Войти

I Qarabağ müharibəsi itkinlərinin yaxınlarından beynəlxalq təşkilatlara çağırış

Sosial

“Qardaşım Musayev Kamal İsmayıl oglu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb, indiyə qədər onun taleyi barədə məlumat yoxdur".

Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, bunu bu gün azad edilən ərazilərə səfər edən itkin yaxınlarından biri, Yardımlı rayonundan olan Rəşad Musayev deyib. O, qardaşını axtardığını və onun axtarışlarında Azərbaycan dövlətinin göstərdiyi səyləri dəstəklədiyini bildirib: "Azad edilmiş əraziləri görmək, ən ağrılı yerimiz olan Xocalıya gəlmək, buranı azad görmək bizim üçün çox qürurludur”.

Azad edilmiş ərazilərə səfər edən Rəşadə Məmmədova isə atası Natiq Məmmədovun Ağdam istiqamətində itkin düşdüyünü deyib: “Atam 1993-cü ildə Ağdam istiqamətində - Güllücə kəndində itkin düşüb. Mənim onda iki yaşım var idi. Çox istəyirəm ki, burada dəfn olunan şəhidlər kimi mənim də atamın qəbri olsun, biz onu ziyarət edə bilək. Burada gözüm atamı axtarır. Beynəlxalq təşkilatlardan tələb edirəm ki, atamın taleyi ilə bağlı məlumatların əldə edilməsini təmin etsinlər”.

İtkin düşmüş şəxslərin yaxınları doğmalarının taleyi barədə məlumatların əldə edilməsi tələbi ilə beynəlxalq təşkilatlara çağırış ediblər.

Əslən Şuşa şəhərindən olan Leyla Tofiq qızı itkin atası barədə danışaraq deyib ki, o, 1994-cü ildə Qarabağda itkin düşüb: "Atam tankçı olub. Biz şuşalıyıq. Şuşada bir neşə dəfə olmuşam, amma Ağdam, Xocalıda ilk dəfədir oluram. Bizim tələbimiz tək Ermənistandan deyil. Beynəlxalq təşkilatlardan tələb edirik ki, səsimizə səs versinlər, itkinlərimiz barədə məlumatların təqdim olunması üçün səy göstərsinlər".

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova qeyd edib ki, itkin düşmüş şəxslərin faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən biridir.

Səfər çərçivəsində itkin ailələri BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təsisatlar tərəfindən azərbaycanlı itkinlərlərin taleyinin müəyyən edilməsi ilə əlaqədar yetərli addımların atılmadığını, Ermənistandan bu məlumatların ciddi şəkildə tələb edilmədiyini bildiriblər.

Qeyd olunub ki, Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən heç biri Ermənistanda bu günə qədər məsuliyyətə cəlb olunmayıb, əksinə onlar qəhrəmanlaşdırılıb.

İtkin ailələri bildirib ki, Ermənistan həqiqətən Azərbaycanla sülhə nail olmaq istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır.

İtkin ailələri itkinlər probleminin qlobal mahiyyətini nəzərə alaraq, BMT-nin itkin düşmüş şəxslərlə bağlı xüsusi məruzəçisi təsisatının yaradılmasına böyük ehtiyac olduğunu qeyd ediblər.

İtkinlərin taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dövlətinin fəaliyyəti yüksək qiymətləndirilib, son vaxtlar aşkarlanan kütləvi məzarlıqlarda 155 nəfər itkinin qalıqlarının aşkarlandığı vurğulanıb.

Qeyd edilib ki, 2024-cü il il oktyabrın 1-də Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində azərbaycanlı itkin ailələrinin müraciətlərinə beynəlxalq təşkilatların etinasız münasibətini kəskin şəkildə pisləyib. Dövlət başçısı vurğulayıb ki, bu günədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində doğmaları itkin düşmüş, taleləri barədə hələ də məlumat olmayan bir qrup şəxsin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib. 40 nəfərlik heyət Ağdam, Xocalı, Xankəndi və Şuşada olub.

Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı

Sosial

Uşaqsızlıq vergisinin Rusiyaya qaytarılmasının mümkünlüyünü müzakirə edərkən sovet təcrübəsini təhlil etmək lazımdır.

Mediaxeberleri.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, oktyabrın əvvəlində Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev SSRİ-dən nümunə götürməyi və uşaqsızlığa görə verginin qaytarılmasını təklif etmişdi. Millət vəkili bu vergidən toplanan vəsaitin ölkədəki uşaq evlərinin müasirləşdirilməsinə yönəldilməsini təklif edib.

"Doğum nisbətini dəstəkləmək üçün belə bir verginin uğurunu qiymətləndirmək üçün mütəxəssisləri cəlb etmək lazımdır" - deyən Kreml sözçüsü vurğulayıb ki, təşəbbüsün hər hansı təfərrüatları hələlik məlum deyil.

“İlk baxışda bu verginin demoqrafik vəziyyətə heç bir təsiri olmayıb”, – Peskov vurğulayıb.

Dövlət Dumasının Ailənin Mühafizəsi, Atalıq, Analıq və Uşaqlıq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina da uşaqsızlar üçün vergi ideyasının müəlliflərini vaxtında olmayan təşəbbüslərdən uzaq olmağa çağırıb. O, mənzil və digər əsas dəyərlərlə təminatda problem yaşayan gənc ailələrə dəstək məqsədilə təşəbbüs müəlliflərinin maaşlarının bağışlanmasını təklif edib. Bildirib ki, belə bir tədbir tətbiq etməzdən əvvəl dövlət hər bir vətəndaşı işlə və mənzillə təmin etməlidir.

Hacıqabulda son vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA

Sosial

"Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir. İki-üç günə suların təmizlənməsi problemi həll olunacaq".

Bu barədə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov məlumat verib.

Onun sözlərinə görə, dünən səhər saatlarında başlanan leysan yağışlar nəticəsində 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr subasmaya məruz qalıb. Hazırda rayona cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel-suların çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb.

Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr yaranmışdı. Artıq enerjinin verilişi bərpa olunub, bununla bağlı problem qalmayıb.

"Hesab edirəm ki, iki-üç gün müddətində həyətlərdəki sular çəkilərək insanlar yenidən normal həyata qayıdacaqlar", - icra başçısı bildirib.

Ətraflı Baku TV-nin süjetində:



İntensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.

Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin olunub.

Həmçinin nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.

Hazırda nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.








Ölkədə bu məhsullar bahalaşdı

Sosial

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb.

Mediaxeberleri.Az Trend-ə istinadən xəbər verir ki, sentyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə yağının, yumurtanın, şaftalının, qozun, şabalıdın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətində, azalma isə qarabaşaq yarmasının, limonun, almanın, armudun, üzümün, ağ kələmin, xiyarın, balqabağın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?

Sosial

Taksilərlə bağlı təkmilləşdirmə işləri davam edir. Taksilərin ən çox üzləşdiyi problemlərdən biri də sərnişinlərin avtomobilə minib-düşməsi ilə bağlıdır. Bəzi hallarda sərnişinlər taksinin elə yerlərdə dayanmasını tələb edir ki, orada ya saxlamaq qadağandır, ya da avtobus zolağı var. Artıq taksilərlə bağlı müəyyən duracaqlar yaradılması düşünülür.

Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb. Bu barədə agentliyin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edir.



Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.

Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi altı məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.



“Digər maşınların dayanmasına icazə yoxdur”

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, yaradılan dayanacaqlar və minib-düşmə məntəqələri yalnız taksilər üçün nəzərdə tutulub: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib. Sentyabrın 30-dan etibarən burada beş duracaq və bir minib-düşmə yeri fəaliyyət göstərir. Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və İnzibati Xətalar Məcəlləsinə əsasən digər nəqliyyat vasitələrinin sürücüləri qayda pozuntusuna görə 40 manat məbləğində cərimələnəcək. Qeyd edək ki, minib-düşmə yerində də yalnız taksilər üçün icazə var, digər maşınların orada dayanmasına icazə yoxdur”.

