Войти

Maaş gecikməsinə görə işçiyə əlavə vəsait ödənilməlidir? - Video

Sosial

Bəzən bir sıra şirkət və müəssisələrdə əmək haqqının gecikdirilməsi kimi neqativ hallar müşahidə edilir. Hətta elə iş yerləri var ki, maaş gecikməsinə mütəmadi rast gəlindiyindən bunu normal hal kimi qəbul edirlər. Belə olan halda işçinin hüquqları nədən ibarətdir?

Mediaxeberleri.Az xəbər verir ki, hüquqşünas Hikmət Əliyev işçinin gecikdirilən hər günə görə məhkəmədə iddia qaldıraraq kompensasiya tələb etmə hüququ olduğunu vurğulayıb.

O, bu barədə "Xəbərin olsun" verilişinə açıqlamasında bildirib:

"Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəf işçinin maaşını vaxtında və tam ödəmək öhdəliyi daşıyır. Maaşın gecikdirildiyi hər gün üçün isə məhkəmədə iddia qaldırmaqla ağılabatan həddə kompensasiya tələb etmək mümkündür".

Hər gecikdirilən gün üçün isə işçiyə əmək haqqının bir faizi ödənilməldir. Bu problem Əmək Məcəlləsinin "Əmək Mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Ətraflı videoda:


3500 abonentin qazı kəsiləcək

Sosial

Cəlilabad şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.

Mediaxeberleri.Az-ın məlumatına görə, yanvarın 30-u saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 3 500 abonentin (Heydər Əliyev prospektinin bir hissəsi, M.Hüseyn, A.Azərtürk, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Bakıda iş xanımının boğazına bıçaq dayadılar

Kriminal

Bakı şəhəri, Nərimanov rayonu ərazisində oğurluq hadisəsi yaşanıb.

Mediaxeberleri.Az Patrul.az-a istinadən xəbər verir ki, qadın avtomobilinə əyləşərkən tanımadığı şəxs onu bıçaqla hədələyərək çantasını tələb edib.

İstəyinə nail olan oğru hadisə yerindən qaçıb.



Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb?

Ölkə

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin Qarabağda yediyi milyonlarla bağlı maraqlı faktlar ortaya çıxıb. Uzun illərdir ki, Azərbaycandan xaricə külli miqdarda vəsait çıxaran, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi kimi ölkələrdə çoxlu sayda daşınmaz əmlaka yiyələnən adıçəkilən cütlük, müqəddəs Qarabağda da rüşvətsiz və talansız ötüşə bilməyib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə,

Hesablama Palatasının “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsində apardığı yoxlamalar nəticəsində dövlət büdcəsinin talanması ilə bağlı dəhşətli faktlar ortaya çıxarıb. Məlum olub ki, sözügedən qurum təmit-tikinti adı ilə böyk vəsaitlər mənimsəyib, habelə keçirilən tenderlərdə yalnız özlərinə yaxın şirkətlərin iştirakına şərait yaradıb. Təmir-tikinti və bərpa prosesində yer alan “kənar şirkətlər” isə tenderlərdən verdikləri yüksək “atkat” qarşılığında qalib çıxıb. Bundan başqa, məlum olub ki, tikilməli olan, yaxud tikildiyi iddia olunan bəzi obyektlər ümumiyyətlə tikilməyib və yalnız kağız üzərində var olub.

Qeyd edək ki, Namiq Hümmətov “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvüdür və tikinti prosesinə şəxsən nəzarət edir. Onun razılığı olmadan Qarabağla bağlı hansısa tenderin keçirilməsi, hansısa şirkətin bu tenderdən qalib çıxması mümkün deyil.

Namiq Hümmətov və onun sevimlisi Ramin Abdullayevin şəhdi qanı tökülən torpaqlarda mənimsədiyi milyonlar nəticəsində Qarabağda dövlət əhəmiyyətli bir sıra layihənin taleyi sual altına düşüb. Hazırda bu layihələrin aqibətinin necə olacağı məlum deyil.

