

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti bir ABŞ dolları və ya 1,2% artaraq 85,66 dollara yüksəlib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.

Qubada qanunsuz kömür quyusu aşkarlanıb

Bölgə

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə birgə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, qanunsuz kömür istehsal edənin rayonun Rustov kənd sakini Hafiz Bayramov olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Şəmkirdə qanunsuz tikililər sökülüb - FOTO/VİDEO

Bölgə

Şəmkir rayonunda qanunsuz tikililər sökülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Abbaslı kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan bir neçə ünvanda qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sözügedən qanunsuz tikililər sökülüb.


Şəmkirdə zibilliyə görə vəzifəli şəxs cəzalandırıldı

Bölgə

Şəmkir rayonunda sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Şəmkir rayon Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

Aşkar edilmiş faktla bağlı vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bu kimi halların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

“Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın bağlanış tədbiri BDU-nun Qazax filialında olub

Gündəm

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu, Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd edilməkdədir. Prezident cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsidir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. Bu gün də, sabah da qürurla söyləyəcəyik ki, Ulu Öndər Heydər Əliyev qədirbilən xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Xalqımız müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyəti hər zaman böyük hörmət və ehtiramla anacaq.

Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur.

“Heydər Əliyev İli” çərçivəsində 2023-cü il 23-24 noyabr tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin, Ərzincan Binəli Yıldırım Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Noyabrın 23-də Ədəbiyyat Muzeyində keçirilən Beynəlxalq Elmi Konfransa Türkiyədən, Qazaxstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan, Koreyadan elm adamları qatılıb. Konfransın açılış tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri üzvü Hulusi Kılıc, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa, Adıyaman Üniversitesi Fen Edebiyyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, Prof.Dr. Şehrabanı Allahverdiyeva, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova, Naxçıvan Dövlət Universitetindən Fil.ü.f.d.dos. Bağır Babayev, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.

Noyabrın 24-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın bağlanış tədbiri Bakı Dövlət Universitetinin Qazax filialında keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova, şəhid ailələri, filialın müəllim-tələbə heyəti iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. İ.Qəsəbova qeyd edib ki, nə xoş bizlərə ki, dahi şəxsiyyətin adı ilə bağlı olan bir ildə keçirilən yubiley tədbirlərinin iştirakçısıyıq və gözəl anlara şahidlik edirik. İ.Qəsəbova Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı və Ərzincan Binəli Yıldırım Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransa Azərbaycanla yanaşı, Türkiyədən, Qazaxstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan elm adamlarının qatıldığını bir daha diqqətə çatdırıb. İ.Qəsəbova Beynəlxalq Elmi Konfransın həyata keçirilməsində dəstək verən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin təşəkkürünü bildirib. Konfransa elmi məruzələri ilə qatılan, məqalə ilə çıxış edən bütün elm adamlarına, eləcə də konfransın təşkilində əməyi keçənlərə təşəkkür edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini, hər zaman olduğu kimi, “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın da yüksək səviyyədə təşkil olunduğunu söyləyib. İcra başçısı Ulu Öndərin 100 illiyi ilə bağlı keçirilən Beynəlxalq Elmi Konfransın dahi şəxsiyyətin adına layiq şəkildə keçirildiyini bildirib və yüksək qiymətləndirib. İcra başçısı Ümummilli Liderin 100 illiyi ilə bağlı keçirilən Beynəlxalq Elmi Konfransda dünyanın dörd bir yanından elm adamlarının iştirak etməsini, 200-dən çox elmi məqalənin təqdim olunmasını dahi şəxsiyyətə olan hörmət və ehtiramın təcəssümü kimi dəyərləndirib. Beynəlxalq Elmi Konfransın yüksək səviyyədə keçirilməsini BDU-nun Qazax filialının növbəti uğuru kimi qeyd edib. İcra başçısı Ulu Öndərin adı ilə bağlı keçirilən Beynəlxalq Elmi Konfransda iştirak edən dəyərli qonaqlara, ziyalılara, elm adamlarına, eləcə də konfransın ərsəyə gəlməsində əziyyəti keçən insanlara minnətdarlığını bildirib.