“Sərnişini düşürmək üçün yer tapa bilmirdilər”

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, taksi dayanacaqlarının yaradılması həm sürücülər, həm də sərnişinlər üçün olduqca əlverişlidir: “Avtobus dayanacağı olduğu kimi, taksilərin də müştəri götürməsi üçün dayanacaqları olmalıdır. Həmçinin müştəri olmadıqda orada dayansalar, insanlar da taksiləri daha rahat şəkildə taparlar. Əvvəllər Bakıda taksi dayanacaqları olub. İndi də var, amma sayları çox azdır. Taksi dayanacaqlarının insanların çox olduğu ərazilərdə, ali məktəblərin, alış-veriş mərkəzlərinin, həmçinin nəqliyyatın kəsişməsi adlandırdığımız yerlərdə olması vacibdir”.



Y.Mustafayevin fikrincə, taksilərin bu sahədə yaşadığı problemlər az da olsa həllini tapacaq: “Çünki avtobus zolaqlarının çəkilməsi ilə taksi sürücülərinin işi bir az da çətinləşmişdi. Sərnişini düşürmək və mindirmək üçün yer tapa bilmirdilər. O baxımdan bu, təqdirəlayiq addımdır. Ola bilər ki, bəzi yerlərdə bu dayanacaqlar kiçik olacaq, ehtiyacı ödəməyəcək. Çünki Bakıda küçələr və prospektlər əvvəlcədən müəyyən olunub. Onları dəyişmək və ya düzəltmək mümkün deyil”.

“Qanunvericilikdə bu tələb mövcuddur”

Nəqliyyat eksperti Eldəniz Cəfərov da dayanacaqlardan əlavə, minib-düşmə yerlərinin də səmərəli olacağını düşünür: “Taksi dayanacaqlarının yenidən qurulması və yenilərinin yaradılmasında əsas məqsəd həm taksi sürücülərinin, həm də sərnişinlərin işini asanlaşdırmaqdır. Burada daimi taksi dayanacaqları ilə yanaşı “drop off” da yaradılır. Dayanmaq üçün imkan olmayan yerlərdə avtomobili ani saxlayıb sərnişin endirmək və mindirmək mümkündür. Bu, bir çox Avropa ölkələrində də mövcuddur”.



E.Cəfərovun sözlərinə görə, dayanacaqların yaradılması təqdirəlayiq olsa da, əsas məsələ orada dayanacaq taksilərin müəyyən edilməsidir: “Taksidə istifadə olunan maşınların üzərinə sarı taksi fənərləri qoyulmur. Bu isə taksi sürücülərinin müəyyənləşdırılməsində çətinlik yaradır. Taksi sürücüləri özləri səhlənkarlıq edirlər. Halbuki qanunvericilikdə bu tələb mövcuddur. Əgər taksi sürücüləri maşınlarının damına taksi fənərini yerləşdirməsə, Dövlət Yol Polisi onları müəyyən edə bilməyəcək. Dayanacaqlarda saxlamaq üçün bu məsələyə ciddi yanaşmalıdırlar. Düzdür, artıq rəsmi qeydiyyatdan keçmiş taksi avtomobillərinin nömrələri Dövlət Yol Polisinin bazasına ötürülür. Polis əməkdaşları portala yazaraq görə biləcəklər ki, həmin sürücü taksi sahibidir, yoxsa, adi sürücü. Həmçinin, sürücünün taksi fəaliyyəti ilə məşğul olmağa icazəsi varmı? Amma yenə də yaxşı olar ki, sarı taksi fənərləri maşınların üzərinə qoyulsun”.

Vəzifəsindən imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı - Video

Sosial

Bərdə rayon Heydər Xəliloğlu adına Qullar kənd tam orta məktəbinin direktoru Günay Musayeva vəzifəsindən imtina edib.

Mediaxeberleri.Az Təhsil TV-yə istinadən xəbər verir ki, o, Xankəndiyə qayıdışdan sonra buraya gələrək Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində ibtidai sinif müəlliməsi olaraq çalışmağa başlayıb.



Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?

Sosial

Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesinə başlanılır.

19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçiriləcək.

Prosesin test imtahanı mərhələsinin respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunması nəzərdə tutulur.

Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin şöbə müdiri İlahə Rəsulova onu da bildirib ki, ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair əvvəlcədən görüşlər həyata keçirilib.

Ətraflı süjetdə:


Qərbin demokratiya anlayışı: Selektiv yanaşma, ikili standartlar

Sosial

Azərbaycanın xarici siyasətində regional əməkdaşlığın genişləndirilməsi önəmli faktordur. Müstəqillik tarixində respublikamız əksər region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bu kontekstdə Azərbaycanın keçmiş Sovet respublikalarının iştirakı ilə yaradılan Müstəqil Dövlətlər Birliyində (MDB) təmsilçiliyi də diqqət çəkir.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, oktyabrın 8-də Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycan-MDB əməkdaşlığının uğurla inkişaf etməsindən məmnunluğunu bildirib və keçmiş müttəfiq respublikaların birgə keçdikləri yolda, o cümlədən də İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın mühüm rol oynadığına diqqət çəkib.

Deputatın sözlərinə görə, bu gün MDB-də Azərbaycana və onun Liderinə böyük ehtiram və hörmət bəslənildiyinin şahidi oluruq ki, bu da səbəbsiz deyil. Bir tərəfdən, ölkəmizin MDB-nin fəaliyyətinə verdiyi töhfələr üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Digər tərəfdən isə respublikamız Ermənistan istisna olmaqla, qurumda təmsil olunan əksər dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlərə malikdir. Liderlər tez-tez qarşılıqlı səfərlər edərək fəal siyasi dialoq aparırlar və gündəliyin yeni-yeni istiqamətlərini müəyyənləşdirirlər. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi təşkilatda Azərbaycana göstərilən hörmət və etimadın daha bir təsdiqidir. Laçın Azərbaycan xalqı üçün adi bir yaşayış məntəqəsi deyil. Uca dağlar qoynunda qərar tutan bu şəhərin əsrarəngiz gözəlliyə malik olması ilə yanaşı, Laçın bizim üçün həm də bir rəmzi məna daşıyır. Laçın ölkəmiz üçün strateji önəm daşıyır. 1992-ci ildə bu şəhər Ermənistan tərəfindən zəbt olunarkən işğalçı dövlətlələ Qarabağ separatçıları arasında coğrafi əlaqə yaranmışdı. 30 illik işğaldan sonra Laçın azad olundu, hazırda bu şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Dövlət başçısının dediyi kimi, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Fatma Yıldırımın fikrincə, III MDB Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsi təşkilat daxilində Azərbaycana inamın yüksək olmasının təsdiqidir. Belə genişmiqyaslı idman tədbirini ancaq Azərbaycan kimi güclü dövlət təşkil edib uğurla keçirə bilər. Qeyd edək ki, III MDB Oyunları gələn il keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bütün bunlar Azərbaycanın ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündə və imkanında olduğunu təsdiqləyir.

Prezident İlham Əliyev Moskvaya səfəri çərçivəsində “Rossiya-1” televiziya kanalına müsahibəsi zamanı Qərbin, xüsusilə ABŞ-ın sanksiya siyasətini tənqid edib. Həqiqətən də, ABŞ bu məsələdə ədalətsiz yanaşma ortaya qoyur. Uzun illər Ermənistanın məkrli siyasətindən əziyyət çəkmiş Azərbaycana qarşı ABŞ konqresmenlərinin bu gün sərgilədiyi mövqe, onların işğalçılara və erməni separatçılarına “xoş münasibəti” də bunu təsdiqləyir. Bu cür selektiv yanaşmağa, ikili standartlara son qoyulmalıdır”, – deyə deputat vurğulayıb.

Azərbaycanda ağır xəstəliklər yaradan antibiotik təhlükəsi: Qarşısını necə alaq?

