Войти

DQİDK yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gətirib

Sosial

Yasların təşkili ilə bağlı ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun formalaşması zəruridir.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, yas mərasimləri dini tərəflərə malik olmaqla yanaşı, həm də sosial-mədəni proseslərin tərkib hissəsidir.

"Azərbaycanın müxtəlif bölgələrində yerli sakinlər, ictimaiyyət nümayəndələri tərəfindən irəli sürülən bu cür təşəbbüslər ümumilikdə uzun müddət cəmiyyətdə gedən müzakirələrin nəticəsi kimi meydana çıxıb. Yas mərasiminin təşkili normativ-hüquqi aktlarla tənzimlənən proses deyil və bununla bağlı hər hansı dövlət orqanının üzərinə düşən konkret səlahiyyətlər yoxdur. Lakin bu mərasimlərdə ifratın və təmtərağın qarşısının alınması barədə təşəbbüslər müsbət qiymətləndirilə bilər. Hesab edirik ki, yas mərasimlərinin təşkili ilə bağlı uzun illər ərzində formalaşmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun formalaşması zəruridir".

Əhməd Gozal "Azərsun Holding"ə RƏHBƏR GƏTİRİLİR - Atası ölümündən əvvəl idarəçiliyi oğluna veribmiş

İqtisadi xəbərlər və təhlil

"Azərsun Holding" MMC-nin Müşahidə Şurasının yanvarın 18-də vəfat edən sədri Abdolbari Gozalı oğlu Əhməd Gozal əvəzləyəcək.

Mediaxeberleri.Az Teleqraf.com-a istinadən xəbər verir ki, şirkət daxilində Ə.Gozalın Müşahidə Şurasının yeni sədri olacağı dəqiqləşib.

Holdinq isə hələlik bununla bağlı rəsmi qərarını açıqlamayıb.

Qeyd edək ki, "Azersun Holding" MMC-nin Müşahidə Şurasının üzvü olan Ə.Gozal "Azərbaycan Sənaye Bankı"nın rəhbəridir. O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.

Məlumata görə, Abdulbari Gozal uzun müddət əvvəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verməyə başlayıb. Əhməd Gozal son aylarda "Azərsun Holding"in idarəçiliyində fəal iştirak edib.

Qanunvericiliyə əsasən, Müşahidə Şurasının tərkibi və ona edilən dəyişikliklər şirkətin təsis sənədində və ya nizamnaməsində müəyyən edilmiş qaydada təsdiqlənir. Müşahidə Şurasının sədri olmadıqda onun funksiyalarını sədr müavini və ya sədri əvəz edən digər şəxs həyata keçirir. Müşahidə Şurasının iclası isə üç ayda bir dəfədən az olmayaraq keçirilir. İclasın çağırılması ilə bağlı qərarı sədr, o olmadıqda sədr müavini verir.

Xatırladaq ki, "Azersun Holding" qida, qeyri-qida, kənd təsərrüfatı, təhsil, logistika, inşaat, idman və maliyyə sektorunda fəaliyyət göstərir. Şirkətin, eləcə də törəmə müəssisələrinin 2023-cü il üzrə maliyyə vəziyyəti haqqında hesabata əsasən, cəmi aktivləri 1 milyard 71 milyon 600 min 612 manat, cəmi öhdəlikləri 433,836,1 manat təşkil edib. Hesabat dövründə holdinqin cəmi kapitalı 637,764,479 milyon manat olub.

2023-cü ildə "Azersun Holding" 1,810,868,4 manat gəlir əldə edib. İl üzrə mənfəəti 58,312,392 manat olub.

Şirkətin nizamnamə kapitalı 127 milyon 626 min 667 manatdır. Holdinqin baş icraçı direktoru Savaş Uzan Mehmetdir.

Mollalara danışmaq qadağan edilib?

Din

Mətbuatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin din xadimlərinə mediaya müsahibə verməsi ilə bağlı qadağaların tətbiq etdiyi yazılır. Bildirilir ki, din xadimləri müsahibə vermək üçün komitəyə müraciət ediblər, lakin onlara icazə verilməyib. Musavat.com bununla bağlı komitəyə sorğu göndərib, bu qadağaya aydınlıq gətirilməsini istəyib.