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konfransla bağlı fikirlərini bölüşüb. A.Rüstəmov Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil olunmuş Beynəlxalq Elmi Konfransda iştirak edən qonaqlara, millət vəkillərinə, ziyalılara, eləcə də onlayn şəkildə qatılan elm adamlarına öz adından və rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Konfransın tərəfdaşı olaraq təşkilati işlərdə göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. A.Rüstəmov təqdim edilən 200-dən artıq elmi məqalənin, konfransın bütün materiallarının toplu şəklində kitab kimi dərc olunacağını, dahi şəxsiyyətin yubileyinə növbəti töhfə olacağını söyləyib.

Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konfrans barədə fikirlərini bölüşüb. Ərzincan Binəli Yıldırım Universiteti olaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunmuş Beynəlxalq Elmi Konfransa qatıldıqları, ən əsası da konfransın təşkilatçılarından biri olduqları üçün özünü xoşbəxt və şanslı hesab etdiyini bildirib. A.Kafkasyalı çıxışında Mustafa Kamal Atatürkü və Ulu Öndər Heydər Əliyevi ehtiramla anıb, hər iki şəxsiyyətin nəinki qardaş Türkiyədə, eləcə də bütün dünyada hörmət və ehtiramla xatırlandığını, örnək götürüldüyünü söyləyib.

Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin adı ilə bağlı tədbirdə iştirak etməkdən məmnunluq hissi duyduğunu söyləyib və şəhid ailələrinin tədbirə dəvət olunmasına görə razılığını ifadə edib. Şəhid atası rayonda bütün sahələrdə olduğu kimi, keçirilən tədbirlərin də yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Bunun bariz nümunəsi olaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunmuş Beynəlxalq Elmi Konfransı göstərib. V.Nəsibov həm də keçmiş bir hərbçi kimi şanlı Azərbaycan Ordusunun uğurlarından söz açıb. Əsası Ulu Öndər tərəfindən qoyulan ordu quruculuğu siyasətinin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında güclü ordumuzun rəşadəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində tarixi Qələbə qazandığımızı söyləyib. Övladı Xaliddin və bütün şəhidlərimizin qəhrəmanlığı sayəsində bu gün işğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalandığını qeyd edib.

Yaltaqlar üçün...

Karusel

Aqşin Kərimov yazır...

Yaltaqlıq xəstəlikdir, yoxsa şəraitə uyğunlaşıb daha böyük vəzifələrə, imtiyazlara yiyələnmək üçün adi vərdişlərdən biri?

Mənə görə, yaltaqlıq bioloji-mənəvi bir çatışmazlıqdır, insanın natamamlıq kompleksinin zilə qalxmasının bir nəticəsidir.

Yaltaqlıq təkamül nəticəsində canlıların (məncə, heyvanlarda da var) qazandığı ən pis vərdişlərdən biridir.

Mərhum Mirzə Ələkbər Sabirin “Tülkü və Qarğa” təmsilindəki

“Olmasaydı cahanda sarsaqlar,

Ac qalardı, yəqin ki, yaltaqlar” qafiyəsi əsrlərdən bu yana uzanıb gələn yaltaqlıq sindromunu çox gözəl ifadə edir.

Ona-buna quyruq bulamağın forması zamana və zəminlərə görə dəyişir, amma mahiyyəti elə tarixdə necə olubsa, indi də elədir. Uzağı, XXI əsrdə yaltaqlığın bir qolu olan yalaqlığın ali bir səviyyəsi kəşf olunub ki, bu da intellektual yarınmadır.

Belə xarakterləri dəyişmək elmin hələ də üzərində baş sındırdığı zamanı geriyə və ya irəliyə çəkmək kimi müşkül bir məsələdir.

Ən bəlalı problem odur ki, yaltaqlıq kimi individual mənəvi xəstəlik ictimai bir mərəzə çevrilir.

Burada mərəkə qopur, yaltaqlanmaq üçün hamı sıraya düzülür, hətta kimin daha həlim, xoş sözlərlə yaltaqlanmaq uğrunda amansız bir savaşı meydan sulayır. Hətta vəziyyət elə həddə qədər kritikləşir ki, bir yaltaq digər həmkarını bəyənmir, onun təriflərinə ağız büzür. Yəni yaltaqlığı belə, monopoliyaya götürmək üçün qızğın bir mübarizə gedir.