Milli Məclisin komissiyası vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Ölkə

Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində dövlətimizin xarici təhlükələrdən qorunması, bütövlüyü və təhlükəsizliyi ilə bağlı, o cümlədən Azərbaycan xalqının birliyinə və milli-mənəvi dəyərlərinə təhdid yarada biləcək məkrli fəaliyyətlərə dair təhlillər aparır, onların ifşası və qarşısının alınması istiqamətində tövsiyələrini hazırlayır.

Bu barədə Mediaxeberleri.Az-a Milli Məclisdən bildirilib.

Komissiyanın apardığı monitorinqlər zamanı əsasən qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri tədqiq edilib, anti-Azərbaycan kampaniyada sistemli və mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunub.

Kampaniyaya 300-dən çox hesab cəlb edilib ki, onların da 124-ü “Facebook”da, 67-si “Instagram”da, 67-si “Telegram”da, 32-si “YouTube”da, 10-u “X”də və digər sosial media platformalarında fəaliyyət göstərirlər.

Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanıb.

"Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı yalan və saxta məlumatlara inanmamağa çağırır.

Monitorinqin nəticələri ilə bağlı hesabat müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına təqdim ediləcək", - bəyanatda yayılıb.

Bakıda çəkiləcək tramvay xətləri ilə bağlı YENİ AÇIQLAMA

Ölkə

Bakıda iki yaşayış sahəsinin – Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur”.

Mediaxeberleri.Az xəbər verir ki, bunu bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

“”Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin”, – deyə sədr bildirib.

Ağstafada bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədədir - VİDEO

Bölgə

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 


Mediaxeberleri.Az xəbər verir ki, Ağstafada bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədə təşkil olunub.


Xatırladaq ki, Azərbaycanda 29 yanvar bələdiyyə seçkiləri öncəsi təşviqat dönəmində nə siyasi partiyalar, nə də müstəqil namizədlər arasında debatlar və ya diqqətçəkən kampaniyalar keçirilməyib.

Ətraflı videoda: 

Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar AÇIQLANDI

Ölkə

"10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcək".

Mediaxeberleri.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, burada metronun inkişaf ssenariləri təhlil olunub və ən optimal ssenari simulyasiya edilərək seçilib:

"10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya "Bənövşəyi xətt"in Babək prospektinə qədər və "Yaşıl xətt"in isə metronun "Həzi Aslanov" stansiyasına qədər uzadılmasıdır. Qeyd etmək istərdim ki, "Bənövşəyi xətt"in uzadılması, eyni zamanda, metronun "Avtovağzal" və "Xocasən" stansiyalarının istifadəsini genişləndirəcək və bir daha "20 Yanvar" metrostansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.

"Həzi Aslanov"dan "Yaşıl xətt"in uzanması isə gündəlik əsasda şəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarət mərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcəkdir. Bu da bir daha şəhər mərkəzinin trafikinin azalmasına səbəb olacaqdır. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımaları həyata keçirəcəkdir".

Salyandan ÜZÜCÜ XƏBƏR: ölənlər və yaralananlar var

Hadisə

Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var.

Mediaxeberleri.Az xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “NİVA” markalı avtomobilin digər nəqliyyat vasitəsi toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

Hazırda hadisə yerinə təcili yardım briqadası və hüquq-mühafizə orqanları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakının mərkəzində mədəni irsimizə hörmətsizlik: Tarixi binanın fasadını QARA BOYA İLƏ YAZDILAR

Sosial

Bakının mərkəzində, Nizami küçəsində məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin ev muzeyi yerləşən binanın üstündə qara boya ilə yazılar yazılıb.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial hesabında paylaşım edib.

Memar qeyd edib ki, Q.Qarayevin ev muzeyinin olduğu bina tarixi binadır və dövlət tərəfindən qorunur. Onun üzərində qara boya ilə bu şəkildə yazı yazılması yolverilməzdir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, sözügedən memarlıq abidəsinin fasad hissəsinə edilmiş müdaxilə aradan qaldırılıb, yazılar silinib.

"Bir daha bütün vətəndaşları, əlaqədar təşkilatları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik", - deyə açıqlamada bildirilir.

В будущее В прошлое

Навигация