 

Komitədən saytımıza bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən media ilə əlaqələrin razılaşdırılması ilə bağlı din xadimlərinin qarşısına tələb və ya məhdudiyyət qoyulmayıb.Eyni zamanda din xadimləri Komitəyə qeyd edilən məsələ ilə bağlı müraciət ünvanlamayıb."İslamın və digər dinlərin mənəvi-əxlaqi dəyərlərinin, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərinin təbliği və təşviqində, dini maarifləndirmə prosesində din xadimlərinin fəal iştirakı mühüm əhəmiyyətə malikdir. Dini maarifləndirmə prosesində ənənəvi və sosial medianın funksiyalarından fəal istifadə edilməsinin əhəmiyyəti barədə dəfələrlə din xadimlərinə ünvanlanmış çağırışlar səsləndirilib. Dövlət Komitəsi  hesab edir ki, din xadimlərini dini maarifləndirmə işində, xalqımızın multikultural və tolerantlıq ənənələrinin təşviqində fəal iştirakı dövlətçilik maraqlarımız və cəmiyyətimizin ümumi mənafeləri baxımından vacibdir".

"Kişilər, evlilik təklifi edərkən diz çökməyin"

Şou-biznes

"Mən arzulayıram ki, bütün Azərbaycan gəncləri biri-birinə özləri evlilik təklifi etsinlər. Ana deməsin ki, bacımın qızını oğluma alım. El arasında belə ifadə var: filan maşın xalaqızı kimidir, boşamaq olmur. Çox pis bir nümunədir, belə olmasın. İstəyirəm ki, gənclərimiz özləri sevsinlər, görüşsünlər, ailə qursunlar". 


Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, qohum evliliklərinə qarşı olduğunu bildirib:

 

"Ana və ata düşünməsin ki, bacımın oğlu və ya qızı var. Övladım onunla ailə qursun. Sonra da düşürlər xəstəxanaya ki, nəvəm, nəticəm xəstədir. Çünki dəfələrlə deyirllər ki, qohum evlilikləri xəstəliklərə gətirib çıxarır. Mən heç kimin işinə müdaxilə edə bilmərəm, subyektiv fikrimdir. Bəzən nə qızdan, nə də oğlandan evlilik barədə soruşurlar. Ata və ya ana dedisə, vəssəlam. Arzu edirəm ki, sevən cütlüklər birinci biri-birinə razılıq versin, sonra valideynlər o xeyir işin dalınca getsinlər.

 

Amma kişilər, evlilik təklifi edərkən diz çökməyin. Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər Mən qadın olaraq istəmərəm ki, kişi qarşımda diz çöksün. Heç vaxt da buna imkan vermərəm".

Axşam.az

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Siyasi analitik yazılar

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermədir.

“Report” xəbər verir ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək.

Bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılır və səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Qeyd edək ki, seçki günü ölkədə qeyri-iş günü kimi təsbit edilib.

Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən seçicilər də sabah səs verə biləcək

Siyasi analitik yazılar

Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən seçicilər də sabah səs verəcəklər.

Bu barədə "Report"un sualını cavablandıran Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinə həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin vətəndaşlar heç bir narahatlıq yaşamayacaq.

Vilyam Hacıyevin oğlu arvadı ilə əmlakı bölə blmir

Sosial

Həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu arvadı ilə əmlak mübahisəsinə başlayıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həyat yoldaşı uzun illər prokurorluqda işləmiş Məhəmməd Hacıyevi məhkəməyə verib.

Mübahisə səbəbi isə keçmiş prokuror M.Hacıyevin “Range Rover” markalı avtomobilidir.

İddiaçı C.Hacıyeva “Range Rover”in birgə evlilik dövründə alındığını əsas gətirərək yarısına pay hüququnun tanınmasını tələb edir.

Maraqlıdır ki, Hacıyevlər rəsmən boşanmayıblar. Onlar evli ola-ola əmlak davası edirlər. Cavabdeh Hacıyev isə arvadının tələbi ilə razılaşmır. Bu səbəbdən iş məhkəməyə qədər gəlib çıxıb.

Daha bir diqqətçəkən məqam isə bu avtomobil Vilyam Hacıyevin cinayət işi ilə bağlı dövlət nəfinə müsadirə edilməsidir. Görünən odur ki, bu tələbi qəbul edilsə, iddiaçı müsadirə qərarına qarşı da məhkəmə başladacaq.

Qeyd edək ki, Vilyam Hacıyev İmişlinin icra başçısı olduğu müddətdə oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru işləyib.

Atası korrupsiya cinayətlərinə görə 8 il 6 aylıq həbsə məhkum edildikdən sonra övladı da işdən çıxarılıb.