Heç bir halda ictimai bəla halına gələn yaltaqlığa haqq qazandırmaq olmaz, əksinə, onu cəmiyyət olaraq müalicə etmək zərurətini çiynimizdə hiss etməliyik. Hərçənd, tam sağalması da mümkünsüzdür.

Optimal bir variantı belə görürəm ki, yaltaqlara ictimai çıxışlarda az yer verilməli, onlar tədricən informasiya mühitində izolyasiyaya məruz qoyulmalıdır. Çünki onlar hayqırıb qabağa getdikcə, özündən sonrakı nəsillərə pis bir vərdiş aşılanır. Bu vərdiş ictimai hüceyrələrə hopur və ləkə salır, nəticədə gənclər arasında da yaltaqlığın adətə çevrilməsi onların “sələf”lərinin buraxdığı eybəcər bir irs kimi təzahür edir.

Gənc də elə bilir ki, yaltaqlanmasa, kiminsə şəninə təriflər söyləməsə, qabağa gedə bilməyəcək, karyerasında axsayıb şikəst qalacaq.

Halbuki, yaltaqlardan heç kimin, hətta yaltaq nitqinin ünvanlandığı şəxslərin belə, xoşu gəlmir. Çünki yaltaq adam təhlükəlidir, şəraitə buqələmun kimi uyğunlaşıb vaxtı ilə öydüyü insanı da zərbə altına qoyar.

Bunu ağıllı VƏZİFƏLİLƏR və ya özəl şirkətlərin MÜDİRLƏRİ dərk edirlər, amma nə etsinlər ki, onların da işini tərifləyəcək, mübaliğə ilə təbliğ edəcək şəxslər lazımdır.

Mən qətiyyən marketinqdəki şişirdilmiş təbliğatı nəzərə almıram, çünki bu, kapitalist bazar münasibətlərinin tələbi və biznes maraqlarıdır. Mənim gəlmək istədiyim nöqtə, belə işi yaltaqlıqla, müticəsinə, ağasının qulu olmaq formasında aparanların sonradan imtiyaza yiyələnməsi ilə əlaqəlidir.

Burada rəsmi təmsilçilikdə olmayanların üzərinə konsentrasiya olunuruq. Hər hansı şirkəti və ya dövlət qurumunu təmsil etməyənlərin yaltaqlıq üçün növbəyə durmaları lap acınacaqlıdır.

Bir də baxırsan ki, biri xaraktersizlik göstərir, gah o naziri, gah bu məmuru, gah da hansısa mətbuat katibini tərifləyir. Belələri üçün vicdan, ədalət anlayışı isə özünün işləkliyini çoxdan itirib. Vəzifəyə GİRMƏK üçün min-bir oyun çıxaranların qurduqları tamaşanın nə qədər iyrənc göründüyü elələri üçün önəmli deyil.

Burada incə bir haşiyə çıxaq: kiminsə kiməsə simpatiyasının olub onu təbliğ etməsinə gəlincə, buna bütövlükdə yaltaqlıq deyə bilmərik.

Yaltaqlıq böyük bir təmənna güdülərək edilənlərdir, deməli, birinə alternativ gəlir mənbəyi açılsa, o, əvvəlki “dəyər”ini ayaqlar altına atacaq.

Ömrünü ona-buna yarınaraq keçirənlərin mənəvi rahatlıq kodeksini müəyyən edən şey yaltaqlıq ünvanından gələn gəlirlərdir. Bu mənbəni başqa biri əvəzləyib daha yüksək təminat vəd etsə, yaltaqlanan adam üçün prinsip, sədaqət yoxa çıxacaq.

Elələri üçün o məmurun və ya başqa imkanlı birinin qucağından düşüb başqa birinin dizi üstündə əyləşmək elə də çətin deyil.

Yaltaqlığın belə forması ən təhlükəlidir, ictimai münasibətlərin normal tempdə inkişafı önündə qalın bir çəpər tikir.

Yaltağa “yaltaqlanma” demək də olmur, çünki bu, fərdi bir xasiyyətdir, amma ictimai tərəqqi naminə ictimai yaltaqlığın öləziməsi üçün tədbirlər görmək olar.

В будущее В прошлое

Навигация