Войти

Rusiyanın 9 vilayətinə kütləvi PUA hücumu edildi

Dünya

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynanın 204 PUA-sını zərərsizləşdirib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kurskda 47, Bryanskda 27, Smolenskdə 11, Tverdə 7, Belqorodda 4, Nijeqorod və Kaluqa vilayətlərində 3, Rostov və Leninqrad vilayətlərində isə 1 PUA vurulub.

Qızılın qiyməti 2 800 dollara yaxınlaşıb

İqtisadi xəbərlər və təhlil

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,11% artaraq 2 797,8 ABŞ dollarına bərabər olub.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,07% artaraq 30,91 ABŞ dollarına bərabər olub.

Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Siyasi analitik yazılar

Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

İqtisadi xəbərlər və təhlil


Son qiymət

Əvvəlki günün

qapanışı ilə fərq

İlin əvvəli ilə fərq

Əmtəə




Neft Brent (dollar/barel)

77,33

- 0,16

2,69

Neft WTI (dollar/barel)

73,66

- 0,11

1,94

Qızıl (dollar/unsiya)

2 798,70

4,10

157,70

İndekslər




Dow-Jones

44 850,35

136,77

2 306,13

S&P 500

6 067,70

55,42

186,07

Nasdaq

19 733,59

391,75

422,80

Nikkei

39 016,87

- 548,93

- 877,67

Dax

21 430,58

148,40

1 521,44

FTSE 100

8 533,87

30,16

360,85

CAC 40 INDEX

7 897,37

- 9,21

516,63

Shanghai Composite

3 250,60

0,00

- 101,16

Bist 100

10 121,77

123,92

291,21

RTS

942,81

5,07

49,59

Valyuta




USD/EUR

1,0440

0,0010

0,0086

USD/GBP

1,2453

0,0010

- 0,0063

JPY/USD

155,2900

- 0,2500

- 1,9100

RUB/USD

98,0104

- 0,0100

- 15,5096

TRY/USD

35,7520

0,0200

0,3920

CNY/USD

7,2446

0,0000

- 0,0554

Ombudsman bələdiyyə seçkilərində səs verib

Ölkə

Ombudsman Səbinə Əliyeva bələdiyyə seçkilərində iştirak edib.

“Report” xəbər verir ki, Ombudsman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.

S.Əliyeva səsvermə hüququndan istifadədən sonra səsvermə prosesini müşahidə edib.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Məzahir Pənahov: Bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib

Ölkə

Bələdiyyə seçkiləri Azərbaycanda böyük maraqla qarşılanıb, ümumilikdə 24 siyasi partiyanın namizədləri bələdiyyə seçkilərində təmsil olunur.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

O qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib:

"Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edilir. İstənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə bilər. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir".

MSK sədri vurğulayıb ki, seçki prosesində hər hansı neqativ hallar qeydə alınsa, müvafiq məntəqədən dairəyə, oradan isə MSK-ya məlumat veriləcək. O bildirib ki, seçkilərin ilkin nəticələri bu gün gecə saatlarında ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Dişlərin sızıldamasının gözlənilməz səbəbləri açıqlandı

Dünya

Əksər insanlar dişlərin həddindən artıq həssaslığı, isti, soyuq və ya turş qidalara qarşı reaksiya ilə qarşılaşırlar. Bu vəziyyət bir neçə səbəbdən yarana bilər.

Mediaxeberleri.Az-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə tibb elmləri namizədi, cərrah-implantolog, ortoped, paradontolog Maqomed Daxkilqov danışıb.

Onun sözlərinə görə, dişlərin həssaslığı zədələnmələr, mikroçatların əmələ gəlməsi və ya kariyes səbəbindən yaranır.

"Bundan əlavə, turş qidaların həddindən artıq qəbulu, ağardıcı pastalarla aqressiv təmizləmə, bruksizm və ya yaş dəyişiklikləri səbəbindən minanın nazikləşməsi nəticəsində dişlər daha həssas ola bilər. Diş köklərinin açılması, gingivit və ya paradontit də yüksək həssaslığa səbəb olur", - deyə stomatoloq vurğulayıb.