Xatırladaq ki, V.Hacıyev həbs ediləndən sonra özü və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

Bakıdakı "Rus evi"nin sirləri: "Rossotrudniçestvo" azərbaycanlı jurnalistləri hədələyir

Siyasi analitik yazılar

Daha çox "Rossotrudniçestvo" kimi tanınan Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Yevgeni Primakov özünün "Telegram" kanalında işgüzar nüfuzunu qorumaq üçün məhkəməyə hazırlaşdığını açıqlayıb.

Mediaxeberleri.Az  xəbər verir ki, bu barədə "Caliber"in analitik "YouTube" kanalının yeni buraxılışında söhbət açılıb.

"Mən Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən kütləvi informasiya vasitələrindən bu böhtan və yalanın təkzibolunmaz sübutlarını eşitmək istərdim. Ya təkzib və üzrxahlıq", - Yevgeni Primakov yazıb.

Məqalədə qeyd olunub ki, "Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən kütləvi informasiya vasitəsi" nə edib ki, bu, "Rossotrudniçestvo"nun rəhbərini təkzibedilməz sübutlar və ya təkzib və üzr gözləməyə vadar edib?

"Bu günlərdə Baku TV kanalı süjet hazırlayıb ki, orada Rusiya xüsusi xidmət orqanlarının "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Bakıdakı "Rus Evi"nin himayəsi altında fəaliyyət göstərməsi barədə deyilirdi. Yəqin ki, jurnalistika araşdırması zamanı əldə edilən məlumatlar Baku TV-nin müxbirlərinə bu qənaətə gəlməyə əsas verib. Lakin indidən qeyd edək ki, biz Baku TV-nin daxili işinə qarışmaq fikrində deyilik və həmkarlarımızın apardığı jurnalist araşdırmasının bütün incəliklərini bilmirik. Buna baxmayaraq, "Rossotrudniçestvo" ilə bağlı müəyyən faktlar və hadisələr, o cümlədən mediada qeyd olunan casus qalmaqalları bəzi ölkələrin öz ərazilərində bu strukturun fəaliyyətini məhdudlaşdırmaq istəyini anlamaq üçün ilkin şərtlər yaradır. Burada hətta sual yox, heyrətlə qarşılaşırıq. Əvvəla, heç vaxt Baku TV-nin Azərbaycan hökuməti tərəfindən maliyyələşdirildiyinə dair heç bir eyham olmayıb. Amma gəlin bir anlıq təsəvvür edək ki, bu həqiqətən də belədir. Qəribə deyilmi ki, biz azərbaycanlı jurnalistlər bunu bilmirik, amma Rusiya humanitar təşkilatının rəhbəri bu barədə kifayət qədər məlumatlıdır? Bəlkə də Baku TV rəhbərliyinin böhtan, şərəf, ləyaqət və işgüzar nüfuzunun qorunması ilə bağlı əks iddia ilə məhkəməyə müraciət etməsi məntiqə uyğundur?", - məqalədə qeyd olunur.

Daha ətraflı videoda:




Aİ-nin Ermənistandakı müşahidə missiyasının planı nədir? - Rusiya Dövlət Dumasından açıqlama

Siyasi analitik yazılar

"Aİ-nin Ermənistandakı missiyasının rolu regionda sabitliyi pozmaq və onu mümkün qədər Rusiyaya qarşı etməkdir".

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə NEWS.ru-ya Rusiya Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov bildirib.

Onun sözlərinə görə, avropalı müşahidəçilər kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldurlar ki, onları sonradan öz maraqları üçün istifadə etsinlər.

"Avropalılar heç nəyi müdafiə etmək fikrində deyillər. Onlar hərbçilər deyil, mahiyyət etibarilə kəşfiyyat funksiyalarını yerinə yetirən müşahidəçilərdir. Bəlkə də, onlar əldə etdikləri məlumatları İrəvanla bölüşmürlər", - Juravlyov bildirib.

Tələbə ilə kollec direktoru arasında “dava” - ŞİKAYƏT

Problem

Ölkədə ən çox şikayət olunan sahələrədn biri də təhsildir. İbtidai təhsildən ail təhsil sisteminə qədər bütün zamanlarda bu sahə müzakirə predmentidir.