Sosial

Tədqiqatçılar uzun müddətdir ki, antibiotiklərə qarşı müqavimətin ictimai sağlamlıq problemi olduğunu bildirirlər. "Səssiz epidemiya" olaraq da adlandırılan antimikrobiyal müqavimətlə bağlı yeni araşdırma dəhşətli həqiqəti ortaya çıxarıb. Bununla bağlı heç bir tədbir görülməsə, 2050-ci ilə qədər 39 milyondan çox insanın öləcəyi proqnozlaşdırılır. Tədqiqatın müəllifləri 2022-ci ildən 2050-ci ilə qədər antimikrobiyal müqavimət səbəbindən ölümlərdə təxminən 70 faiz artım olacağını proqnozlaşdırırlar. Qeyd edək ki, tədqiqat 204 ölkədə xəstəxana qeydləri, sığorta və ölüm şəhadətnamələri daxil olmaqla 520 milyon məlumat toplusunda araşdırılıb.

Mediaxeberleri.Az xəbər verir ki, məsələ ilə bağlı həkim-terapevt Sübhan Hacıyev Publika.az-a açıqlama verib.

O bildirib ki, 20-ci əsrin əvvəllərində pensilin antibiotikin kəşfi tibbdə yaxşı mənada böyük bir rezonans və inqilaba səbəb olub:

“Çünki bu antibiotiklə bir çox bakterial infeksiyaları müalicə etmək mümkün olub. Müasir tibbdə yüzlərlə antibiotik növləri var ki, onlar da bir çox bakterial infeksiyaların müalicəsində bizə çox böyük yardımçı olur. Unutmaq lazım deyil ki, əgər bakterial infeksiya yoxdursa antibiotik təyin etmək olmaz. Heç bir peşəkar həkim bakterial infeksiyanı təsbit etmədən antibiotik təyin etməz. Əfsuslar olsun ki, günümüzdə bir çox insanlar var ki, öz-özlərinin müalicəsi ilə məşğuldurlar. Acınacaqlı bir vəziyyətdir ki, ölkəmizdə insanlar rahatlıqla gedib aptekdən antibiotiklər ala bilirlər. Nəticədə əgər bir bakterial infeksiya yoxdursa qəbul edilən dərman həmin şəxsə pis təsir edir”.

Həkim diqqətə çatdırıb ki, antibiotik özbaşına təyin olunub, qəbul ediləcək dərman deyil:

“Bir həkim-terapevt olaraq insanlara tövsiyəm odur ki, qətiyyən antibiotik təyinini özbaşına etməsinlər. Hər hansı bir tibb işçisinin onlayn müayinəsi və yaxud tövsiyəsi nəticəsində də qəbul etməsinlər. Bir mənanlı olaraq həkim müayinəsində olduqdan sonra bakterial infeksiyanın kliniki əlamətləri və laborator müayinələrlə təsdiqləndikdən sonra antibiotik təyini mütləq şəkildə həkim tərəfindən təyin olunmalıdır. Hər bir antibiotik hər kəsə eyni dərəcədə təsir etməyəcəyinə görə mütləq şəkildə həkim müayinəsindən sonra diqqətlə təyin olunur. Çox yaxşı olardı ki, ölkəmizdə də bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi antibiotik satışı apteklərdən mütləq şəkildə resept əsasında olsun. Mütləq şəkildə bu reseptlər həkim-infeksionistlər tərəfindən də dəyərləndirilsin. Nəticədə biz antibiotik rezidentliyinin qarşısını alaraq, gələcək nəsillərdə ağır infeksion xəstəliklərin qarşısını ala bilərik”.

Ağcabədidə iki nəfər birləşib kişini soyunduraraq işgəncə verdilər - Araşdırma başladı

Sosial

Ağcabədidə kişiyə qarşı zorakılıq hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, kadrlarda iki nəfərin birləşərək bir şəxsə işgəncə verdiyi açıq şəkildə görülür. Onlar həmin şəxsi soyunduraraq şərəf və ləyaqətini alçaldıb və həmin anları lentlə alıblar.

Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata əsasən, hadisə qısqanclıq zəminində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

В будущее В прошлое

Навигация