Bundan əlavə, həkim xəbərdarlıq edib ki, marketpleyslərdən alınan ağardıcı vasitələrdən istifadə diş ətlərinə zərər verə və dişlərə ziyan vura bilər.

O, diş həssaslığı ilə qarşılaşanlara problemin səbəbini dəqiq müəyyən etmək üçün stomatoloqa müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, sitrus meyvələri (portağal, limon, qreypfrut), ananas və giləmeyvələr kimi bəzi meyvələr çoxlu miqdarda turşu ehtiva edir. Turşular minanı yumşalda, onu eroziya və çürüməyə qarşı daha həssas edə bilər. Xüsusilə limon sormaq və ya turş şirələr içmək zərərlidir, çünki bu, turşunun dişlərlə təmas müddətini artırır. Buna görə, həm meyvə və tərəvəzlərin faydalarından yararlanmaq, həm də dişlərə zərər verməmək üçün onları yeyəndən sonra dişləri təmizləmək, yaxud ağzı yaxalamaq tövsiyə olunur. Şirələri dişlərlə təması minimuma endirmək üçün qamışla içmək də olar.

Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib

Dünya

"Azərbaycan Ermənistanın 1990-cı illərin əvvəllərində təcavüzü və ondan sonra otuz ilə yaxın müddətdə ölkəmizin ərazilərinin işğalı zamanı törətdiyi kütləvi vəhşiliklərin, digər cinayətlərin araşdırılması və mühakimə olunması üçün konkret addımlar atıb".

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayevin BMT Baş Assambleyasının "silahlı münaqişə şəraitində insan ləyaqətinin qorunması: beynəlxalq humanitar hüquq normalarına riayət olunmasına yardım" mövzusunda bugünkü qeyri-rəsmi interaktiv dialoqda çıxışında yer alıb.

Tofiq Musayev qeyd edib ki, ciddi qanun pozuntularının inkarı və məhəl qoyulmaması, mətbuatda, parlamentlərdə, beynəlxalq təşkilatlarda dezinformasiya və qarayaxma kampaniyaları vasitəsilə ədaləti gözdən salmaq və bununla da ədalətə mane olmaq cəhdləri beynəlxalq hüquqa və qanunun aliliyinə açıq hörmətsizlikdir.

MSK sədri: Səsverməni 80 minə yaxın müşahidəçi izləyəcək

Ölkə

Səsvermə günü seçki məntəqəsində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin başlaması haqqında danışarkən deyib.

O qeyd edib ki, seçkilərə hazırlıq prosesi tam şəkildə həyata keçirilib:

"Bələdiyyə seçkiləri bütün tələblərə uyğun təşkil edilib. Müşahidəçilərin və məntəqə və dairə seçki komissiyalarının, o cümlədən ekspert qruplarının üzvləri daxil olmaqla seçkini ümumilikdə 71 min 209 nəfər müşahidə edə biləcək. Media nümayəndələrini də əlavə etsək, səsverməni müşahidə etmək hüququ olanların sayı 80 minə yaxındır".

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Ağstafada seçkilərdə aktivlik müşahidə olunur

Bölgə

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. 


Səhər saatlarından başlayaq Azərbaycanın ən müxtəlif bölgələrində seçki prosesinə start verilib.


108 saylı Ağstafa seçki dairəsinin Qıraq Kəsəmən kənd ünvanında yerləşən 24 saylı seçki məntəqəsindən Mediaxeberleri.Az saytına daxil olan məlumatlara görə, vətəndaşlar seçki prosesində fəal iştirak edir və səsvermədə yüksək aktivlik göstərirlər.


Səhər saat 08:00-da seçki məntəqələri açılandan seçicilər öz seçimlərini etmək üçün məntəqələrə üz tutub.

В будущее В прошлое

Навигация