Son zamanlar yaranan bir deyim-“diplomlu işsizlər ordusu” da əslində təhsil sisteminin vəziyyətini göstərir. Dərsliklərin keyfiyyətsiz olması, dərs yükünün ağırlığı, məktəblərdə tədrisin keyfiyyətizliyi hələ də həllini tapmayıb. Digər tərəfdən, orta ixtisas təhsili müəssisələrində də ciddi narazılıqlar var. Maddi-texniki bazanın zəifliyi və ya olmaması, ancaq nəzəriyyənin tədris olunduğu bir çox orta ixtisas təhsili müəssisələri (kolleclər) yalnız diplom paylamaqla məşğuldur.

Əlavə olaraq qeyd edək ki, bu gün ölkə üzrə 51 kollec fəaliyyət göstərir. Ümumi olaraq orta ixtisas təhsili müəssisələrinə maraq oranı bitirən tələbələrin imtahansız ali məktəblərə qəbul olma imkanı yarandıqdan sonra artmağa başladı. Bu da orta ixtisas təhsili müəssisələrində bir çox problemlərin daha qabarıq formada üzə çıxardı. Bu gün bu sahədə problemlər çoxdur.

Məsələn, ötən ilin iyun ayında 35 orta ixtisas təhsili müəssisələrində ilkin monitorinq keçirildi və bunun nəticəsində 6 direktor və 4 direktor müavini işdən çıxarıldı. Bu faktın özü orta ixtisas təhsili müəssisələrində vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Məhz bu problemlərə görə kolleclərin ləğvi məsələsi zaman-zaman gündəmə gəlir.

Amma hələlik bu təhsil müəssisələri fəaliyyətini artan şikayətlər fonunda davam edir. Şikayətçilər biri də Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Almaz Məmmədovadır.

Almaz Məmmədova “Cebheinfo.az”-a müraciət edərək kollecin direktoru Sevinc Həmzəyevadan şikayətçi olduğunu bildirib:

“Təhsil ilinin başladığı gün elə problemlər də başladı. Qida Sənayesi Kollecinin binası çox bərbad vəziyyətdə idi, natəmizlik baş alıb gedirdi. Yağış yağanda su divarlardan sinif otaqlarına tökülürdü. Mən də çəkib sosial şəbəkədə paylaşdım. Bununla da derektor Sevinc Həmzəyeva mənimlə düşmənçilik etməyə başladı. Məni otağına çağırıb konkret olaraq kollecdən qovmaqla hədələdi.

Sevinc Həmzəyeva mənə açıq şəkildə dedi ki, bu cür problemləri sosial şəbəkələrdə paylaşmaqla mənə heç nə edə bilməzsən. Mənə bu kreslonu sən verməmisən ki, sən də alasan. Mən bu kolleci təmir etmək üçün öz “LEXUS” markalı maşınımı satmışam. Doğrudur, sonradan kosmetik təmir işləri görüldü, amma bu sadəcə gözə kül üfürmək məqsədi daşıdı”.

Almaz Məmmədova iddia edir ki, Sevinc Həmzəyeva direktoru olduğu kolleci şəxsi mülkü kimi istifadə edir:

“Əks halda niyə yağış sularına qərq olmuş təhsil müəssisəsini öz şəxsi vəsaiti hesabına və hətda məcbur olub "LEXSUS" markalı avtomobilini satıb təmir etdirdiyini desin? Çünki bu məsələnin yayılması əslində onun işinə yaramalı idi, aidiyyəti qurumlar, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi problemi görüb təmir üçün vəsait ayıra bilərdi.

Amma Sevinc Həmzəyeva fərqli münasibət göstərərək bunun ona qarşı yönələn addım olduğunu bildirdi və yağış sularının təhsil müəssisəsinin divarlarından içəriyə axmasını çəkib paylaşan tələbəni təhdid edərək təhsil müəssisəsindən qovacağı ilə hədələdi. Görünür, dövlət büdcəsindən təmir üçün ayrılan vəsait aidiyyəti üzrə xərclənməyib, hansısa formada yoxa çıxıb və ya çıxarılıb. Mən Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən kollec direktorlarına belə bir səlahiyyətin verildiyi ilə bağlı hər hansı bir cavab istəyirəm”.

Şikayət olunan kolleclə əlaqə saxladıq. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin şöbə müdiri Tahirə İsmayılova şikayətdən məlumatsız olduğunu bildirdi.

“Almaz Məmmədova ilə direktor arasında belə bir söhbətin şahidi olmamışam. Ona görə də bu haqda heç nə deyə bilmərəm. Amma belə bir halın yaşandığına da inanmıram”,-deyə şöbə müdiri “Cebheinfo.az”-a deyib.


Vilayət Muxtar
“Cebheinfo.az”

В будущее В прошлое

Навигация